Dünya ticarətində yeni balanslar və Türkiyənin mövqeyi

 Dünya ticarətində yeni balanslar və Türkiyənin mövqeyi
10     10:57     09 09 2025    
24 trilyon dollarlıq dünya ticarəti ABŞ prezidenti Donald Trampın 2 aprel 2025-də ABŞ iqtisadiyyatını yenidən formalaşdırmaq, büdcə kəsirlərini bağlamaq və xarici ticarət balansını təmin etmək məqsədilə başladığı yeni proses çərçivəsində 182 ölkəyə qarşı əlavə gömrük vergisi tətbiq etmək qərarı ilə sarsıldı və bu vəziyyət dünya ticarətində yeni bir prosesin başlanmasına səbəb oldu. Əvvəldə yalnız Meksika, Kanada və Çinə qarşı başlayan əlavə vergi tətbiqi genişləndirilərək 182 ölkəni əhatə edən bir hala çevrildi.

Gömrük vergiləri danışıqlar üsulu kimi

Tramp tərəfindən alınan qərarlar aidiyyəti ölkələri danışıqlara məcbur etmək məqsədilə tətbiq olunur. Gömrük vergisi nisbətləri Çin nümunəsində görüldüyü kimi bəzən artırıldı, Aİ nümunəsində isə bəzən təxirə salındı. Tramp zaman-zaman bir-biri ilə ziddiyyət təşkil edən fərqli açıqlamalar etsə də, ilk mərhələdə ortaya qoyduğu plan xəttində irəliləməyə davam edir.

Tramp əvvəlcə Çinlə gərginliyi artıraraq mühiti bir qədər gərdi. Lakin bir neçə görüşdən sonra Çinlə mövcud vergi problemini yumşaldaraq qalıcı olmasa da müəyyən bir razılıq əldə etdi. Beləcə, ABŞ dünyadakı ən böyük ticarət rəqibi ilə razılaşma əldə edərək həm özünü rahatlatdı, həm də digər ölkələrə alternativ çıxış yolu göstərmiş oldu.

Dünya ticarətini formalaşdıran və birinci sırada dayanan iki böyük ticarət öncüsü Yaponiyanı da bu ittifaqa daxil edərək, dünya ticarətini yenidən formalaşdırma istiqamətində ittifaqı genişlətdi. Dünya ticarətinin təxminən 35-40 faizini təşkil edən bu iki ölkə dairəyə üçüncü bir Uzaq Şərq texnologiya ölkəsini də daxil etmiş oldu.

ABŞ yapon məhsullarına qarşı 15 faiz gömrük vergisi müqabilində Amerikada mövcud olan 550 milyard dollar dəyərində yapon investisiyalarına təminat verdi, Tokio isə buna qarşılıq olaraq avtomobil, pikap, düyü və bir sıra digər kənd təsərrüfatı məhsulları və müxtəlif əlavə məhsullar üçün yapon bazarını ABŞ-yə açmağı qəbul etdi. Beləliklə, Tramp başladığı prosesdə daha bir mühüm addımı həyata keçirmiş oldu. Yaxın vaxtlarda Yaponya ilə ABŞ-nin əldə etdiyi bu ticarət anlaşmasını Uzaq Şərqdə bir çox ölkənin izləməsi ehtimal olunur.

Aİ-ABŞ arasında anlaşma

Aİ ilə ticarət anlaşma prosesini hələ başlatmamış ölkələrin bu vəziyyət qarşısında yenidən qiymətləndirmə aparma zərurəti ortaya çıxdı. Əldə edilən bu razılıq digər ölkələr kimi Avropa İttifaqını (Aİ) da müəyyən dərəcədə narahat edib qismən təşvişə saldı.

Aİ əvvəlcə ABŞ-yə qarşı sərt dayanaraq birbaşa danışıqlar prosesi planlaşdırdı və 93 milyard avro həcmində bir qarşı vergi siyahısı hazırlasa da, üzv ölkələr bu siyahıda ortaq məxrəcə gələ bilmədi. Bu ölkələr qarşı vergi siyahısının həm dünya, həm də Aİ ticarətinə verə biləcəyi mümkün zərərləri nəzərə alaraq, əsasən razılaşma yolunun seçilməsini müdafiə etdilər.

ABŞ-nin əvvəl Çin, sonra isə Yaponya ilə razılaşma əldə etməsi müəyyən dərəcədə Aİ üzvü ölkələri təşvişə saldı və nəticədə Aİ ABŞ-yə qarşı daha konstruktiv bir danışıqlar prosesi izləmək məcburiyyətində qaldı. Nəticədə, 27 iyul bazar günü Tramp və Aİ Komissiyası Prezidenti Ursula fon der Lyayen Şimal Şotlandiyada çox uzun sürən çətin bir danışıqlardan sonra qarşılıqlı razılıq və anlaşmanı elan etdilər. Aİ ABŞ-nin Aİ mənşəli məhsullara 15 faiz gömrük vergisi tətbiq etməsini qəbul edərək qeyri-müəyyənliyi aradan qaldırdı. Razılaşmanı izləyən rəsmilər, pisin yaxşısını seçdiklərini, əks halda Aİ-nin 30 faiz gömrük vergisinə tabe olacağını qeyd etdilər. Aİ-də bəzi çevrələr bu anlaşmanı Trampa təqdim olunmuş bir qələbə kimi ifadə etsələr də, Aİ ən böyük bazarı olan ABŞ ilə yaşana biləcək və həm dünya ticarətini, həm də Aİ ticarətini xaosa sürükləyə biləcək bir mənfi vəziyyəti hələlik dəf etmiş oldu. Aİ ilə razılaşma prosesində Trampın çox planlı şəkildə Çin və Yaponiya ilə imzalamış olduğu razılaşmanın təsirlərini və Aİ üzərində yaratdığı təzyiqi nəzərə almamaq mümkün deyil.

Bu inkişaf Aİ və dünya ticarətinin qarşısındakı maneələri aradan qaldırmış kimi görünsə də, qarşıdakı prosesdə məsələnin gündəmdə qalması və müxtəlif nəticələrin ortaya çıxması ehtimal olunur. ABŞ-Çin və ABŞ-Yaponiya bloklarının ortaq xüsusiyyəti elektrikli avtomobillər, informasiya texnologiyaları, müdafiə sənayesi və süni zəka kimi sahələrdə dünya ticarətinə yön verəcək səviyyəyə çatmış olmalarıdır. Bundan əlavə, bu sahələrdə Aİ ilə də rəqabət içində olduqları gerçəyi gözardı edilməməlidir.

Bu mövzunu eyni zamanda ABŞ-nin Aİ ilə ortaq problemi kimi qiymətləndirmək lazımdır. Bu səbəbdən qarşıdakı dövrdə əldə edilən bu razılaşma və Aİ ilə ABŞ arasında keçmişdən bəri bitməyən ticarət danışıqlarının hələlik səngiməsi, Şərq Blokuna qarşı yeni bəzi ortaq mövqe və ortaq mexanizm yaratmaq imkanına dair bir işarə kimi də görmək mümkündür.

Aİ baxımından ABŞ 500 milyona yaxın yüksək istehlak qabiliyyətinə malik əhalisi ilə nəzərə alınmaması mümkün olmayan böyük bir bazardır. Bundan əlavə, Aİ-nin bəzi ABŞ məhsullarına qarşı tətbiq etdiyi qəti qadağalar, süd və süd məhsulları ilə genetik dəyişdirilmiş məhsulların mübahisəsiz şəkildə Aİ-yə daxil olmasının qadağan edilməsi, “Airbus”-“Boeing” rəqabəti və spirtli içki danışıqları ABŞ-Aİ arasındakı davamlı ciddi ticarət mübahisələri arasındadır. Buna son dövrdə inkişaf edən elektrikli avtomobil texnologiyasını və süni zəka məhsullarını da əlavə etdikdə, Aİ-nin bu anlaşma ilə mümkün böyük bir ticarət dalanını hələlik təxirə saldığını söyləmək mümkündür.

Türkiyəyə mümkün təsirləri

Hər nə qədər birbaşa olmasa da bu prosesin Türkiyə ixracatına yönəlik təsirlərinin olacağı qaçılmazdır. Əvvəldə, Aİ-nin xüsusilə elektrikli avtomobillər başda olmaqla Çin məhsullarına qarşı aldığı tədbirlər Çinin Aİ bazarına daha asan (vergi və digər texniki maneələri aşaraq) daxil ola bilməsi üçün Türkiyəni investisiya baxımından cəlbedici bir ölkə halına gətirdi. Böyük Çin avtomobil firmaları ciddi mənada investisiya axtarışına başladılar və bir qismi investisiya prosesini də başlatdı. Bu mənada, Türkiyə investisiya və ticarət əlaqələri baxımından cazibəsini artırdı. ABŞ-Aİ arasında əldə edilən anlaşma Çinin daha dəqiq bir mövqe ortaya qoymasına töhfə verəcək. Ancaq qarşıdakı prosesin Türkiyə baxımından daha müsbət inkişaflara imkan verəcəyini, şərtlərin Türkiyədə investisiyanı təşviq edəcəyini indidən ön görmək mümkündür. ABŞ-Aİ anlaşmasını bu dəfə tam əksinə Çin-Yaponiya kimi Uzaq Şərq ölkələri üçün yeni və fərqli bir qiymətləndirmə mövzusu kimi görmək lazımdır.

Türkiyənin bu mənada inkişafları diqqətlə izləyib hər iki tərəflə şərq-qərb arasındakı körpü mövqeyini effektiv bir şəkildə əlavə dəyərə çevirmə imkanı daha da güclənib. Lakin prosesin diqqətlə izlənməsi və mümkün olduğu ölçüdə hər iki tərəfə ticarətdə müsbət münasibət göstərilməsi zərurəti bir ilkin şərt olaraq görülməlidir.

Fərqli bir yanaşma ilə Türkiyənin Gömrük Birliyi anlaşması çərçivəsində qismən eyni ticarət sisteminə daxil olduğu Aİ ilə bundan sonrakı prosesi olduqca diqqətlə həyata keçirməsi lazımdır. Eyni şəkildə, hər iki böyük ticarət tərəfdaşımız olan ABŞ və Aİ-nin məqbul və davamlı bir yanaşma ilə ticarətin davamlılığına dəstək olması əhəmiyyətlidir. Nəticə olaraq, ABŞ ilə Aİ arasındakı bu müsbət razılaşma hər halda Türkiyənin cazibəsini artıracaq, xüsusilə Çin və digər Uzaq Şərq ölkələrindən Türkiyəyə dair investisiyaları daha mənalı və güclü hala gətirə biləcək bir təsir yaradacaq. Bu səbəbdən Türkiyənin ABŞ-Aİ ticarət danışıqlarını diqqətlə izləməsi, mümkün töhfə imkanlarını qiymətləndirməsi və mövqeyini gücləndirəcək yeni arqumentlər formalaşdırmaq üçün aktiv yanaşma sərgiləməsi vacibdir.

Türkiyə Cümhuriyyətinin səfiri Ömər Faruk Doğan
Strategyvision.org

Teq: Türkiyə     ABŞ  


Oxşar məqalələr
Son əlavə olunanlar