Yeni Nəsil Müharibəsi
-
Bu gün Ukraynada Stalinin vəsiyyətlərini kim və necə həyata keçirir?Stalinizm dövrünün praktikasına geri dönərək, Ukraynadakı Rusiya qüvvələri öz dəstələrinin bəzilərindən “maneə qoşunları” kimi istifadə edir, bu termin İkinci Dünya müharibəsində geri çəkilməyə qarşı qüvvələr üçün istifadə edilib. Cəbhə xəttində tərəddüd edənlərin qarşısını almaq və ya Rusiya hərbçiləri arasında itaətsizliyi cəzalandırmaq üçün bu cür bölmələrin yerləşdirilməsi Kiyev, Sumı, Nikolayev və Zaporojye vilayətlərində qeydə alınıb. Zaporojye Hərbi Administrasiyasının sözçüsü polkovnik İvan Arefyev bu tipli ən son insidenti belə təsvir edib: “Ukrayna kəşfiyyatının məlumatına görə, rus qoşunları Zaporojye vilayətinin Polohı rayonunda qiyam etməyə başlayıb: rus əsgərləri vəd edilən ödənişləri almadıqları üçün döyüşməkdən imtina ediblər. Lakin “kadırovçu”lar silahlarını yerə qoyub evə getməyə hazır olan iğtişaşın təhrikçilərindən üçünü vəhşicəsinə öldürüb”.
-
Bütün tərəflər üçün pay artırılır| Rusiya Dnestryanı bölgəsini müharibəyə cəlb edəcək?Moldovada slavyanların çoxluq təşkil etdiyi Dnestryanı separatçı bölgəsi adətən Moskva tərəfindən Moldovanın Rumıniya ilə birləşmə və ya Avropa institutlarına üzvlük istiqamətində hərəkətlərini məhdudlaşdırmaq üçün istifadə edildikdə diqqəti cəlb edir. Bəzən analitiklər bunu Rusiyanın ekspansiyası və ya Moskvanın keçmiş sovet məkanında digər separatçı regionlar üzrə dizaynları üçün illüstrativ bir model kimi də göstərirlər. Amma indi prezident Vladimir Putinin Ukraynada genişmiqyaslı müharibəsi Dnestryanı bölgənin əhəmiyyətini ən azı dörd cəhətdən artırır. Rusiyanın işğal etdiyi bölgə Moskvanın işğalçı qüvvələri üçün yeni qoşun mənbəyi ola bilər. O, Rusiyanın Odessaya hücumu üçün potensial baza hesab edilir. Ərazi öz gələcəyini Ukraynada “Donetsk və Luqansk” seperatçı rejimləri modelində qismən tanınan “dövlət” kimi görə bilər. Yaxud Kreml, hətta Dnestryanını yeni Rusiya imperiyasının tərkib hissəsi kimi də görə bilər.
-
Niyə Ukraynadakı müharibə Belarusda narahatlıqları artırır?Həm birbaşa, həm də dolayısı ilə Rusiyanın Ukraynada apardığı müharibə Belarus sərhədinin o tayında narahatlıqlara səbəb olur. Beləliklə, martın 30-da hakimiyyət Belarusdakı Rusiya hərbi təchizat xətlərini pozmağı hədəfləyən “dəmir yolu müharibəsi”nin bir qrup günahkarını həbs edib. Bir mənbəyə görə, onlardan ikisi, 27 və 28 yaşlı şəxslər Mogilev vilayətinin Bobruysk şəhərindəndir. Başqa bir mənbəyə görə, 3 şübhəli martın 30-da, daha 1-i, Minskdən olan 40 yaşlı kişi aprelin 1-də saxlanılıb.
-
Ukraynada müharibə necə bitməlidir? – Dörd Geniş AlternativTarix göstərir ki, müharibələri bitirmək onları başlamaqdan qat-qat çətindir. Bu, şübhəsiz ki, Rusiyanın 2022-ci il fevralın sonunda başlayan Ukraynaya qarşı hazırkı müharibəsinə aiddir. İki aydan çox dalana dirənmiş döyüşlərdən sonra hərbçilər Donbas bölgəsində Rusiyanın böyük hücumları üçün yenidən qruplaşırlar. Burada döyüşlərin intensiv, uzun sürəcəyi və hər iki tərəfə baha başa gələcəyi gözlənilir. Rusiya Mariupolu vurmağa davam edir, şəhərin artıq 90 faizdən çoxu dağıdılıb və Ukrayna hökumətini cənub və şərqdəki hücumlardan yayındırmaq üçün vaxtaşırı Kiyevə hücumlar edilir. Rusiyanın məqsədi Krıma quru dəhlizi yaratmaq, Luqansk və Donetski Ukraynanın tam nəzarətindən “azad etmək”dir. Ukrayna, öz növbəsində, öz dövlətinə və suveren ərazisinə, o cümlədən rusdillilərin əksəriyyətinin yaşadığı əraziyə nəzarəti qorumağa çalışır.
-
Rusiya üçün mümkün olan son oyun yoxdur – Bu, yalnız pis idarə olunmayan müharibədə keçərlidirBir tərəfdən Ukraynanın şərqindəki Donbas bölgəsinə həlledici hücum proqnozları, digər tərəfdən isə sülh danışıqları ilə bağlı fərziyyələr son günlər həm Rusiya təbliğatında, həm də Qərb şərhlərində yeni intensivlik qazanıb, lakin bunların heç biri o qədər də məntiqli deyil. Donbas cəbhə xəttinin yuxarı və aşağı möhkəm Ukrayna müdafiə xətlərinə Rusiya artilleriyası və hava zərbələri artıb, lakin iki aylıq gözlənilməz şiddətli döyüşlərdən (və 2022-ci il işğalından əvvəl iki aylıq qış təlimlərindən) yorulmuş Moskvanın batalyon taktiki qrupları buna nail ola bilmədi.
-
Nüvə Qarşıdurması Risklərinin Qiymətləndirilməsi – I HİSSƏRusiya prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də Ukraynanın işğalı barədə əmr verdiyi vaxtdan bəri Qərb hökumətləri və analitikləri vaxtaşırı Kremlin nüvə silahından istifadə edə biləcəyindən ehtiyat edirlər. Bu narahatlıq bilavasitə Moskvanın özünün nüvə təhlükəsi ritorikasından qaynaqlanır. Moskvada nüvə silahları ilə bağlı bir sıra bəyanatlar səsləndirilib.
-
Sızdırılmış Makei Məktubu Belarusla bağlı həqiqəti göstərir – Minskin Qərblə əlaqə qurmaq səyləriRusiya Ukraynanı səbəbsiz işğalçı müharibədə özünə tabe etmək cəhdini davam etdirərkən, Belarus öz variantlarını açıq saxlamağa çalışır. Minskdən aparılan bu siyasətin daha bir sübutu aprelin 14-də Azadlıq Radiosunun Praqada yaşayan jurnalisti Rikard Jozviak tərəfindən Belarus xarici işlər naziri Vladimir Makeinin yazdığı məktubun dərci ilə ortaya çıxdı. Jurnalist qeyd edir ki, aprelin 6-da Makeinin müraciəti “Aİ-dəki (Avropa İttifaqı) bəzi həmkarlarına Belarusa qarşı sanksiya və Aİ-Belarus münasibətlərində “Berlin divarı”ndan şikayətlənərək göndərilib”. Bundan əlavə, məktubda Belarusun “bir növ Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi” ilə bağlı ittihamlar rədd edilir. Makei Belarus-Avropa İttifaqı münasibətlərində 2016-2019-cu illərdə əldə olunmuş nailiyyətləri xatırladır, evfemik şəkildə “2020-ci ildən sonra baş verən uğursuz hadisələr silsiləsi”nə istinad edir, Qərbin Belarusa qarşı sanksiyalarının “ilk növbədə sadə insanlara zərbə vurduğunu və heç vaxt onların istədikləri hədəfə çatmasına kömək etmədiyini iddia edir” və Aİ-ni ölkəsi ilə “dialoqu bərpa etməyə” çağırır.
-
Kremlin Ukraynadakı müharibəsinin iqtisadi aspekti: sanksiyalar, təsirlər, fəsadlar (I HİSSƏ)Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlayan genişmiqyaslı müharibəsi dünyanın ən böyük inkişaf etmiş iqtisadiyyatlarına malik ölkələri Rusiya Federasiyasına qarşı bir neçə dəfə artan iqtisadi sanksiyalar tətbiq etməyə sövq etdi. Bu cəza tədbirlərinin ilkin təsiri fəlakətli görünsə də, Moskvanın məlumatına görə, Rusiya iqtisadiyyatı buna yavaş-yavaş uyğunlaşmağa başlayıb. Reallığın Kreml yönümlü təbliğatdan nə dərəcədə fərqlənməsi Qərbin iqtisadi sanksiyalarının Rusiya iqtisadiyyatının 4 əsas sütununa təsirinin və potensial nəticələrinin yaxından təhlilini tələb edir: 1) təbii ehtiyatlar sektoru, 2) ağır sənaye (mülki məqsədlər üçün), 3) kənd təsərrüfatı və gübrə istehsalı, 4) müdafiə sektoru və Rusiyanın daxili hərbi-sənaye kompleksi.
-
Rusiya kibermüharibənin aparılmasında da bacarıqsızdır?Ukrayna müharibəsində hadisələrin sürətlə inkişaf etdiyi bir vaxtda daha maraqlı suallardan bəziləri baş verməyənlər ətrafında fırlanır. Rusiya niyə Ukraynanın ciddi müqavimət göstərməyəcəyini düşünürdü? Rusiya niyə öz qüvvələrini daha yaxşı əlaqələndirmədi? Bəs nə üçün Rusiya Ukraynaya və onun Qərb himayədarlarına qarşı təriflənmiş kiberhücum imkanlarından istifadə etmədi?
-
Niyə Finlandiya və İsveç NATO-ya daxil deyil?Rusiyanın Ukraynaya təcavüzünün gözlənilməz nəticələrindən biri Finlandiya və İsveçin təhlükə qavrayışlarının dəyişməsidir. Hər iki ölkə Balkanlarda, Kosovoda, Əfqanıstanda və İraqda müttəfiqlik missiyalarına töhfə vermiş güclü və bacarıqlı NATO tərəfdaşları olmaqla yanaşı, artıq ittifaqa qoşulmaq istəyir. Ukrayna müharibəsinə qədər hər iki ölkədə ictimai rəyin əksəriyyəti bu mövqeyi dəstəkləyirdi. Bu gün finlərin və isveçlilərin yarıdan çoxu NATO-ya qoşulmağı dəstəkləyir və Finlandiyanın baş naziri qeyd edib ki, üzvlük üçün müraciət etmək qərarı iyun ayına qədər verilə bilər. Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Finlandiya və İsveç müraciət etsələr, onlar bu alyansa asanlıqla qoşula bilərlər.
-
Ukraynanın cənubunda Rusiyanın işğal siyasəti – III HİSSƏ(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə
Son əlavə olunanlar