İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
https://nationalinterest.org/blog/buzz/israel-and-uae-defense-companies-partner-artificial-intelligence-183274?fbclid=IwAR0At-bx-xyj_B2OSJqaryPM8ns7eHODVD1hsuVYxhkqJv_Jik9wElKhIMw
İsrailin aparıcı müdafiə şirkətlərindən olan “Rafael Advanced Defence Systems” Süni Zəka (SZ) və “big data” texnologiyalarını inkişaf etdirmək üçün “Group 42” ilə yeni birgə müəssisə yaratmaq barədə müqavilə imzaladı. Müqavilənin imzalanması olduqca vacibdir, onlar qlobal müştərilərə xidmət göstərmək üçün İsraildə tədqiqat və inkişaf mərkəzi yaradacaqlar. Razılaşma İsrail və Birləşmiş Ərəb Əmirliklərinin keçən il sülh sazişi imzalamasından sonra əldə olundu. “Rafael” və “Group 42” keçən il koronavirusa qarşı işləmək üçün əməkdaşlıq etmişdilər.
“Rafael” şirkəti İsrailin “Dəmir Günbəz” və “Davidin Sapandı” Hava Hücumundan və Raket Əleyhinə müdafiə sistemlərini istehsal edir. O, həmçinin lazer sistemləri və şəbəkəli döyüş sistemləri üzrə tədqiqatlar aparır. Qeyd olunan şirkət məhsullarında və proqramlarında SZ-dən istifadə etməyə çalışıb və İsrailin qabaqcıl texnologiyalardan istifadə edən aparıcı tədqiqat və inkişaf mərkəzidir. Bu, onu BƏƏ-də yerləşən SZ və bulud hesablamalarında lider olan “Group 42” ilə yaxşı uyğunlaşdırır. “Group 42”nin hazırda İsraildə ofisləri var. “Rafael” ötən ilin fevral ayında Beynəlxalq Müdafiə Sərgisi və Konfransı (IDEX) adlanan müdafiə sərgisi zamanı BƏƏ-də idi.
Müqavilə 2021-ci ilin aprelin 19-da elan edilib. BƏƏ-nin İsraildəki yeni səfiri Mohamed Mahmud Əl Xacə İsrailin Herzliya şəhərində imzalanma mərasimində iştirak edib və bunun BƏƏ-İsrail əlaqələri və innovasiyalar üçün nə qədər vacib olduğunu vurğulayıb. Tədbirdə G42 qrupunun baş direktoru Penq Xiao və “Rafael”in prezidenti və baş direktoru Yoav Har-Even də iştirak ediblər. “Presight.AI” adlanan yeni müəssisə İsraildə tədqiqat və inkişaf mərkəzi yaradacaq,
Müqavilə SZ və “Big Data” texnologiyalarının inkişafına və onların bank işi, səhiyyə, ictimai təhlükəsizlik kimi bir çox sektorda tətbiqinə rəhbərlik etmək üçün yerli istedadlardan istifadə etməyi nəzərdə tutur.
Əl Xacə addımı yüksək qiymətləndirib: “Rafael və G42 arasındakı yeni birgə müəssisə sadəcə bir araya gələn iki şirkət deyil, bu, ölkələrin ikitərəfli iqtisadi artım üçün çoxşaxəli imkanları araşdırarkən İsrail və BƏƏ arasındakı əlaqələri daha da gücləndirən strateji əməkdaşlıqdır”.
“Rafael” şirkətinin baş direktoru bildirib ki, əməkdaşlıq ilk növbədə ölkələr arasında münasibətlərdə növbəti sıçrayış deməkdir. “Yaxın Şərqdə bu regionu daha yaxşı bir yerə çevirmək üçün birlikdə çalışan belə böyük tərəfdaşlara sahib olmaq hamımızı çox həyəcanlandırır”.
Əl Xacə bildirib ki, keçən il tarixi İbrahim Sazişlərinin imzalanması artıq bir neçə sektorda ticarət və investisiyaya imkan yaratdı və bu, qarşıda duran bir çox imkanların sübutudur: “Biz hələ də maraqlı səyahətin başlanğıcındayıq və mən dinamik və innovativ olan ölkələrimiz arasında daha çox əməkdaşlıq və ikitərəfli sazişlər gözləyirəm”.
“Rafael” son illərdə SZ sahəsinə ciddi sərmayə qoyub.
““Presight.AI” vasitəsilə, biz birgə təcrübəmizi və bir-birini tamamlayan imkanlarımızı növbəti səviyyəyə çıxarmaq üçün G42 ilə sinerji yaratmaqla iki şirkətin təcəssüm etdirdiyi böyük potensialı ortaya çıxaracağıq. “Rafael” qlobal əməkdaşlığını genişləndirməyə davam edəcək, çünki biz daha da genişlənməyə və bütün dünyada oxşar tərəfdaşlıqlar qurmağa çalışırıq”, - deyə “Rafael “şirkətinin rəhbəri bildirib.
Penq Xiao yeni texnoloji imkanları və biznes imkanlarını birgə inkişaf etdirməyi səbirsizliklə gözlədiyini bildirib: “Biz “Rafael” ilə əlaqələrimizi möhkəmləndirməkdən və İsraildə, BƏƏ-də və beynəlxalq miqyasda geniş çeşiddə kommersiya sektorlarına ən yaxşı “Big data” və süni zəka həlləri və xidmətləri təqdim etməkdən çox məmnunuq. Sənayenin ən yaxşı zəkaları tərəfindən dəstəklənən bu yeni BM qlobal innovasiya gücünə çevrilmək niyyətindədir”.
Sövdələşmənin daha böyük nəticələri var. O, həm şirkətlərin, həm də ölkələrin bank və səhiyyə sektorlarında bacarıqlarını təkmilləşdirə bilər. O, gələcək pandemiyalarla mübarizədə SZ-dən istifadə etməkdə, həmçinin mövcud pandemiya ilə mübarizəni davam etdirməkdə xüsusilə faydalı rol oynaya bilər. Bu, sülh sazişləri ilə mümkün olan yeni münasibətlərin əsas iqtisadi dividentidir. G42 İsrail şirkətləri ilə işləməkdə qabaqcıl olub. G42 yeni texnologiyadan istifadə edərək müxtəlif sahələrdə irəliləyişlər etmək istəyir.
Ümumilikdə, bu, İsrail və BƏƏ arasında böyüyən tərəfdaşlığın, o cümlədən IDEX kimi son konfranslar və həmçinin keçən il Körfəz İnformasiya Texnologiyaları Sərgisi (GITEX) və 2021-ci ilin yazında və yayında baş verən kiber tədbirlər zamanı əldə edilmiş razılaşmaların bir hissəsidir. Şərqi Aralıq dənizində bunun hara ünvanlandığı artıq bəllidir. BƏƏ və İsrail ötən ilin aprel ayında yüksək səviyyəli diplomatlarını kiprli və yunan həmkarları ilə görüşmək üçün Kiprə göndərib. İsrail və BƏƏ də Yunanıstanda hərbi təlim keçiriblər, həmçinin İsrail və Yunanıstan arasında 2021-ci ilin aprelində çox milyard dollarlıq nəhəng müdafiə sazişi imzalanıb. Bununla yanaşı, İsrail Yunanıstan və Kiprlə yeni boru kəməri üzərində işləyir və BƏƏ getdikcə daha çox regional sabitliyin müzakirəsində Misirlə fəal əməkdaşlıq aparır. Yeni iqtisadi əlaqələr isə bu münasibətlər şəbəkəsinin bir hissəsidir.
Oxşar məqalələr
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Hərbi tətbiqetmələrdə kvant mexanikası
-
ABŞ HDQ qeyri-müntəzəm Baltik münaqişəsində: Rusiyanın hibrid müharibəsinə qarşı mübarizədə dəniz qüvvələrinin rolu
-
Sinqapur Henri Kissincerin Yolunu Görərək İnkişaf Etdi
-
Süni Zəka İsrail Hərbi Kəşfiyyatını Necə Dəyişdirir?
-
Süni Zəka tank müharibəsini necə dəyişdirəcək
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə