Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
Məlumat boşluğunu aradan qaldırmaq üçün onlar bir ölkənin PUA-lardan xüsusi istifadəsinin cəmiyyətin legitimlik haqqında təsəvvürlərini necə formalaşdırdığını müqayisə edirlər. Bir etalon kimi ABŞ-a diqqət yetirir və təkcə 2021-ci ilin dekabrından bəri Afrikada, yəni Malidə onlarla zərbə endirən Fransanı araşdırırlar. Fransa vətəndaşları PUA-ların istifadəsi ilə bağlı qeyri-ABŞ yanaşmaları üçün lakmus testi təqdim edirlər.
Araşdırma anket eksperimentindən ibarət olub və üç əsas nəticə ilə sonlanıb. Birincisi, ölkənin PUA-ları necə istifadə etməsi və istifadəsini məhdudlaşdırması ilə bağlı dəyişiklik qanuni zərbələr haqqında təsəvvürləri müxtəlif yollarla formalaşdıra bilər. İkincisi, Amerika və Fransa vətəndaşları PUA müharibəsinin müəyyən nümunələrini digərlərinə nisbətən daha qanuni qəbul edirlər. Nəhayət, bu qrupdaxili və qrupdan kənar təsir unikallığı legitimlik qavrayışlarını vurğulayan fərziyyələri əks etdirir. Faktlar göstərir ki, ABŞ-ın anti-terror zərbələri artıq əksər ölkələrin PUA-lardan necə istifadə etdiyini izah etmir və ictimaiyyətin qanuni zərbələr barədə təsəvvürləri PUA-ların niyə və necə istifadə edildiyindən qaynaqlanır. Bu, ölkələrin gələcəkdə PUA-lardan necə istifadə etməyi seçməsinə mühüm təsir göstərir.
PUA müharibəsinin qloballaşması
Ölkələr PUA-lardan taktiki olaraq, yəni döyüş meydanında və ya daha geniş hərbi və siyasi məqsədlərə nail olmaq üçün hazırlanmış strategiyanın bir hissəsi kimi istifadə edə bilər. Beləliklə, məsələn, patrul və ya basqın kimi, komandirlərinquru qoşunlarına dəstək olması kimi məhdud hərbi məqsədlərə nail olmaq üçün düşmənlə döyüşlər zamanı taktiki olaraq PUA-lardan istifadə edə bilərlər. Siyasi şəxslər, həmçinin daha böyük siyasi və hərbi məqsədlərə çatmaq üçün PUA-lardan strateji istifadə edə bilərlər. ABŞ PUA-ları strateji olaraq Pakistanda “Əl-Qaidə” və digər yaraqlıları məhv etmək üçün cəlb etmişdi.
Ölkələr nəticələrin, yəni mülki itkilərin qarşısını almaq üçün müxtəlif məhdudiyyətlərə malik zərbələrdən də istifadə edə bilər. Birtərəfli məhdudiyyətlər bir ölkə daxilində məmurlar tərəfindən qoyulur. 2013-cü ilin may ayında Barak Obama ABŞ-ın Pakistana zərbələri zamanı mülki əhali arasında itkilərin olmaması ilə bağlı “yaxın” əminlik standartını qəbul etdi. Çoxtərəfli məhdudiyyətlər dövlətləri digər ölkələrin nəzarət tələblərini yerinə yetirməyə məcbur edir. Məşhur çoxtərəfli məhdudiyyət Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları ola bilər. Bu cür təsdiq Fransa və ABŞ-da ölkələrarası ardıcıl olan hücum üçün daha yüksək ictimai dəstək və qəbul edilən legitimlik ilə əlaqələndirilir.
PUA istifadəsi və onun məhdudlaşdırılması sahəsində qlobal miqyasda önə çıxan dörd zərbə modeli var. Birincisi, ölkələr birtərəfli məhdudiyyətlə PUA-lardan strateji olaraq istifadə edə bilərlər. Biz bu PUA müharibə modelini “üfüqün üstü” ifadəsi ilə izah edirik, ölkələrin bölgəyə qoşun yeritmədən terrorçulara hücum etmək üçün zərbələrdən istifadə etməsini nəzərdə tutur. Bu model ABŞ-ın Pakistandakı hücumlarını ən yaxşı şəkildə xarakterizə edir. İkincisi, ölkələr çoxtərəfli məhdudiyyətlə strateji olaraq PUA-lardan istifadə edə bilər. Bu nümunə digər ölkələrin suverenliyinə xələl gətirməklə hədələyən PUA-ların mövcudluğunu təsbit edir. ABŞ-ın Liviyadakı zərbələri buna nümunə ola bilər. Üçüncüsü, ölkələr “məhvedici zərbə” adlandırdığımız birtərəfli məhdudiyyətlə PUA-lardan taktiki olaraq istifadə edə bilər. Bu hücum nümunəsi çox vaxt dövlətdaxili münaqişələr (məsələn, Efiopiya ) və sərhəd mübahisələri (məsələn, Kəşmir) zamanı baş verir. Dördüncüsü, ölkələr hüquqi zərbələr endirir, çoxtərəfli məhdudiyyətlərlə PUA-lardan taktiki olaraq istifadə edə bilərlər. Bir fransız alimi bunu “Fransız modeli” adlandırır. Fransa bu modeldən Malidə istifadə edir.
Qanuni PUA müharibəsi haqqında ictimaiyyətin təsəvvürləri
PUA müharibələrinin bu nümunələri ictimaiyyətin qanuni güc tətbiqi hesab etdiyi şeylərə dair təsəvvürlərini necə formalaşdırır və biz nə üçün əhəmiyyət verməliyik? Legitimlik ictimaiyyətin fikirlərini əks etdirdiyi üçün vacibdir. Araşdırmalar göstərir ki, ictimaiyyət məmurların siyasi kapitalını qoruyan bu cür qanuni hərəkətlərə etiraz etmir. Bu, Amerika rəsmilərinin adətən ABŞ zərbələrini mülki insanlar ölsə belə niyə “qanuni” adlandırmasını izah edir.
Müxtəlif ölkələrin ictimaiyyətinin müxtəlif dron hücumlarının qanuniliyini necə şərh etdiyini öyrənmək üçün biz Fransa (909) və ABŞ-da (914) sorğu keçirilib. Təsadüfi olaraq seçilmiş 1800-dən çox respondent səkkiz hədəf qrupuna və bir nəzarət qrupuna təyin edilib. Hədəf qrupları istifadə (taktiki və ya strateji), məhdudiyyət (birtərəfli və ya çoxtərəfli) və mülki itki (bəli və ya yox) baxımından ölkənin PUA zərbəsini fərqləndirməyə çalışıb. Respondentlərdən hücumun qanuniliyini 1 (aşağı) ilə 10 (yüksək) arasında qiymətləndirmələrini xahiş ediblər.
Təhlillər bir neçə nəticəyə gələməyə kömək edib. Birincisi, amerikalılar və fransızlar PUA müharibəsinin müxtəlif nümunələrini az və ya çox qanuni qəbul edirlər. Amerikalılar zərbənin strateji istifadəsini qanuni hesab edirlər və onların məhdudlaşdırılmasını mülki itkilərə görə dəsəkləyirlər. Hücum birtərəfli və ya çoxtərəfli məhdudiyyətlə istifadə edildikdə və mülki vətəndaşı öldürmədikdə, amerikalıların legitimlik anlayışları uyğun gəlir. Zərbə mülki şəxsin ölümünə səbəb olduqda, amerikalıların legitimlik anlayışları çoxtərəflilik əsasında formalaşır. Fransız respondentlər məhdudiyyətləri bu şəkildə fərqləndirmirlər. Fransız respondentlərinin legitimlik qavrayışları, zərbənin taktiki və çoxtərəfli məhdudiyyətlə, mülki itki ilə dəyişməz istifadə edildiyi zaman daha güclü olur.
İkincisi, Amerika və Fransa vətəndaşlarında hansı hücumu qanuni hesab etdiklərinə dair güclü münasibət var. Respondentlər öz ölkələri tərəfindən keçirilən hücumu başqa bir ölkə tərəfindən keçirilən zərbədən daha qanuni hesab edirlər və bu nəticə amerikalılar arasında daha qabarıq görünür. Həmçinin aşkar olunub ki, amerikalıların üstünlük verdiyi zərbə modelinin 73% milli üstünlük hissi ilə əlaqələndirilməsi ehtimalı var, bu da ABŞ respondentləri tərəfindən PUA müharibəsinin bütün nümunələri üzrə qeydə alınan ən yüksək nəticədir. Fransa vətəndaşlarının üstünlük verdiyi hücum modelinin milli üstünlük hissi ilə əlaqəli olması ehtimalı 42%-dir, bu da Fransa vətəndaşları üçün olduqca aşağı nəticədir.
Bəzi alimlər belə düşünürlər ki, qəzəb və ya qorxu kimi emosiyalar Amerika və Fransa vətəndaşlarının seçimlərinə təsir edir. Bununla belə, bu fərziyyəni sınaqdan keçirərkən alınan nəticələr qarışıqdır. Əksinə, müharibə və çoxtərəflilik haqqında ədəbiyyatdan götürülmüş inanclar sınaqdan keçirilib. Təhlillər göstərir ki, fransız respondentlərinin qanuni hücumlar haqqında təsəvvürləri bir neçə əsas inancla izah olunur. Fransa vətəndaşlarının legitimlik haqqında təsəvvürlərinin təxminən 20%-i hərbi gücün beynəlxalq məsələlərdə rolu olduğuna inamı əks etdirir. Digər 7,5% isə Fransa vətəndaşlarının qlobal təhlükəsizlik üçün böyük güclərin məsuliyyətinə inamını əks etdirir. Mülki itkilərə qarşı həssaslıq da fransız respondentlərinin qanuni dron zərbələri ilə bağlı təsəvvürlərinin təxminən 7,5%-ni təşkil edir. Amerikalılar isə beynəlxalq hüquqa önəm verirlər. Bu təəccüblüdür, çünki ABŞ-ın zərbələri, demək olar ki, hər yerdə suverenliyi pozur.
PUA müharibəsinin gələcəyi
Bu faktlar Fransa və ABŞ-ın zərbələri üçün anlayışlara təsir göstərir, eyni zamanda ölkələrin inkişaf edən PUA-lardan istifadəsinə dair fikirlər verir. Birincisi, PUA-ların dəqiqliyinə baxmayaraq qanuni zərbələrə dair ictimai rəylər, xüsusən də amerikalılar arasında, mülki itkilərlə bağlıdır. Bu onu göstərir ki, rəsmilər hücum zamanı mülki əhalinin tələfatının qarşısını almaq üçün hər cür tədbir görməlidirlər, bunu birtərəfli və çoxtərəfli məhdudiyyətləri birləşdirərək edə bilərlər. Bayden administrasiyası ABŞ-ın zərbələrinin qəbul edilən legitimliyini artıra bilər. Bu yaxınlarda yenidən seçilməsindən sonra prezident Emmanuel Makron, müharibədə tez-tez baş verən səhvlərdən qorunmaq üçün Fransanın zərbələri zamanı mülki itkilərin olmaması ilə bağlı əminlik standartını qəbul edə bilər. 2021-ci ilin yanvarında Malidə baş verən hücumda 19 mülki şəxs həlak olmuşdu.
İkincisi, Liviya və Ukrayna kimi münaqişələr zamanı PUA-lardan istifadənin çoxalması onu deməyə əsas verir ki, PUA müharibəsinin gələcəyi ya Fransanın, ya da ABŞ-ın antiterror zərbələrindən fərqli görünə bilər. Hökumətlərin öz ölkələrində siyasi zorakılığa cavab vermək üçün PUA-lardan istifadəsi hüquqi narahatlıqlara səbəb olmaya bilər. Eyni zamanda, bu zərbələr çoxtərəfli nəzarətə malik olmadığı üçün daha az qanuni hesab edilə bilər. Bu gərginlik onu göstərir ki, PUA üçün qlobal idarəetmə problemi tamamilə ABŞ və hətta Fransanın antiterror zərbələri ilə bağlı deyil. Əksinə, bu, getdikcə daha çox ölkələrin dövlətdaxili münaqişələr və sərhəd mübahisələri zamanı PUA-lardan istifadəsinə aiddir.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə