Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
Bu məqalə asimmetrik müharibə anlayışı, cəlb edilmiş aktorların xarakterləri və XXI əsrdə dövlətlərin reaksiyasının təbiəti barədə məsələləri tədqim edir.
I Dünya Müharibəsindən sonra strateji ideyalar və müharibənin klassik qavrayışı tarixi müharibələrin dövlətlər arasında baş verəcəyi ehtimalı əsasında qurulub. Yeni bir varlıq, qeyri-dövlət aktoru 2001-ci il sentyabrın 11-də terror hücumları nəticəsində dövlətin avtoritet və suverenliyini hər zamankındən daha ciddi şəkildə təhlükə altında qoydu.
Birləşmiş Ştatlara bu gözlənilməz terror hücumu Klauzevitzin dövlətlər arasındakı müharibələr nəzəriyyəsinin və ənənəvi düşmənin “ağırlıq mərkəzi” konsepsiyasının sonunun başlanğıcı hesab edilə bilər. Bu hadisəyə qeyri-dövlət aktorunun super güc üzərində “zəfər” nümunəsi kimi də baxıla bilər.
Tarixi olaraq zəif güclər rəqibin zəifliklərini istismar etməyə çalışmaq əvəzinə, rəqibin qüvvələrindən qaçmaq üçün çalışıblar. Rəqibin zəif cəhətlərinə hücum etmək üçün indiyədək araşdırılmamış və yenilikçi vasitələrin tətbiqi “asimmetrik müharibə” adlandırılır. Asimmetriyaların axtarışı bütün müharibələr üçün fundamental taktikadır. Lakin müasir kontekstdə asimmetrik müharibə qeyri-ənənəvi metodologiyalar kimi qəbuledilənlər üzərində diqqət cəmləşdirir.
11 sentyabr sonrası erada dövlət və qeyri-dövlət aktorunun asimmetriyasının təhlilinə, eləcə də dövlətin belə asimmetrik təhdidlərə reaksiya verməsi barədə ətraflı araşdırmağa ehtiyac var. Ancaq bundan öncə bu asimmetriya anlayışın günümüzdə və ortaya çıxan təhlükələr kontekstində ələ alınması vacibdir.
Bu yazı məsələ ilə bağlı keçmiş və indiki müzakirələrə yeni baxış bucağı ilə baxmağa çalışılır. Bu baxış asimmetriya anlayışını günümüzün kontekstində müəyyən etməyə köməyə edə bilər. Yazı, həmçinin asimmetrik müharibə haqqında müasir dünyanın bəzi narahatlıqlarını təqdim etməyə çalışır. Bu məqalə dövlətin buna reaksiyalarına dair doktrinalarının daha geniş şəkildə formalaşdırılması üçün baxışlar təmin etməyə kömək edə bilər.
Asimmetrik müharibə ideyası
Müharibənin insan cəmiyyəti qədər qədim olduğu deyilə bilər və bu, ölkələrin mədəniyyətlərinin qeydə alınmış tarixində üstünlük təşkil edir. Amma bu, kompleks bir məsələdir və indi müharibələr əvvəllər olduğundan daha tez dəyişir. Müharibənin tərifi, növləri və insanların çoxu istəmədikləri halda belə müharibələrin niyə baş verdiyi üzərində dünyada böyük bir müzakirə aparır. Bir çox fərqli akademik fənnin nümayəndələri ayrı-ayrılıqda bu suallara cavab verməyə cəhd göstəriblər.
Müharibə iki və ya daha çox hökumət və ya dövlət arasında silahlı qarşıdurma olaraq təyin olunur. Klauzevitz müharibəni “rəqibimizi iradəmizi yerinə yetirməyə məcbur edən bir zorakılıq aktı” kimi təyin edir. “Ədalətli və ədalətsiz müharibələr” kitabının müəllifi Maykl Valzer müharibəni “iki və ya daha çox qrupun silahlı qüvvələrlə münaqişəyə davam etməsinə icazə verən hüquqi vəziyyəti kimi” təyin edir. Belə münaqişələr qlobal nisbətdə olduqda, onlar Dünya Müharibəsi kimi dəyərləndirilir. Eyni millətin içərisində müxtəlif fraksiyalar və ya qruplar arasındakı müharibəyə vətəndaş müharibəsi deyilir. Böyük güclərin bütün silahlı gücünü istifadə etməkdən çəkindiyi münaqişələr və ya müharibələr tez-tez məhdud müharibələr (limited wars) kimi tanınır. Ümumi olaraq dövlətlərarası müharibələr razılaşdırılmış müqavilər, vətəndaş müharibələri isə sülh elan olunması ilə sona yetir.
Müharibənin metodları və döyüş üsulları, digər adı ilə müharibə sənəti, geniş olaraq müxtəlif növlərə bölünür. Bu növlərə bölünmə aşağıdakılara əsaslanır:
• zaman dövrünə görə (tarixdən öncəki müharibə, antik müharibə, müasir müharibə);
• teatrına əsasən, döyüşün baş verdiyi yer anlamında (quru, dəniz və hava müharibəsi);
• istifadə edilən silah növünə əsasən (sualtı qayıq müharibəsi, kimyəvi müharibə, nüvə müharibəsi);
• daxil olan xalqlara görə (Roma müharibəsi, Çin müharibəsi, Ərəb müharibəsi);
• istifadə olunan taktikalara görə (partizan müharibəsi, izolyasiya müharibəsi, asimmetrik müharibə).
Müharibənin müxtəlif təzahürlərinə baxmayaraq, XXI əsrin ilk illərində asimmetrik müharibə əsasən döyüş səhnələrində hakim olub. Asimmetriya, keyfiyyətcə və ya operativ baxımdan bir qabiliyyətə dair ümumi müqayisə üçün təməlin olmaması deməkdir. Yəni, burada münaqişə tərəfləri arasında müqayisə edilmək üçün əsasların və predmetlərin olmadığı bir şərait nəzərdə tutulur. Bütün münaqişələr müəyyən dərəcədə asimmetrikdir və ağıllı döyüşçü həmişə bu keyfiyyətdən istifadə edir. Asimmetrik müharibənin təbiəti dinamikdir, asimmetriya müxtəlif vəziyyətlərdə fərqli olaraq təsnif edilə bilər.
Asimmetrik müharibə geniş mənada üç əsas növdən ibarətdir ki, bunlar ad olaraq strateji asimmetriya, taktiki asimmetriya və ya vəkalət müharibəsidir (proxy war).
“Strateji asimmetrik müharibədə” döyüşən tərəflər oxşar növdən olan qüvvələrin yerləşdirilməsi ilə başlayırlar, nəticə isə qarşı-qarşıya duran qüvvələrin keyfiyyəti və miqdarı ilə müəyyənləşdirilir. Çox zaman, döyüşən tərəflər oxşar növdən olan qüvvələri yerləşdirdikdə, döyüşün və ya kampaniyanın nəticəsi say üstünlüyü və ya daha yaxşı idarəetmə ilə müəyyən edilir.
“Taktiki asimmetrik müharibə”də isə bir tərəf texnoloji üstünlüyə malikdir. Bu üstünlük say üstünlüyü ilə birlikdə bir tərəfin gücünü daha da artıra bilər. Təlim və taktikalar, eləcə də texnologiya, döyüşün nəticəsində həlledici olduğunu sübut edə bilər və daha kiçik bir gücün daha böyük güclərə üstün gəlməsinə imkan verə bilər. Əgər zəif güc özünümüdafiə vəziyyətindədirsə, yəni hücum və ya işğal altında, qeyri-ənənəvi taktikalardan istifadə etmək mümkündür. Misal olaraq müharibə qanunlarını pozmadan effektiv bir vasitə kimi üstün gücün zəifliklərini istismar edən “vur-qaç” və seçilmiş döyüşlər taktikaları göstərmək olar. Nəhayət, “vəkalət tərəfindən müharibə halında” asimmetrik müharibə müəyyən bir ölkənin (dövlət aktorunun) marağına bağlı olan və ya rəğbətli olan qeyri-hökumət aktorları tərəfindən (adətən gizli) həyata keçirilir. Bu elə qeyri-dövlət aktorudur ki, dövlət aktorunun proksisi, yəni vəkili kimi çıxış edir.
Öz asimmetriya tipologiyasında Kennet Makkenzi altı əsas növ potensial asimmetrik təhdid müəyyən edib: nüvə, kimyəvi, bioloji, informasiya əməliyyatları, əməliyyat konsepsiyaları və terror. Kütləvi qırğın silahları, regional hərbi təhdidlər kimi asimmetrik təhlükələrin də növləri təsbit edilib.
Elə asimmetrik təhlükələrlə həyata keçirilən hücumlar var ki, dövlət və qeyri-dövlət aktorları birbaşa iştirakın qarşısını alır, amma güclü tərəfin təsirini minimuma endirmək və zəifliklərini istifadə etmək üçün strategiya, taktika və silah hazırlamaqla hücuma keçilir.
Post-modern müharibə dövründə, müharibənin xarakteri və təbiəti texnoloji, sosial və mədəni irəliləyişlər vasitəsilə dəyişdirilir. Eyni zamanda, müharibə sənətinin qeyri-ənənəvi taktikalara üstünlük verdiyi də müşahidə edilir. Beləliklə, post-modern dövrdə müharibə təmamilə fərqli iki fəlsəfəyə şahidlik edir.
Onlardan biri texnoloji inkişaflara əsaslanır və xarakter baxımından dövlət mərkəzlidir. Digəri isə qeyri-ənənəvi vasitələrdən və taktikalardan istifadə olunmasına əsaslanır və qeyri-dövlət qurumları tərəfindən daha çox işlədilir.
Günümüzdə bir dövlətə qarşı qeyri-dövlət aktorunun fəaliyyəti, asimmetrik müharibə kimi adlandırılmaqdadır. İnqilabi və nüvə müharibələrinin XX əsrin 3-cü rübündə geniş yayıldığı kimi, bu gün asimmetrik müharibə strateji potensialın öncül sərhəddində yerini almaqdadır.
Bu kontekstdə asimmetriya termini partizan müharibəsi, terror, qeyri-nizami müharibə və s. kimi müharibə döyüşlərinin müxtəlif taktikalarını əhatə edir. Bu müharibələr məhdud resurslardan, etnik və dini məsələlərdən, transmilli cinayətlərdən (terror və qiyamçılıqla birgə), miqrasiya və qeyri-qanuni miqrasiya, sərhəd mübahisələri, qıtlıq və dövlətin dağılması ilə əlaqəli münaqişələrdən irəli gəlir.
Ancaq asimmetrik müharibə yeni bir anlayış deyil. Bu, Romanın İspaniyanı işğalı tarixinə gedib çıxır. Asimmetrik yanaşmanın tərəfdarları məhdud hücumları texnologiyanın üstünlüyünü və düşmənlərinin qüvvələrini sarsıtmaq üçün xəyanətdən istifadə edərək müntəzəm hərbi qüvvələrin mühüm zəifliklərinə qarşı cəmləşdirir. Asimmetriyaya dolayı istinadlar qədim çinlilərin hərbi nəzəriyyəçisi Sun Tzunun yazısında da rast gəlinə bilər. O, “Müharibə sənəti” adlı məşhur kitabında qeyri-ənənəvi və ənənəvi taktikalar kimi mövzular haqqında müzakirə aparır. Burada qeyri-ənənəvi taktikalar, ilk növbədə gözlənilməz yollarla qüvvələr yaratmaq və onlardan, xüsusilə də, çevik olanlardan istifadə etməklə həyata keçirilmiş taktikalar kimi təsvir olunur. Yaxın keçmişdə assimetrik münaqişə üçün ilk istinad Andryu Mak tərəfindən Vyetnamdakı təcrübə ilə bağlı yazılan məqalədədir.
Asimmetriya terminə bir çox yanaşma var. Son bir neçə il ərzində “asimmetriya” və “asimmetrik” sözləri strateji tədqiqatlar və siyasi elmi danışıqlarda daha nəzərəçarpan olub. Silahlı münaqişələrlə bağlı müharibələr, düşmənlər, döyüşlər, strategiyalar, yanaşmalar, seçimlər, çağırışlar və bir çox başqa hadisələr asimmetrik olaraq dəyərləndirilib. Yanaşmaların çoxluğu nəzərə alınarsa, bu konsepsiayadan istifadə edərək yalnızca təhdidləri təsvir etmək hərbi komandanlıqların ağlında çaşqınlıq yarada bilər. Beləliklə, asimmetriya “sadəcə birinin üstünlüyünü maksimum istifadə etmək” və ya fərqli mübarizə aparmaqdan daha çox məna kəsb edir.
Milli təhlükəsizliyə qarşı asimmetrik çağırışlar anlayışı ABŞ hökumətinin ortaya qoyduğu bir sənəddə öz əksini tapır:
Asimmetrik yanaşmalar bizi ABŞ-ın gözlənilən əməliyyat üsulundan əhəmiyyətli dərəcədə fərqlənən üsullardan istifadə edərək zəif cəhətləri istismar edən qüvvələri aşmaq və ya sarsıtmaq cəhdləridir. Bunlar ümumiyyətlə şok və ya qarışıqlıq kimi böyük bir psixoloji təsiri axtarmaqdan ibarət olur. Bununla da rəqibin təşəbbüsünə, hərəkət etmə azadlığına və iradəsinə mənfi təsir göstərilir. Asimmetrik üsullar rəqibin zəifliklərinin qiymətləndirilməsini tələb edir. Asimmetrik yanaşmalar tez-tez yenilikçi, qeyri-ənənəvi taktika, silah və ya texnologiyaları tətbiq edir və hərbi əməliyyatlar strateji, əməliyyat və taktiki səviyyələrdə, o cümlədən hərbi əməliyyatların spektrində tətbiq edilə bilir.
Asimmetrik müharibənin başqa bir təfsiri Robert Bunker tərəfindən müəyyən edilən qeyri-nizami müharibə və ya qeyri-ənənəvi müharibədir. O, qeyri-ənənəvi müharibəni bir milli dövlətin ordusu tərəfindən aparılan ənənəvi müharibələrdən fərqli bir münaqişə forması kimi təyin edir. Bu baxımdan asimmetrik müharibə, əsasən, gizli müharibədir, partizan qrupları, dini kultlar, narkotik kartellər və hətta nizami silahlı qüvvələrin xüsusi qüvvələri kimi komponentlər tərəfindən də aşağı intensivliklə keçirilir. Beləliklə, asimmetrik/qeyri-ənənəvi müharibə üzrə praktiki siyasət həyata keçirənlər arasında Sun Tzu, Lettov-Vorbeck, Laurens, Lenin, Mao, Çe Quevara və Karlos Marigella kimi müasir partizan (gerilla) liderləri var.
Həmçinin, illər ərzində asimmetrik münaqişələrin nəticələrini sistematik şəkildə təhlil etmək üçün bəzi cəhdlər edilib və bir neçə asimmetriyalar görülüb. Bu assimetriyalar münaqişənin nəticəsini anlamaq üçün vacib olanı xarakterizə edən bir məsələdir. Rozen asimmetriyanı gücdə nəzərdən keçirir və onu “nəticələri ödəməkdən yayınmaq” kimi qiymətləndirir. Katzenbax “maddi” və “qeyri-maddi resurslar”dakı asimmetriyaları araşdırır. Galtunq “sosial” və “ərazi müdafiəsi” (hədəflərdə asimmetriya) arasında fərqi ortaya qoyur. Kissincer ümumi strategiyada asimmetriyadan bəhs edir (fiziki və psixoloji pozuntular). Kraymer isə “müstəmləkəçiliyə qarşı” və “müstəmləkəçi” partizan müharibələrini fərqləndirir.
Strategvision.org
Oxşar məqalələr
-
Ukraynada partizan müharibəsini hansı qüvvələr aparır?
-
Rusiyada müharibə əleyhinə gizli mübarizə – Hər an “partlayış” baş verə bilər
-
Ukrayna müharibəsinin asimmetrik üzü – Qara dəniz ticarət gəmiləri də hədəfdədir
-
Kamikadze hücumları qanunsuz deyil| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - IV YAZI
-
Xəyanətkarlığın dəqiq parametrləri bəllidir?| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - III YAZI
-
Strateji, əməliyyat və taktiki səviyyə| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - II YAZI
-
İsrailin İrana qarşı asimmetrik müharibəsi| İranın kəskin reaksiya göstərmək qabiliyyəti var?
-
Asimmetrik müharibə nədir?
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə