Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər

 Terrorçuların kabusuna çevrilən  İnsansız Sistemlər
1508     15:00     25 05 2022    
Türkiyənin jandarma və təhlükəsizlik qüvvələri Pilotsuz Uçuş Aparatları (PUA), insansız quru platformalarından istifadə edərək bu il 147 terrorçunun yerini aşkarlayıb və onları zərərsizləşdirib.

Ölkənin Daxili İşlər Nazirliyinin PKK terror təşkilatına qarşı “terrorun mənbəyində məhv edilməsi” və “müdafiə deyil, hücum” strategiyaları ilə başlatdığı əməliyyatlarda aralarında yüksək səviyyəli rəhbərlərin də olduğu çox sayda terrorçu zərərsizləşdirilib.

Ümumilikdə, insansız sistemlər bu il 40 661 saat əməliyyatlarda istifadə edilib.

Terrorçulardan 21-i zərbə tipli PUA-lar tərəfindən zərərsizləşdirilib. Bundan başqa, terrorçulara məxsus 30 bunker insansız sistemlər tərəfindən müəyyən edilərək yararsız vəziyyətə salınıb.

Qeyd edək ki, Türkiyə son illərdə insansız platformalar bazarında önəmli addımlar atıb. Dünyanın bir neçə bölgəsində baş verən döyüşlərdən sonra ölkənin istehsal etdiyi PUA-lara olan tələbat artıb. "Baykar" şirkəti istehsal etdiyi "Bayraktar TB2" PUA-larının artıq 13 ölkəyə satıldığını bildirib.

Türkiyənin hava platformalarında əldə etdiyi uğur daha sonra dəniz və quru platformalarına da köçürülüb. Artıq "Barkan" kimi insansız quru platformaları, "Ulaq" kimi avtonom dəniz platformaları hazırlanıb və onların tezliklə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən istifadə ediləcəyi gözlənilir.
Strategyvision.org

Teq: Türkiyə   İnsansız-sistemlər  


Oxşar məqalələr
Son əlavə olunanlar