Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır

 Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
70     18:39     16 11 2024    

https://nationalinterest.org/blog/buzz/morality-poses-biggest-risk-military-integration-artificial-intelligence-177605?fbclid=IwAR0bcNQYAqcJi-9CtY-vs67j4xvN7zl_EwZjzutFYFZrDF_zsjC5u2Ma9pg

Müdafiə sistemlərində insanlar və Süni Zəka (SZ) arasında effektiv tarazlığın tapılması prosesin insanlardan uzaqlaşmağını təşviq edən hər hansı bir siyasət üçün qarşılaşma nöqtəsi olacaq. Bu balans daxilində öldürmə zənciri kimi anlayışları nəzərdən keçirərkən bəzi məsələləri qəbul etməliyik. Bu sahədə yürüdülən siyasətdə irəliləyişlərin olması müdafiə sahəsində özünü necə göstərəcək? SZ inteqrasiyasının siyasi, texnoloji və hüquqi sərhədlərinin müəyyən edilməsi bu texnologiyanın faydalarından istifadə etməyə, xüsusən də sürəti öldürmə prosesinə daxil etməyə imkan verəcək.

ABŞ-ın keçmiş Müdafiə naziri Eş Karter deyirdi: “Biz hamımız qəbul edirik ki, maşınlarla pis şeylər baş verə bilər. Ancaq bunun etika daxilində olmadan baş verə biləcəyini qəbul edə bilmirik”.

Şübhəsiz ki, insanlar üstün olma qabiliyyətini saxlayacaq və istisnasız olaraq cavabdehlik insanların üzərində olacaq. Liderlər SZ ilə idarə olunan silah sistemlərinin hərəkətləri ilə əbədi olaraq bağlı olacaqlar.

Silah sistemlərinin gələcəyinə hədəflərin seçilməsinə, məlumatların toplanmasına və işlənməsinə rəhbərlik edən SZ daxildir. Döyüş meydanında hökmranlıq ənənəvi vasitələrlə deyil, rəqib alqoritmlərlə SZ-nin üstünlük təşkil etdiyi qarşıdurmalarla baş verəcək. İnsanın üstünlük təşkil etdiyi qərar qəbuletmə prosesinin normallığı proses daxilində SZ üçün müavinət təmin etsə də, bu mənalı şəkildə deyil. Heç bir halda SZ ölümcül hərəkətlərin müəyyən edilməsi istiqamətində aktual qərarların qəbul edilməsində mühüm rol oynamır. Aydındır ki, inteqrasiyanı dəstəkləyən imkan və texnologiya bizim seçilmiş səlahiyyətlilərimizin dözümlülüyünü xeyli üstələyib. Biz bir neçə fundamental addımla onlarda və geniş ictimaiyyətdə inam yaratmalıyıq.

Birincisi, məlumatların toplanması və işlənməsi ilk növbədə SZ tərəfindən idarə oluna bilər. Bu inteqrasiya, tədqiqat və inkişaf (R&D) perspektivində əlavə imkanlar baxımından əhəmiyyətli olmasa da, inamın yaradılmasına kömək edə və tez tamamlana bilər. Fərdi sistemlərdə SZ üçün sadə protokolların işlənib hazırlanması, əvvəlcə asan olur, sonra isə yavaş-yavaş çətinliyi artır. Bu, texnologiyanın araşdırma və inkişaf nöqteyi-nəzərindən irəliləməsinə imkan verəcək, eyni zamanda inam və etibarı tədricən artıracaq. Tanıma proqram təminatının silah sisteminə daxil edilməsi, istər mülki şəxslər, istərsə də terrorçular olsun, təqdim oluna, prioritetləşdirilə və sonra hərəkət üçün komandirə verilə bilən xüsusi hədəf seçimlərinə imkan verəcək. Müəyyən edilmiş perimetrlər dəsti daxilində inamla işlədikdən sonra, üst-üstə düşən əhatə dairəsi üçün sistemlərin sayını artıra bilərsiniz. İnsan isə bütün məlumatların kəsişməsində ola bilər.

Bu proses yalnız araşdırma və inkişaf mühitində əhatə olunmamalıdır. Əksinə, həm ictimaiyyət, həm də seçilmiş şəxslər üçün şəffaflıq qəbul edilməlidir. Bəli, bu addımlar elementar görünsə də, həyata keçirilmir. Düzgün siyasət və nəzarətlə kiçik konkret addımlar çox vacibdir. Belə bir anlayış olmadan, qərar qəbul edənlər onu vicdanları ilə qəbul edə bilmilər, əksinə, təhlükəsiz və daha asan olan “yox” cavabını seçirlər. Silah sistemlərimizə SZ inteqrasiyasını həyata keçirməyi gözləmək bizi düşmənlərimizlə effektiv rəqabət aparmaq üçün tələb olunan texnoloji sıçrayışda geridə qoyur.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar