Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
Bu yaxınlarda Amerika Aeronavtika və Astronavtika İnstitutunun “SciTech 2023” Forumunda təqdim olunan tədqiqat ölü quşları qanad çırpan PUA-lara daxil edir və həmçinin hərbi məqsədlər üçün insan nəzarətini təmin edə bilər.
Qanad çırpan PUA-lar, yəni ornitopterlər quşun uçuş prosesinə bənzədilərək və hərəkət üçün pərvanələr də daxil olmaqla mexaniki hissələrdən istifadə edilərək hazırlanır.
“Biz süni materiallara güvənmək əvəzinə ölü quşları dizayn edirik”
ABŞ-da yerləşən “New Mexico Tech” şirkətinin nümayəndəsi Mostafa Hassanalian da daxil olmaqla tədqiqatçılar deyirlər ki, yeni tapıntılar yalnız PUA-ların hazırlanması üçün süni materiallara etibar etməkdənsə, ölü quşların yenidən dizaynı üçün tətbiq oluna bilər.
Tədqiqatda elm adamları quşların bəzi ümumi görünüşü və hərəkətləri ilə daha çox oxşarlıq yaratmaq üçün mumiyalaşdırılmış quş parçalarını süni dron çırpma mexanizmləri ilə birləşdiriblər. Onlar əsl qırqovul kimi görünən bir PUA da daxil olmaqla, quşa bənzər PUA-lardan istifadə edərək iki uçuş sınağı keçiriblər.
Tədqiqatçılar, həmçinin yenidən işlənmiş modellərin aerodinamik çırpma xüsusiyyətlərini yoxlamaq üçün üçölçülü çırpma və aerodinamik simulyatorlardan istifadə ediblər. “Bu, qanad çırpma mexanizmlərinin həyata keçirilməsinə və çırpınan PUA-nın aerodinamikasının sınaqdan keçirilməsinə imkan verdi”, - deyə araşdırmada qeyd olunub.
Bununla belə, alimlər müəyyən ediblər ki, bu şəkildə yaradılmış modellər ən effektiv uçuş aparatları deyil.
“Qanad çırpan PUA-lar təbiəti narahat etmir”
Tədqiqatçılar deyirlər ki, belə bir PUA hazırlamaq çətin olsa da, tədqiqat məqsədləri üçün çox praktikdir və təbiəti narahat etməyəcək.
Alimlər deyirlər ki, yeni tapıntılar həm də mövcud qanad çırpan PUA-ların daha təbii görünməsinə kömək edə bilər.
Nəticələrə əsasən, onlar həmçinin müəyyən ediblər ki, bu cür PUA-larda istifadə edilən dişli hissələrin bir hissəsinin dəyişdirilməsi səs-küyü azalda bilər və uzunömürlülüyü artıra bilər.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, belə PUA-lar üçün əyilə bilən biləklərin yaradılması uçuş zamanı qanadların daha çevik olmasına kömək edəcək.
PUA uçuş simulyasiyalarını birlikdə araşdıran elm adamları, PUA-lara fərqli uçuş variantlarının əlavə edilə biləcəyini, bunun daha asan istifadəçi təcrübəsi təmin edə biləcəyini və eyni zamanda daha təbii bir uçuşun inkişafına kömək edə biləcəyini söyləyiblər.
“Son təkmilləşdirmə ayaqları əlavə etmək olacaq ki, PUA çox batareyadan istifadə etmədən oturub müşahidə edə bilsin”, - deyə alimlər araşdırmada bildiriblər.
Oxşar məqalələr
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə
-
Hərbi tətbiqetmələrdə kvant mexanikası
-
Hərbi bazarda Süni Zəka
-
Hərbi tətbiqetmələrdə nanotexnologiya
-
Kibertəhlükəsizliyin tarixi
-
Süni Zəkanın tarixi
-
ABŞ HDQ qeyri-müntəzəm Baltik münaqişəsində: Rusiyanın hibrid müharibəsinə qarşı mübarizədə dəniz qüvvələrinin rolu
-
Rusiya kibermüharibədə cəbhəsində məğlubdur?
-
Kibertəhlükəsizlik
-
Qlobal müdafiə xəcləri
-
Nanotexnologiya anlayışı bu gün hansı mənanı ifadə edir?
-
SZ silahlanma yarışından kənarda durmaq seçimdir?