“Facebook”un arxiv olacağını düşünürük?| SZ moderasiyasının təhdidi altında olan müharibə cinayətlərinə dair sübutlar

“Facebook”un arxiv olacağını düşünürük?|  SZ moderasiyasının təhdidi altında olan müharibə cinayətlərinə dair sübutlar
786     10:31     02 07 2021    
Tələbə jurnalist Baraa Razzouk illərdir bombalama və etiraz aksiyalarından tutmuş yeni bir sağlamlıq mərkəzinin açılışına qədər Suriyanın İdlib şəhərində gündəlik həyatında baş verən bütüm hadisələri sənədli filmə çəkir və videoları “YouTube” hesabına yerləşdirir.

Lakin tezliklə 21 yaşlı gənc “Youtube Inc”dən videolarının yayım siyasətini pozduğunu və onların silinəcəkləri ilə bağlı avtomatik xəbərdarlıq mailləri almağa başlayıb. O, bu ay etibarilə 10-dan çox videonun silindiyini deyir.

“Suriyadakı etirazların, həmçinin rejim qüvvələrinin hücumlarının videolarla sənədləşdirilməsi həqiqətən vacibdir”, - deyə o qeyd edir və əlavə edir: “Bu, dünya üçün sənədləşdirdiyim bir şeydir və indi silinir”.

“YouTube”, “Facebook” və “Twitter” mart ayında videoların və digər məzmunların yayım siyasət pozuntularına görə səhvən silinə biləcəyi ilə bağlı xəbərdarlıq edib, çünki koronavirus pandemiyası səbəbindən onların ofisləri boşdur və yayım siyasətinə avtomatlaşdırılmış proqramlar nəzarət edir.

Lakin bu Süni Zəka ilə işləyən qurğular Razzoukun videoları kimi insan hüquqları və tarixi sənədləri terror məzmunu kimi problemli materiallarla qarışdırmaq riski daşıyır - bu, xüsusilə Suriya və Yəmən kimi müharibə şəraitində olan ölkələrdə rəqəmsal hüquq müdafiəçilərini narahat edir.

“Süni Zəka çox kobud şəkildə kontekstdən kordur”, - deyə Yaxın Şərqdəki münaqişə zonalarından videoları arxivləşdirən “Suriya Arxivi” adlı qeyri-kommersiya qurumunun təqdiqatçısı Cef Daç bildirib.

“Çox vaxt yazıların tarixi, siyasi və ya dil parametrlərini ölçmək olmur, insan hüquqları sənədləri və zorakı ekstremist təkliflər çox vaxt bir-birindən ayrılmazdır”, - deyə o qeyd edib.

“Witness” (şahid) rəqəmsal hüquqları qrupunun texnologiya üzrə koordinatoru Dia Kayyali deyir ki, səhvən silinmə Beynəlxalq Cinayət Məhkəməsi və BMT kimi beynəlxalq qurumlar tərəfindən hüquq pozuntularının rəsmi sübutu olaraq istifadə olunan videolar kimi məzmunları təhdid edir

“Bu mükəmməl bir fırtınadır”, - deyə o bildirir.

“Thomson Reuters” Fondu Razzoukun “YouTube”dakı hesabı barədə məlumat yaydıqdan sonra, mətbuat katibi şirkətin videoları səhvən sildiyini, silinmənin daxili proseslə bərpa olunması üçün müraciət edilmədiyini bildirib. İndi Razzoukun 17 videosu bərpa olunub.

“Saytımızdakı videoların çox olması səbəbindən bəzən səhv çağırışlar edirik. Bir videonun səhvən silindiyi diqqətimizə çatdırıldıqda, onu bərpa etmək üçün sürətlə hərəkət edirik”, - deyə mətbuat katibi qeyd edib.

Son illərdə sosial media platformaları zorakı məzmunu və dezinformasiyanı platformalarından tez bir zamanda silmək üçün hökumətlər tərəfindən təzyiq altına düşüb - bu da Süni Zəka sistemlərinə etibarı artırmaqla nəticələnir.

Avtomatlaşdırılmış proqram təminatının köməyi ilə “YouTube” hər il milyonlarla videonu və “Facebook” keçən il terror məzmunu yerləşdirmək kimi qaydaları pozduğuna görə 1 milyarddan çox hesabı silib.

Ötən il sosial media şirkətləri Yeni Zellandiyanın Kristçurç şəhərindəki iki məsciddə 51 nəfərin ölümünə səbəb olan silahlı şəxsin “Facebook”da canlı yayımlanan terror hücumundan sonra ekstremist məzmunun qarşısını alacağını vəd edib.

Fransa Prezidenti Emmanuel Makron sosial media platformalarında qeyri-qanuni məzmun və yalan məlumatların yayılmasının qarşısının alınmasında Fransanın lider olacağına söz verdi, digər hökumətlər də onunla birgə olmağa çalışır.

Lakin bu həftə ölkənin ən ali məhkəməsi sosial media nəhənglərini 24 saat ərzində hər hansı bir nifrət dolu məzmunu aradan qaldırmağa məcbur edəcək qanun layihəsinin vöyük hissəsini dəstəkləmədi.

“Facebook” kimi şirkətlər də fiziki zərərə səbəb ola biləcək koronavirusun baş verməsi barədə yanlış məlumatları aradan qaldıracağına söz verdi. Kayyali bu təzyiqlərin pandemiya zamanı Süni Zəkaya artan inamla birlikdə insan hüquqlarının məzmununu təhlükə altına aldığını qeyd edir.

İzlənən məzmun

Sosial media şirkətləri adətən Süni Zəka alətlərinin səhvən məzmunun hansı müddətdə sildiyini açıqlamırlar.

Beləliklə, Suriya Arxivi Qrupu təxminən on illik müharibənin hökm sürdüyü Suriyada törədilən cinayətlərlə əlaqədar insan hüquqları sənədlərinin silinməsi nisbətində zamanla təxmini dəyişiklik etmək üçün öz məlumatlarından istifadə edir.

Qrup sosial media platformalarında hüquq müdafiə kontentini yerləşdirən hesabları qeyd edir və onların serverlərindəki məlumatları arxivləşdirir. Hansı sıxlıqda silinməni hesablamaq üçün qrup hər ay xüsusi skirptlərdən istifadə edir.

“Tədqiqatımız göstərir ki, ilin əvvəlindən etibarən “YouTube”dakı Suriya insan hüquqları sənədlərinin məzmununun silinmə dərəcəsi təxminən iki dəfə arıtb (13%-dən 20% -ə qədər)”, - deyə Daç bildirib və bu artımı “indiyə kimi görünməmiş” adlandırıb.

May ayında Suriya Arxivi “YouTube”da 350 mindən çox videonun yoxa çıxdığını aşkar etdi. Suriyada hava hücumları, etirazlar və mülki şəxslərin evlərinin dağıdılması videoları da daxil olmaqla 2019-cu ilin may ayında 200.000-ə qədər video silinmişdi.

Daç Yəmən və Sudan da daxil olmaqla, bölgədəki müharibə vəziyyətində olan digər ölkələrdə məzmunca silinmələrin olduğunu bildirib. “Münaqişə zonalarında istifadəçilər daha həssasdırlar”, - deyə o qeyd edib.

“Amnesty İnternational” və “Witness” də daxil olmaqla digər qruplar, başqa yerlərdə, o cümlədən Saxara-Afrikada analoji tendensiyalarla bağlı narahatlıqlarını bildiriblər.

Suriya Arxivi “Facebook”da silinən məzmunlarla bağlı araşdırma apara bilməyib, çünki platformanın tətbiqetmə interfeysi (API) ilə kənar tədqiqatçılar məhdudlaşdırılıb.

Lakin bu ayın əvvəlində suriyalılar platformada oxşar məzmunlu videolarla bağlı narahatlıqlarını ifadə etmək üçün “Facebook Suriya inqilabı ilə mübarizə aparır” heştəqindən istifadə etməyə başladılar.

Keçən ay Ağ Dəbilqə qrupu ilə suriyalı humanitar işçi Yahya Daoud Hula bölgəsində Suriya Prezidenti Bəşər Əsəd qüvvələri tərəfindən 2012-ci il qırğında ölən bir qadını əks etdirən bir yazı və foto paylaşmışdı.

Ayın sonunda Daoud 2011-ci ildən sonra Suriyadakı həyatını sənədləşdirmək üçün istifadə etdiyi hesabının izahat olmadan avtomatik olaraq silindiyini söylədi.

“Mən “Facebook”un mənim üçün arxiv olacağını düşünürdüm”, - deyə o qeyd edib.

“O qədər xatirələr silindi: dostlarımın ölümü, köçkün olduğum gün, anamın ölümü”, - deyə o qeyd edir və əlavə edir ki, qərarı “Facebook”un avtomatlaşdırılmış şikayət sistemi vasitəsi ilə şikayət edib.

“Facebook” məsələ ilə bağlı suallara cavab verməyib.

“Biz onları eşitmirik”

Tədqiqatçılar səhvən silinən məzmunun yalnız kiçik bir hissəsini aşkar edə bildiklərini söyləyirlər.

“Nə qədər insanın danışmağa çalışdığını bilmirik və eşitmirik”, - deyə Kaliforniya Universitetinin Berkeley İnsan Hüquqları Mərkəzinin direktoru Aleksa Koeniq qeyd edir.

“Bu alqoritmlər məzmunu görmədən əvvəl ələ keçirir”, - deyən Koeniq mərkəzin insan hüquqları pozuntularını sənədləşdirmək və davalar yaratmaq üçün Suriya kimi münaqişə bölgələrindən yayımlanan şəkillər və videolardan istifadə etdiyini bildirir.

“YouTube” bildirib ki, Süni Zəka tərəfindən silinən videoların 80%-i 2019-cu ilin ikinci rübündə heç kim görməmişdən əvvəl silinib.

Bu videoların silinməsi dünyada davam edən araşdırmalara təhlükə yarada biləcəyindən ehtiyat edən Koeniqini narahat edir.

2017-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi Liviya komandiri Mahmud əl-Verfallinin “Facebook”da yayımladığı videodan sonra sosial media dəlillərinə əsaslanan ilk həbs qərarı vermişdi.

Sözügedən videoda onun Benqazidə bomba yüklədiyi yerdə 10 gözü açılan məhkumu güllələdiyi göstərilir. O, hələ də həbs olunmayıb.

Koeniq bu cür sənədlərin indi təhdid altında qalmasından narahatdır: “Təhlükə bir neçə ay əvvəl olduğundan daha yüksəkdir”, - deyə o qeyd edir və əlavə edir ki, məzmunu qorumaq üçün lazım olan yerə yaxın olmadığımızı bilmək çox ağrılı bir hissdir.
Strategyvision.org

Teq: Süni-Zəka   Müharibə   Cinayət  


Oxşar məqalələr
Son əlavə olunanlar