BƏƏ şirkətindən sürü PUA-ları təqdimatı - HUNTER-2

BƏƏ şirkətindən sürü PUA-ları təqdimatı -  HUNTER-2
1142     10:11     21 02 2022    
Birləşmiş Ərəb Əmirliklərinin müdafiə sənayesinin öncül şirkətlərindən olan “Edge Group” sürü halında hərəkət edə bilən PUA-larını təqdim edib.

PUA-lar fevralın 23-dək Abu Dabi Milli Sərgi Mərkəzində (Adnec) keçirilən Pilotsuz Sistemlər Sərgi və Konfransında (Umex 2022) nümayiş olunub.

“Halcon” şirkəti tərəfindən istehsal edilən “Hunter 2” seriyalı PUA-lara əsaslanan hava platformaları Süni Zəka texnologiyası vasitəsilə koordinasiyalı şəkildə uçmağı bacarırlar.

Döyüşdə həlledici üstünlüyü təmin etmək üçün hazırlanmış PUA-lar düşməni məğlub edə biləcək əlaqələndirilmiş missiya yerinə yetirə bilirlər.

Qabaqcıl SZ texnologiyasından istifadə edərək taktiki PUA-lar düşmən mövqelərini izləmək və hədəfləri effektiv şəkildə məhv etmək üçün bir-biri ilə məlumat paylaşırlar.

Maksimum uçuş çəkisi 8 kq olan PUA-lar sürüləri bazada olan düşmən qırıcılarını və ya düşmənin zirehli texnikasını məhv edə bilirlər.

PUA-lar geniş kommunikasiya diapazonu və uzun uçuş müddəti ilə missiyanın müvəffəqiyyətli olması üçün kreyser sürətlərində işləyə bilir. Qanadları 1,44 m və uzunluğu 1,25 m olan PUA-lar bir neçə saniyə ərzində işə salına bilir.
Strategyvision.org

Teq: BƏƏ   SZ   PUA   Hunter  


Oxşar məqalələr
Son əlavə olunanlar