Cənubi Afrikada Enerji Böhranı və Türkiyə Yardımı
1. Enerji böhranına səbəb olan amillər hansılardır?
Afrika qitəsinin aparıcı iqtisadi güc mərkəzlərindən biri olan Cənubi Afrika evlərin və iş yerlərinin 12 saata qədər fasilələrə məruz qaldığı enerji böhranı ilə mübarizə aparır. 2022-ci ildə 205 gün ərzində ümumilikdə 3775 saat elektrik kəsilməsinə səbəb olan enerji böhranı “mükəmməl fırtına” adlanır.
Enerji böhranının arxasında köhnələn və kifayət səviyyədə baxımı həyata keçirilməyən kömür elektrik stansiyası parkı, “Koeberq” AES-in təkmilləşdirilməsində gecikmələr, yeni tikilmiş “Medupi” və “Kusile” kömür elektrik stansiyalarında baş verən nasazlıqlar kimi amillər diqqəti cəlb edir. Bununla belə, Cənubi Afrikanın milli elektrik şirkəti “Eskom”dakı enerji böhranının dərin kökləri var.
Ölkənin elektrik enerjisinə olan tələbatının təqribən 90 faizinin tədarükçüsü olan “Eskom” dövlət müəssisəsinin yaşadığı böhran əslində əsrlər boyu sürən müstəmləkəçilik, sahibsizləşdirmə və mədənçilik fəaliyyətlərinin iqtisadi, sosial və siyasi təsirlərindən dərin zərər görmüş bir cəmiyyətə aparteiddən sonrakı islahatların fayda verməməsi nəticəsində yaranan olduqca dərin struktur iqtisadi böhranının bir hissəsidir. Başqa sözlə, Cənubi Afrikada enerji sektorunda baş verən son hadisələr ölkənin içində olduğu siyasi və iqtisadi böhranın simvoludur. “Eskom” 2017-2018-ci maliyyə ilində 20 milyard Cənubi Afrika randı (1,3 milyard dollar), qeyri-müntəzəm xərclərdən isə milyonlarla dollar itirdiyini bildirib.
Enerji istehsal müəssisələri tez-tez tələbatı ödəmək üçün kifayət qədər elektrik istehsal edə bilmədiyi üçün “Eskom” yük atma fasilələri tətbiq edir. Yük atma ilk dəfə 2007-ci ildə təcili tədbir kimi “Eskom” tərəfindən tətbiq edilib. Şəbəkənin müəyyən hissələrinə elektrik enerjisinin verilməsində müntəzəm fasilələr planlaşdırmaqla, ictimai xidmət istehsal müəssisələrinin həddindən artıq yüklənməsinin qarşısını almağa çalışılır. Yük atma mərhələli bir yanaşmadır. Hər bir mərhələ şəbəkəyə verilən gücün 1000 meqavat azalmasına bərabərdir. Mərhələ nə qədər yüksək olsa, elektrik kəsilməsi bir o qədər uzun və tez-tez olur.
“Eskom” demək olar ki, bütün elektrik enerjisini Cənubi Afrikada bol olan kömürdən istehsal edir. Ölkə bərpa olunan enerjiyə keçməyə çalışarkən hökumətin “Eskom”a yeni elektrik stansiyaları tikməyə icazə verməməsi artan tələbatın öhdəsindən gəlməli olan mövcud stansiyaları sıradan çıxarıb. Bu səbəbdən elektrik enerjisinə olan tələbatı kəsmək, idarə etmək və elektrik şəbəkəsinin tamamilə dağılmasının qarşısını almaq üçün qəsdən və müvəqqəti elektrik kəsilməsi həyata keçirilir. Elektrik enerjisinin fasiləsiz kəsilməsi ölkənin böyüməsinə ciddi təsir edir və tənəzzül riskini artırır. Təxmin edilir ki, azalma ilə bağlı iqtisadi xərclər 2007-ci ildən bəri ümumi daxili məhsulu (ÜDM) hər il 1-1,3 faiz azaldıb.
2. Bərpa olunan enerji mənbələri effektiv həll yoludurmu?
Cənubi Afrikanın enerji istehsalında üstünlük təşkil edən kömürün məhdud və bahalı bir qaynaq olduğunu nəzərə alsaq, enerji böhranının qısa müddətdə bitəcəyini söyləmək mümkün görünmür. Bu nöqtədə Cənubi Afrikada bol olan külək və günəş enerjisi qaynaqlarından əldə ediləcək yenilənə bilən enerji qaynaqları ölkənin enerji böhranının həlli nöqtəsində ön plana çıxır. Lazımi infrastruktur quraşdırıldıqdan sonra pulsuz olan günəş panelləri və külək turbinləri kimi bərpa olunan enerji texnologiyalarının dəyəri kifayət qədər aşağıdır.
Bərpa olunan enerji təkcə sərfəli deyil, həm də elektrik istehsalının ənənəvi formalarından daha etibarlıdır. Bunun səbəbi bərpa olunan enerji mənbələrinin müstəqil enerji istehsalçıları tərəfindən paylanması və mərkəzdən uzaqlaşdırılmasıdır. Bu o deməkdir ki, enerji lazım olan yerə daha yaxın istehsal oluna bilər. Beləliklə, bərpa olunan enerji mənbələri Cənubi Afrikada ölkə səviyyəsində elektrik kəsintilərini və yük atma ehtimalını azaltmağa kömək edə bilər.
Bərpa olunan enerji Cənubi Afrikanın enerji ehtiyaclarını ödəmək baxımından əhəmiyyətli bir potensiala malik olsa da, günəş işığı və küləyin fasiləli olduğunu nəzərə alaraq, davamlılıq baxımından ənənəvi enerji istehsalı formalarını əvəz edə biləcəyini söyləmək mümkün deyil. Buna görə də bərpa olunan enerji və ənənəvi enerji mənbələrinin birləşməsi enerji böhranı ilə mübarizədə effektiv həll yolu ola bilər.
2022-ci il fevralın 7-də xalqa müraciətində bərpa olunan enerjiyə açıq və bazar əsaslı iqtisadiyyata keçid vəd edən Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa böhranı həll etmək və “Eskom”un fəaliyyətini yaxşılaşdırmaq üçün sıx səylər göstərdiklərini bildirib. Cənubi Afrika hökuməti həmçinin enerji sektorunda daha böyük rəqabət və özəl sektorun iştirakını təşviq etmək məqsədi daşıyan bir sıra siyasət islahatları həyata keçirir.
3. Enerji sahəsində Türkiyə ilə əməkdaşlıq iki ölkə arasındakı münasibətlərə necə təsir edir?
Cənubi Afrika Nəqliyyat Nazirliyi ölkənin elektrik böhranına həll yolu tapmaq səyləri çərçivəsində Türkiyənin “Karpowership” şirkətinə 20 il müddətinə “Ngqura”, “Durban” və “Saldanha Bay” limanlarına giriş icazəsi verildiyini açıqlayıb.
“Karpowership” üzən qaz gəmilərində enerji istehsal etməyi və onu Cənubi Afrikanın elektrik şəbəkəsi üzərində paylamağı hədəfləyir. Elektrik enerjisi böhranını aradan qaldırmaq üçün işə başlayan şirkət 2021-ci ildə elektrik enerjisi istehsal etmək üçün Cənubi Afrika hökumətinin 2000 meqavatlıq təcili enerji tenderində ən böyük paya sahib idi. Üzən ernerji gəmilərini idarə edən Türkiyənin “Karpowership” şirkəti Cənubi Afrika enerji böhranı zamanı Türkiyə ilə Cənubi Afrika arasında inkişaf edən diplomatik və siyasi əlaqələri sürətləndirmək potensialına malikdir.
Türkiyə Cənubi Afrikanın ən böyük ticarət və investisiya tərəfdaşlarından biridir. Cənubi Afrika Respublikası ilə Türkiyə arasındakı ikitərəfli ticarət həcmi 2020-ci ilin eyni dövründə 982 milyon dollar ikən, 2021-ci ilin yanvar-dekabr dövründə 42 faiz artaraq 1 milyard 404 milyon dollara çatıb. Buna görə də enerji böhranlarına həll yolları təqdim edən “Karpowership” kimi Türkiyə şirkətləri iki ölkə arasında ticarət əlaqələrində yeni dövr başladacaq və ticarət həcmini artıracaq.
Oxşar məqalələr
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?
-
Kremlin Ukraynadakı müharibəsinin iqtisadi aspekti: sanksiyalar, təsirlər, fəsadlar (III HİSSƏ)
-
Kremlin iqtisadi səfərbərliyi cəmiyyəti repressiyaya məruz qoyacaq? – ANALİZ
-
Bolqarıstanda Silah, Neft, Qaz və Siyasət – ANALİZ
-
Livan-İsrail mübahisəli dəniz sərhədi gərginliyi “İraq qazı” uğrundadır?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı