Dəniz platformalarında avtonom sistemlər

 Dəniz platformalarında avtonom sistemlər
103     15:08     30 09 2024    
Yeni nəsil Hərbi Dəniz Qüvvələri dalğaların üzərində və altında işləyən ənənəvi ekipaj gəmilərinin və avtonom dəniz platformalarının qarışığından istifadə edəcək. Bu avtonom sistemlər gələcək döyüş məkanında ölümcül təsir göstərə, həm hədəfi müstəqil olaraq müəyyən edə, həm də onu məhv edə biləcək. Ölümcül avtonom silah sistemlərinin tətbiqinin gələcək müharibələr üçün bəzi əhəmiyyətli təsirləri var.

Avtonom sistemlərin inkişafı gələcək döyüş sahəsinə kütlənin yenidən daxil edilməsi üçün perspektiv açır. 1980-ci illərdən etibarən müharibədəki həlledici amil qələbəni təmin etmək üçün rəqib barədə məlumat toplayaraq qazanmaqdır. Bu amil hələ də vacib olaraq qalır, lakin daha qabiliyyətli hərbi platformaların artması ənənəvi vasitələrin azalmasına səbəb olub.

Avtonom sistemlərin inkişafında önəmli olan məsafədən idarə olunan və ya yalnız məhdud avtonomluq verilən sistemlər deyil, tamamilə avtonom silahlar və platformalar təmin etmək üçün süni zəkanın inkişaf etdirilməsidir. Dəniz də daxil olmaqla, döyüş sahəsindəki sürülərin realist bir seçim olması halında bu xüsusilə vacibdir. İnsanın çox sayda insansız sistemə birbaşa nəzarəti əlverişli deyil. Müasir müharibələrin sürətlənməsi və artan mürəkkəbliyi avtonom sistemlərin səmərəli istifadəsi üçün Süni Zəkanın (SZ) vacib olacağı deməkdir.

SZ çatdırılma platformalarında və silahların özündə ortaya çıxacaq, hədəfləri müəyyənləşdirmədə və insan müdaxiləsinə ehtiyac duymadan nə vaxt və necə vurulacağını seçmədə önəmli rol oynayacaq. Bu, artıq şəbəkə qurub sürü kimi işləyə bilən və müəyyən hədəfə hücum etmək üçün ən yaxşı taktikaları işləyən AGM-158C uzun mənzilli gəmi əleyhinə raket (LRASM) kimi silahların inkişafı ilə özünü büruzə verir. SZ-nin silahlarla tətbiqi ilə artıq yeni silah yarışı başlayıb.

Nəticədə ortaya çıxan əhəmiyyətli etik və hüquqi dilemma var. Qərb liberal demokratiyaları üçün ölümcül avtonom silah sistemlərinin istifadəsindəki əsas məsələ bunu silahlı münaqişə qanunlarına uyğunlaşma qaydalarını müəyyənləşdirən şəkildə etməkdir. Avstraliya və Hindistan kimi liberal demokratiyalar üçün gələcək sistemlərdə etibarlı avtonomluq inkişaf etdirmək və tam avtonom silah və platformalara icazə vermək barədə mübahisələr var.

Bu tələb, bu dövlətlərin ölümcül avtonom silah sistemlərindən istifadə etmə qabiliyyətini məhdudlaşdıran rolu oynaya bilər, lakin avtoritar rəqiblər oxşar məhdudiyyətlərlə qarşılaşa bilməz və avtonom silahlarla təchiz edilmiş və bunları məhdudiyyətsiz bir şəkildə istifadə etmək istəyən bir rəqibə qarşı hərbi üstünlük rəqibələrə keçə bilər.

Dənizdə avtonom silahlar

ABŞ Hərbi Dəniz Qüvvələri artıq ekipajlı və avtonom gəmilərin qarışıq istifadəsi strategiyasından istifadə etməyi planlaşdırır. “Sea Hunter” və “Orca” adlı avtonom dəniz platformaları inkişaf etmiş qabiliyyətlərə malikdir. Bunlar sürətlə əməliyyat sisteminə çevrilməyə doğru irəliləyir və avtonom robot sistemlərinin ənənəvi döyüş gəmiləri və sualtı qayıqlarla yanaşı fəaliyyət göstərəcəyi gələcək dəniz müharibəsi mühitinə işarə edirlər. Avstraliya Donanması (RAN) bu yolu artıq qəbul edir və bu yaxınlarda bu cür imkanları inkişaf etdirmək və özündə cəmləşdirmək üçün 2040-cı ilədək kursu əhatə edən “avtonom sistemlər-süni zəka” strategiya sənədini yayımlayıb. “Ocius Technologies” şirkətinin “Bluebottle” platformaları dəniz məlumatlandırma missiyalarını və bir sıra hərbi tapşırıqları dəstəkləyə biləcək şəkildə nəzarət vəzifələrini yerinə yetirmək üçün şəbəkə kimi fəaliyyət göstərən yüzlərlə bu cür platformalara perspektivlər açır. Avstraliya donnmasının hazırda istehsal edilən silahlı avtonom platformaları xüsusi imkanlarına malik olmasa da, strategiyanın yayımlanması 2040-cı illərdən əvvəl bu cür platformalara gedən yolu vurğulayır.

Hindistan dəniz altında müşahidə məqsədi ilə yeni avtonom sualtı platforma inkişaf etdirir. Çin, həmçinin donanmasının 70 illik yubileyi zamanı keçirilən hərbi sərgidə nümayiş olunan avtonom dəniz platformları ilə birlikdə yeni üzmə vasitələri inkişaf etdirməyə çalışır. Analitiklər paradda nümayiş etdirilən HSU-001 avtonom dəniz platformasının nəzarətsiz sensorlar və ya minalar daşımaq üçün kifayət qədər böyük olduğunu, lakin çox güman ki, su səthinə yaxın kəşfiyyat toplama tapşırıqları üçün nəzərdə tutulduğunu düşünürlər. HSU-001 ABŞ-ın “Snakehead” platforması kimi Çinin suatı qayıq və gəmiləri ilə birlikdə istifadə ediləcək.

Çinin belə platformalardan istifadə etməsi Cənubi Çin Dənizi ətrafında “Böyük Sualtı Divar”ın qurulmasına kömək edəcək. Bu divar dənizin dibinə yerləşdirilmiş, dalğaların üstündə və altındakı mobil insansız platformalarla birləşdirilmiş, avtonom işləyən və hərəkətlərini əlaqələndirmək üçün SZ-dən istifadə edən sensor şəbəkəsi olacaq. Məqsəd düşmənin ya Çin donanmasının döyüş gəmilərini təhdid etmək, ya da quru hədəflərinə qarşı qanadlı raketlər atmaq üçün yetərincə Çinə yaxın bölgəyə sualtı qayıqlar yerləşdirməsinin qarşısını almaq olacaq. Beləliklə, Çin UUV və USV inkişafının daha geniş bir anti-giriş konsepsiyası və Çinin dənizdə öz avtonom sistemlərindən istifadə etməsi Avstraliya və Hindistan kimi dövlətlər üçün indi və gələcəkdə əsas problemə çevrilir.

strategvision.org
Strategyvision.org

Teq:


Oxşar məqalələr