Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
Həyatımızdakı effektivliyini günü-gündən artıran SZ internet istifadəçilərini necə daha çox faydalana biləcəyimiz sualına cavab axtarmağa sövq edir. Bu suallara verilən cavablar istiqamətində SZ-dən istifadə edilir, sahəsi genişlənir, bu tələb və ehtiyaclar istiqamətində inkişaf etdirilir. Yarandığı ilk vaxtlarda insan həyatına bilavasitə təsir etməyən sahələrdə fəal iştirak edən SZ inkişafı ilə özünü insan həyatının mərkəzinə doğru yerləşdirir.
Danılmaz faktdır ki, hüquq insanların maraqlarını və hətta həyatını qoruyan təhlükəsizlik və sanksiya mexanizmi kimi insan həyatının mərkəzində duran bir sahədir. “Reuters”in 2023-cü ildə ABŞ-də SZ ilə bağlı araşdırmadan bəhs etdiyi xəbərdə iki hüquq professoru və hüquq proqramı istehsal edən bir şirkətin hazırladığı vəkillik imtahanından 297 bal toplayaraq, 76 faiz müvəffəqiyyət əldə edən GPT-4 SZ-nin hüquq sahəsində də istifadə oluna biləcəyini göstərdi.
SZ sürətlə inkişaf etsə də, SZ proqram təminatına malik insanabənzər robotun mühakimələri müdafiə etmək və ya qiymətləndirmək üçün xalat geyinərək, hüquq sahəsinə daxil edilməsi uzaq bir xəyaldır. Bəs ABŞ-də vəkillik imtahanında kifayət qədər bal toplayan SZ hüquq sahəsində necə fəaliyyət göstərəcək?
Cinayət hüququ sahəsində işlər istintaq və cinayət təqibi olmaqla, iki mərhələdən ibarət olur və istintaq mərhələsində toplanmış sübutlarla hazırlanan ittiham aktı nəticəsində kifayət qədər şübhə yaranarsa, cinayət təqibi mərhələsi başlayır və yalnız bundan sonra məhkəmə salonlarında məhkəmə prosesi başlayır. Mülki işlərdə mübahisələrin bəziləri tamamilə yazılı prosedur vasitəsilə tamamlanır.
Bu baxımdan, SZ-nin indiki inkişaf səviyyəsinə əsaslanaraq, vəzifə sahəsi yaratmaq istəsək, deyə bilərik ki, qərar qəbuledici mövqedə olmamaq şərti ilə cinayət işlərinin istintaq hissələrində və demək olar bütün mülki işlərdə ondan istifadə oluna bilər. Bu tapşırıq sahəsini nümunələr vasitəsilə daha aydın görə bilərik. Məhkəmə iclasının yazılı stenoqramı kimi katiblər tərəfindən saxlanılan protokollar dil imkanları artırılmış SZ tərəfindən dəstəklənən imla proqramları ilə saxlanıla bilər.
SZ-dən sübutların toplanması və qiymətləndirilməsi baxımından vizual və səsli dəstək alına bilər. Sübut olunan əşyanın reallığının qiymətləndirilməsi, məsələn, imzanın saxta və ya real olması baxımından müvafiq şəxsin imzaları ilə müqayisə edilməsi, yaxud səs yazısı zamanı onun montaj olub-olmaması, yaxud SZ tərəfindən yaradılıb-yaradılmadığının qiymətləndirilməsi... Şəkil və ya video varsa, bu şəxsin kim olduğunun müəyyənləşdirilməsi, iddia edilən şəxslə müqayisə edilməsi, niyə o olduğunun və ya niyə o olmadığının müəyyənləşdirilməsi...
Hüquq işçiləri tərəfindən müxtəlif mərhələlərdə hazırlanan ərizə, etiraz, ittiham aktı və əsaslandırılmış qərarlar kimi sənədlərin hazırlanmasında əsas elementləri təmin edərək, sənədin SZ tərəfindən hazırlanması ilə vaxta qənaət... Şübhəlilərin dindirilməsinin faktların aydınlaşdırılması baxımından son dərəcə əhəmiyyətli olduğu və ya çarpaz dindirmə tələb olunduğu məqamlarda hadisənin SZ-yə izah edilməsi və dindirmə zamanı verilməli olan prioritet sualların müəyyən edilməsi ilə hüquq-mühafizə qüvvələrinin sorğu-sual proseslərinin dəstəklənməsi...
Yenə dindirmə prosesində SZ ilə dəstəklənən kameralar vasitəsilə insanın jest və mimikalarının izlənməsi və anında psixoanaliz aparılaraq, ifadələrin yalan/həqiqət nisbətlərinin hesablanması istifadə edilə bilər. Dosyelərə hakim və prokuror təyin edilməsinin SZ-nin dəstəyi ilə həyata keçirilməsi və beləliklə qadağa hallarının yaranmasının birbaşa əngəllənməsi...
Tərəflərin qərarın qəbul edilməsini gecikdirmək və məhkəmə prosesini uzatmaq məqsədi güdən tələblərinin əvvəldən müəyyən edilərək, prosesə zərər vurmasının əngəllənməsi məqsədilə həyata keçirilən hər bir hüquqi fəaliyyətin SZ dəstəkli tətbiqə qeyd edilərək izlənilməsi, ehtimalların hesablanması və tələblərin mütləq ədalətə çatma nöqtəsində zəruriliklərinin planlaşdırılması yoluyla gecikmələrin əngəllənməsi...
Hər hansı bir mərhələdə riayət edilməli müddətlərin, fasilələrin SZ tərəfindən qiymətləndirilməsi, yenə bu məsələlərə edilən etirazların da SZ-nin köməyi ilə qiymətləndirilməsi...
SZ bizi təəccübləndirəcək səviyyəyə çatsa da, texnologiyada hələ təzə bir fenomendir və təbiətinə görə bütün digər texnoloji elementlərdən daha çox inkişafa açıqdır. Bu baxımdan sadaladığımız nümunələr SZ-nin inkişafı ilə artırıla, dəyişdirilə və təkmilləşdirilə bilən nümunələrdir.
SZ ilə bağlı problemlərin hüquqi sahəyə yansımaları
SZ düzgün nöqtələrdə düzgün üsul və metodlarla istifadə olunarsa, hüquq sahəsində ciddi dəstək verə bilər və hətta kifayət qədər inkişaf etdiyini sübut edərsə, tamamilə yazılı prosedurdan istifadə edərək, hökmlər verə bilər. Bununla da bir çox vətəndaşları, hətta vəkilləri narahat edən dinləmələrin uzun müddətə təxirə salınması və faylların yığılması problemləri aradan qaldırıla bilər.
Ancaq bunlar hüquq sahəsini düzgün istifadə ilə dəstəkləmək üçün nümunələrdir. SZ-nin verdiyi qeyri-məhdud imkanlar yanlış yollarda istifadə olunaraq, hüquq sahəsinə daxil ola, qanuna kömək etmək əvəzinə yükə çevrilə bilər. Bu, mübahisə və ya qeyri-qanuni element ola və qanunun həllini tələb edə bilər. Bu yaxınlarda “OpenAI” tərəfindən istifadəyə verilmiş “GPT-4o” istifadəçilərə müxtəlif səsli seçimlər təklif edir və onlardan biri olan “Sky” ilə bağlı mübahisə yaranıb.
Amerikalı aktrisa Skarlet Yohansson 2023-cü ilin sentyabrında şirkətin ona səs işi təklif etdiyini və bunu qəbul etmədiyini açıqlayıb. Aktrisanın “Sky” səsləndirməsinin öz səsinə bənzədiyini iddia etməsi ilə başlayan proses zamanı “OpenAI” səsin məşhur şəxsə aid olduğunu təkzib edib və səsin necə hazırlandığını ətraflı izah edə bilməyərək, “Sky”ın istifadəsini dayandırdıqlarını açıqlayıb.
Burada şirkətin rəftarlarını bütünlüklə qiymətləndirdiyimiz zaman səsin yaranma prosesini açıqlaya bilmədikləri, ancaq rədd etdikləri halda istifadəyə ara vermələri, əksər internet istifadəçilərinin paylaşdığı fikrə görə, “Sky”ın Skarlet Yohanssonun səsinin SZ-dən istifadə olunaraq təqlid edilməsiylə istehsal edildiyini sübut edir. Şirkət istifadəyə ara verərək, bu vəziyyətin hüququn qarşısında qoyulmamasına çalışsa da, əks ssenaridə bu, fərdi məlumatlar hüququ və cinayət hüququ kimi birdən çox sahəyə aid olan mübahisəyə səbəb ola biləcək SZ-dən istifadə nümunəsidir.
Başqa bir misal maliyyə sektorundan gəlir. Honq-Konqda bir şirkətin maliyyə işçisi pul köçürmə tələbi ilə aldığı elektron məktubların həqiqiliyinə inanmasa da, SZ-nin tələsinə düşür. Məktublara inanmayan məmuru aldatmaq üçün tamamilə SZ ilə hazırlanmış, şirkətin yüksək rütbəli məmurlarına və həmkarlarına aid video və səslərdən ibarət olan video toplantı planlaşdırılır və buna dəvət edilir. Toplantı zamanı görüntülərin və səslərin həqiqiliyinə bir an belə şübhə etməyən zərərçəkmiş toplantının sonunda müvafiq pul köçürməsini həyata keçirib və nəticədə 25,6 milyon dollar zərər dəyib.
Hadisədə də göründüyü kimi insanların gözündə etibarını itirmiş klassik internet fırıldaqçılıq üsulları SZ ilə dəstəklənərək, insanları tələyə sala bilir. SZ-nin hüquqa necə dəstək verə biləcəyini düşünərkən, bu cür hadisələrin qarşısını almaq üçün üsullar da inkişaf etdirilməlidir. Cinayət qanunvericiliyində internet üzərindən bəzi cinayətlərin törədilməsinə dair tənzimləmələr və ya internet cinayətləri ilə bağlı tənzimləmələr olsa da, SZ-nin istifadəsinin sürətlə artdığı bu dövrdə bu qaydaların genişləndirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var.
“Deep Fake” nədir?
SZ ilə bağlı bir çox şeyin hüquq sahəsinə daxil olması mümkün olsa da, yuxarıda verdiyimiz misallar və digər əksər qanunsuzluq nümunələri “Deep Fake” adlı SZ-nin istifadəsi nəticəsində yaranan hüquqi problemlərdir. Bəs bu “Deep fake” nədir? “Deep fake” SZ ilə dəstəklənən proqram təminatının maşın öyrənmə üsulları vasitəsilə yeni audio və ya vizual məzmunun yaradılmasıdır. Maşın öyrənməsi texniki cəhətdən kompüterləri avtomatlaşdırmağa imkan verir ki, onlar açıq şəkildə proqramlaşdırılmadan təyin edilmiş tapşırıqları yerinə yetirə bilsinlər.
Bu ehtiyacın səbəbi insan əli ilə mürəkkəb vəzifələrin bütün həllinin kodlaşdırılmasının çətinliyidir. Bunun əvəzinə əsas elementləri çəkilərək aparılan bir proqramlaşdırma ilə saniyədə minlərlə əməliyyat yerinə yetirən komputerin mümkün variantlar arasından həllə çatmağa çalışmasıdır. Bu texnika “deep fake” istifadəsində isə bu şəkildə qarşımıza çıxır:
Əgər SZ ilə bir səs yaratmaq və bu səsin konkret olaraq bir insanın səsinə bənzəməsini istəyirsinizsə, bu səsə nail olmaq üçün kompüterə çox uzun bir resept kodlaşdırmalı olacaqsınız. Ancaq maşın öyrənməsi metodu ilə bənzətmək istədiyiniz səsə dair nümunələri sistemə yükləyə və buna bənzər bir səs istehsal etmək istədiyini SZ-yə bildirə bilərsiz. Nümunə səs yazıları tapşırığın əsas elementlərini təşkil edərək, işi sadələşdirəcək və SZ kompüterin işləmə sürəti ilə nəticəyə daha asan və tez çata biləcək.
Eyni şey şəkillərə də aiddir. Saxta bir fotoşəkil hazırlamaq istəyirsinizsə, bənzəmək istədiyiniz şəxsin bütün fiziki xüsusiyyətlərini verə bilməzsiniz, versəniz belə, nəticə gözlədiyiniz kimi olmaya bilər. Əvəzində həmin şəxsin şəklini və saxta foto ilə bağlı gözləntilərinizi direktiv olaraq verdiyiniz zaman SZ onu daha aydın və gözləntilərinizə uyğun təqdim edəcək.
Potensial hüquqi sanksiyalar
SZ yeni və inkişaf edən bir fenomen olduğundan onunla bağlı hüquqi problemləri həll etmək üçün hələ qanun yaradılmayıb. Ancaq bu, ortaya çıxan problemlərin həll olunmamış olaraq qalacağı demək deyil, hətta SZ üçün xüsusi olaraq qanun yaradılsa belə, problemlərin müxtəlif hüquqi sahələr kontekstində qiymətləndirilməsi və həlli yollarının işlənib hazırlanması həmişə zəruri olacaq.
Belə ki, hələlik konkret qaydalar olmasa da, bu problemlər aid olduqları hüquqi sahə kontekstində qiymətləndirilə bilər. Dedik ki, SZ-nin yaratdığı problemlərin əsas mənbəyi “deep fake”dən istifadədir. “Deep fake”in saxta səslər və şəkillər yaratmaq üçün də istifadə edildiyini nəzərə alsaq, bu problemlə bağlı ən səlahiyyətli hüquqi intizam şəxsi məlumatlar haqqında qanun olacaq. Bundan əlavə, istifadə olunan saxta arqumentlərin istifadəsindən və yerindən asılı olaraq konkret işdə baş verə biləcək cinayətlər varsa, bu məsələdə əsas səlahiyyət cinayət hüququ olacaq.
Fərdi məlumatlar haqqında qanun
Fərdi məlumatların qorunması üçün qanunverici bu məlumatların emalı və saxlanması kimi bütün halları tənzimləmək üçün Fərdi Məlumatların Qorunması Qanununu tənzimləyib. Qanunun müddəasına görə, fərdi məlumatlar müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxsə aid hər hansı məlumatdır. Qanunvericilikdə nəzərdə tutulmuş istisnalar qorunmaq şərti ilə şəxsin açıq razılığı olmadan fərdi məlumatlar emal edilə bilməz və yalnız qanunla müəyyən edilmiş prosedur və prinsiplərə uyğun işlənə bilər.
Məlumatların işlənməsi zamanı konkret və qanuni məqsədlərin olması və bu məqsədə uyğun məhdud müddət ərzində işlənməsi, qanuna və dürüstlük qaydalarına riayət edilməsi məcburi prinsiplərdir. Bu baxımdan, “deep fake” üsulu ilə yaradılan məhsullar saxta olsa da, bir şəxsə və ya şəxslərə aiddir və fərdi məlumatlar kimi müəyyən edilir. Məsələn, “deep fake”də istifadə edilməsi üçün bir şəxsin paylaşmadığı məlumatlarla hazırlanan görüntü və ya səsdə açıq razılıq yoxdur və bunun qanunda nəzərdə tutulan prosedur və prinsiplərə uyğun olduğunu söyləmək olmaz.
Buna görə də, “deep fake”dən istifadə etməklə yaradılan məhsullar şəxsi məlumat hüquqlarını açıq şəkildə pozur və müvafiq qanun çərçivəsində sanksiyalara məruz qalmalıdır. Qanuna görə, pozuntular baxımından cinayətlər və yersiz davranışlar arasında ikili fərq var. Cinayətlər cəza məcəlləsində tənzimlənir və cinayətlərə görə inzibati cərimələr müəyyən edilir.
Cinayət hüququ
Cinayət məcəlləsinin məqsədi şəxsi hüquq və azadlıqların, ictimai asayişin və təhlükəsizliyin, qanunun aliliyinin, əhalinin sağlamlığının və ətraf mühitin, sosial əmin-amanlığın qorunmasından, cinayətlərin qarşısının alınmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün qanun cinayət məsuliyyətinin, cinayətlərin, cəza növlərinin və təhlükəsizlik tədbirlərinin əsas prinsiplərini tənzimləyir.
Bu baxımdan bizi narahat edən birinci hissə, yuxarıda qeyd etdiyimiz kimi, fərdi məlumatların pozulması nəticəsində baş verən cinayətlərin tənzimlənməsidir. Qanunvericiliyə uyğun olaraq, fərdi məlumatların qanunsuz olaraq qeydə alınması, paylaşılması, ələ keçirilməsi və müəyyən edilmiş müddətdə məhv edilməməsi üçün qaydalar tətbiq edilib və bu cinayətlərə görə həbs cəzası nəzərdə tutulub.
Bundan əlavə, bu SZ məhsullarının istifadəsi ilə ortaya çıxa biləcək digər cinayət növlərinə adətən cinayət məcəlləsi çərçivəsində nəzərdə tutulduğu təqdirdə, müvafiq müddəa çərçivəsində sanksiya tətbiq edilə bilər. Bu vəziyyətə birbaşa misal kimi dələduzluq, şantaj, hədə-qorxu, təhqir kimi cinayətləri göstərmək olar və digər cinayət növlərinin baş vermə ehtimalını da inkar etmək olmaz.
Nəticə
İxtisas sahəsi texnologiya olan insanların belə yetişə bilmədiyi sürətlə inkişaf edən SZ bu proqramlar vasitəsilə müxtəlif proqramlar hazırlamağa və həyatımızı asanlaşdırmağa davam edir. SZ-nin tətbiq sahələri genişlənir və istehsal, analiz və problem həlli kimi insan əli ilə edildiyi zaman uzun sürən prosesləri qısa müddətdə tamamlayan faydalı bir vasitə kimi həyatımıza daxil olur. Bu işi asanlaşdıran cəhəti ilə insan əhalisi artdıqca yerinə yetirilməsi çətinləşən məhkəmə proseslərində müxtəlif vəzifələrdə istifadə edilməsinin faydalı olacağı düşünülür.
Bu sektorda işləmək üçün 4-5 il təlim keçən şəxs hüquq imtahanından yaxşı müvəffəqiyyətlə keçmək üçün hazırlana bilər. SZ-nin ən uğurlu olduğu sahələr kimi göstərilə bilən mətn yaratma və təhlil tapşırıqları hüquqi işlərin əhəmiyyətli hissəsini əhatə edir. Bu üsullar səlahiyyətli orqanlar tərəfindən prosesə inteqrasiya olunarsa, həm hüquq sahəsində çalışanların, həm də problemləri ilə bağlı qanuna müraciət edənlərin işini asanlaşdıra bilər.
SZ-yə əsaslanan proqramlar yaxşı mənada istifadə oluna bilər, lakin təəssüf ki, təyinatlarından başqa məqsədlər üçün də sui-istifadə edilə bilər. SZ fırıldaqçılıq, şantaj və məlumat oğurluğu kimi cinayətləri törətmək üçün istifadə edilə bilər. SZ-nin sürətli inkişafı səbəbindən insanların vəziyyətdən xəbəri olmadan yeni üsullar hazırlanır və proses insanlara zərər verəcək şəkildə irəliləyir.
İnformasiya texnologiyaları vasitəsilə törədilən cinayətlərlə bağlı hüquqi tənzimləmələr olsa da, SZ ilə törədilən cinayətlərin cəzalandırılmasında hüquqi boşluqlar olduğu üçün qanunlar adekvat deyil. Bu problemi həll etmək üçün mövcud hüquqi qaydada SZ və maşın öyrənmə yolu ilə törədilə bilən cinayətlərə uyğun qanunlardan istifadə edilməklə, yeni qaydalar yaradılmalı və onlar lazımi sanksiyalarla cəzalandırılmalıdır.
Oxşar məqalələr
-
İnsanabənzər robotların əksəriyyəti niyə qadındır?
-
Süni Zəka PUA Operatorunu Öldürüb? – Bəşəriyyəti narahat edən hadisə
-
“Facebook”un arxiv olacağını düşünürük?| SZ moderasiyasının təhdidi altında olan müharibə cinayətlərinə dair sübutlar
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı