İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Martın 16-na olan məlumata görə, Ukrayna ordusu “Bayraktar TB-2” ilə Rusiya quru döyüş texnikasından cəmi iki piyadaların döyüş maşını və 6 artilleriya qurğusunu vurub. Görüntülərdən əldə edilən məlumatlara görə, Ukrayna ordusu bu silahlarla Rusiyanın logistik dəstək təmin edən 24 təkərli texnikasını və iki yanacaq sisternini məhv edib.
Ukraynanın logistik hədəflərə üstünlük verməsi məntiqlidir. Qarabağ Müharibəsində Azərbaycan ordusu hücumda idi və növbəti quru hücumu üçün mümkün qədər Ermənistanın daha çox quru əsaslı atəş gücünü məhv etməli və ərazini təmizləməli idi. Ukrayna isə böyük, nəhəng, lakin qeyri-adekvat maddi-texniki bazaya və zəif əhval-ruhiyyəyə malik düşməndən müdafiə olunur. Buna görə, yanacaq sisternləri və qida daşıyan yük maşınları Ukraynanın PUA-ları üçün Rusiyanın quruda döyüşən silah sistemlərindən daha uyğun hədəflərdir.
TB-2-lərin Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərinə endirdiyi zərbələr son bir neçə ildə bütün dünya mediası tərəfindən manşetlərə çıxarıldı. Liviya, Suriyada, Azərbaycanda Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri, o cümlədən nisbətən müasir “Pantsir”lər məhv edildi.
Ancaq yuxarıda qeyd olunan nümunələrdə Türkiyənin PUA-ları üçüncü tərəflərin istifadə etdiyi Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinə qarşı güclü olduğunu sübut etsə də, onların birbaşa Rusiya Federasiyası Silahlı Qüvvələrinə qarşı performansı tamamilə fərqli ola bilər. Rusiya ordusunun istifadə etdiyi hava hücumundan müdafiə sistemləri yüksək şəbəkəyə malikdir və radioelektron mübarizə vasitələri ilə dəstəkənir. Buna baxmayaraq Ukrayna ordusu Türkiyə istehsalı PUA-larla Rusiya Silahlı Qüvvələrinin HHM sistemlərinə qarşı nisbətən yaxşı nəticə göstərdi.
Ukrayna ordusu Rusiyanın 50-ə yaxın HHM sisteminin məhv edildiyini bildirir. Açıq mənbə kəşfiyyatları ilə məşğul olan mərkəzlər isə 32 ədəd sistemin sıradan çıxarıldığını göstərir. Bunlardan 15-i məhv edilib, qalanını ya ruslar qoyub qaçıb ya da hərbi qənimət kimi götürülüb. Məhv edilən 15 sistemdən 9-u “Bayraktar TB-2” tərəfindən vurulub. Bu ciddi nəticədir. Daha da əhəmiyyətlisi məhv edilən HHM sistemlərindən çoxu xüsusi olaraq PUA ilə mübarizə üçün nəzərdə tutulan “Tor-M”lərdir.
İsraildə yerləşən araşdırma mərkəzinin Qarabağ Müharibəsi ilə bağlı analizində deyilir ki, 12 metr qanad açılımına, fırlanan pərlərə malik, eyni zamanda bir çox parçası metal olan hava platforması müasir radarlardan gizlənə bilməz. Rusiya sistemlərinin Türkiyə PUA-ları qarşısında uğursuz olmasından belə bir qənaətə gəlmək olar ki, ən müasir rus sitemlərinin belə dizayn fəlsəfəsi Sovet dövrünə əsaslanır. Bu sistemlər pistonlu mühərriklə işləyən, yavaş hərəkət edən PUA-lar üçün nəzərdə tutulmayıb.
Bundan əlavə, “Bayraktar TB-2” kimi pər ilə idarə olunan PUA-ların buraxdığı iz ənənəvi havadan müdafiə sensorları üçün əlavə çətinliklər yaradacaq. Rusiyanın əsas radioelektron mübarizə vasitələri olan “Karasuxa-4” (Qərb təyyarələrini, xüsusən AWACS-ları, bort sistemləri və radarlarını, X/Ku diapazonlu atışa nəzarət radarlarını və aşağı orbitdəki peykləri hədəf almaq üçün nəzərdə tutulub) və “Borisoqlebks- 2” (HF/VHF kommunikasiyalarını sıradan çıxarmaq üçün nəzərdə tutulub) Türkiyə PUA-larının məlumat bağlantılarını (datalink) hədəf ala bilmir.
Beləliklə, ruslar üç səbəbdən Türkiyə PUA-larından narahatdırlar. Birincisi, Türkiyə döyüş sınaqlarından keçmiş PUA-lar ilə effektiv əməliyyat konsepsiyaları (CONOPS) innovasiyasını Rusiyanın birbaşa özünə tətbiq etdi. İkincisi, Türkiyə postsovet məkanında, xüsusən də Azərbaycan və Ukraynada bəzi gəlirli birgə istehsal və müdafiə texnologiyası əməliyyatlarına başlayıb. Hər iki ölkə ilə Türkiyə PUA-larının birgə istehsalı ilə bağlı müqavilə imzalanıb. Üçüncüsü, Türkiyənin zərbə PUA-larının Suriya və Liviyadan Qarabağa və indi də Ukraynaya qədər geniş döyüş meydanlarında Sovet/Rusiya silahlarını uğurla məhv etməsi Rusiyanın qabaqcıl biznesi - Sovetdən miras qalmış müdafiə sənayesi kompleksi ilə bağlı ciddi suallar doğurdu. Məsələ Ukrayna informasiya müharibəsində ciddi mövzuya çevrilib. Ukraynalılar “Bayraktar TB-2”lərə musiqi bəstələyiblər. “Baykar” şirkətinin (TB-2 istehsalçısı) baş direktoru Haluk Bayraktar “Twitter” səhifəsində Ukrayna prezidenti Vladimir Zelenskiyə ukrayna dilində dəstəyini bildirib.
Türkiyənin PUA innovasiyası ilə bağlı rusiyalı analitiklər iddia edirlər ki, sistemlərin yaratdığı real təhlükə Qarabağ Müharibəsi zamanı ermənilərin döyüş meydanında ciddi itkilər verməsi ilə özünü büruzə verirdi və ermənilərin özünü bərpa etməsi mümkün deyildi. İddia edirdilər ki, döyüş əməliyyatlarının əvvəlində Azərbaycan hərbçiləri erməni birləşmələrinə külli miqdarda maddi ziyan vursa da, lakin əhəmiyyətli ərazi dəyişikliyi təmin edilməyib, bu irəliləyişlər yalnız münaqişənin sonrakı mərhələlərində əldə edilib. Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, Türkiyə istehsalı olan PUA-lar Ermənistan Ordusuna 1 milyard dollar dəyərində ziyan vurub. Robot platformalarından yüksək aşınma riski gətirən belə bir döyüş tərzi ruslar üçün yeni və təhlükəlidir. Rusiyanın hərbi-siyasi qiymətləndirmələri Türkiyənin müdafiə texnologiyalarının, xüsusən də robot-müharibə sistemlərinin postsovet məkanına axını ilə bağlı açıq narahatlıqlarını dilə gətirməyə davam edir.
Bütün deyilənlərə baxmayaraq, “Bayraktar TB-2 “Rusiyanın əks tədbirləri qarşısında yenilməz deyil. Ruslar Ukraynada bu PUA-ları ələ keçirə və vura biliriblər. Bununla belə, TB2-nin öldürmə və itki nisbətini nəzərə alsaq, Türkiyənin PUA-ları ilə müharibə üsulu, açıq-aşkar üstün olduğunu sübut etdi. “Bayraktar TB-2” Rusiya silahlarına qarşı təhlükəli sistemdir və Şimali Atlantika Alyansının şərq cinahını gücləndirmək üçün əsl döyüş qabiliyyəti təklif edir.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
Ukrayna Dron Müharibəsində| Rus PUA-ları Kiyevin antidron sistemləri qarşısında həssasdır
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı