ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
2008-ci il maliyyə böhranından sonra bir müddət gündəmi zəbt edən de-dollarizasiya təşəbbüsləri Rusiyaya qarşı sanksiyalardan sonra yenidən və daha güclü şəkildə gündəmə gəldi. Bir çox ekspertlər əvvəlki vəziyyətə istinad edərək, dolların qlobal iqtisadiyyatı idarə edən qaydalara əsaslanan nizamın lövbəri kimi mühüm funksiya yerinə yetirdiyini və dolların hökmranlığı ilə bağlı müzakirələrin bu reallığı gözardı etdiyini iddia edirlər, bu vəziyyətin qalıcı nəticələr verməyəcəyi ilə bağlı qiymətləndirmələr verirlər. Ancaq budəfəki mənzərə fərqlidir. Dolların hegemonluğu davam etsə də, orta və uzunmüddətli perspektivdə bu vəziyyəti tərsinə çevirmək üçün ciddi qəbul edilə biləcək bir çox inkişaf və təşəbbüslər var.
Dolların hegemonluğu və ABŞ-nin münasibəti
Amerika Birləşmiş Ştatlarının (ABŞ) digər ölkələrə qarşı sanksiyalar tətbiq etmək gücü birbaşa dolların mərkəzi rolundan irəli gəlir. Ehtiyat valyuta statusu və dolların geniş tətbiqi ABŞ-yə əməliyyatları bloklamaq və aktivləri ələ keçirmək kimi fövqəladə gücdən öz istəyi ilə istifadə etmək imkanı verir. Hazırda bəzi ölkələr ABŞ-nin rəhbərliyi altında Qərb sanksiyalarına məruz qaldığı halda, bir çox başqa ölkələr bu sanksiyalarla qorxudulur.
ABŞ-nin bu fürsətdən zaman-zaman öz maraqları üçün qlobal maraqlar adı altında özbaşına istifadə etməsi ciddi narahatlıqlar yaradır. İndiki şəraitdə Qərb dövlətləri də daxil olmaqla, heç bir ölkənin, hətta oxşar ağırlıqda olmasa belə, bu cür sanksiyalara məruz qalmayacağına zəmanət yoxdur. Bu prizmadan baxıldığında, dolların hökmranlığını zəiflədən amillər sırasında iqtisadi inkişaflarla yanaşı, geosiyasi proseslərin də təsiri hiss olunur. Geosiyasi gərginliklər de-dollarizasiya təşəbbüslərində bəzi hərəkətlənmələrə səbəb olarkən, ABŞ-ni könüllü və ya məcburi şəkildə dəstəkləyən ölkələrdə də təhlükəsizlik narahatlıqları iqtisadi narahatlıqların önünə keçir.
Rusiyaya qarşı sanksiyalar
Rusiya 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra ABŞ və Avropa İttifaqının (Aİ) sanksiyalarına məruz qalıb. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra bu sanksiyaların əhatə dairəsi və şiddəti artıb. Sözügedən sanksiyalar maliyyə və kommersiya xarakterlidir. Maliyyə sanksiyalarına Rusiya Mərkəzi Bankının ehtiyatlarının dondurulması, aparıcı Rusiya banklarının maliyyə kommunikasiya sistemi olan Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən (SWIFT) çıxarılması, bu qurumların aktivlərinin dondurulması və beynəlxalq maliyyə bazarlarına çıxışın məhdudlaşdırılması daxildir. Ticarət tədbirlərinə isə ABŞ-nin texnoloji məhsullarının Rusiya və Belarusa ixracının məhdudlaşdırılması, bəzi mal və xidmətlərin ixracı və idxalına məhdudiyyətlər, Rusiya neftinə qiymət tavanının tətbiqi daxildir.
Sanksiyalar necə tətbiq olunur?
ABŞ sözügedən sanksiyaları dollardan qlobal miqyasda istifadə etməyə imkan verən SWIFT və “Clearing House Interbank Payments System” (CHIPS) ödəniş infrastrukturlarından istifadə edərək tətbiq edir. SWIFT transsərhəd ödəniş və hesablaşma məqsədləri üçün istifadə edilən kommunikasiya sistemidir. Baş ofisi Belçikada yerləşən bu sistemdəki məlumatlar vasitəsilə ABŞ beynəlxalq maliyyə axınlarını izləyə və idarə edə bilər. Yenə ABŞ-nin nəzarətində olan özəl köçürmə sistemi olan CHIPS vasitəsilə hər gün təxminən 1,8 trilyon dollar əməliyyat icra edilir.
Bu sistemlər iştirakçı ölkələr üçün mühüm funksiyalar yerinə yetirsə də, bəzən ABŞ-nin problem yaşadığı ölkələr üçün sanksiya alətinə çevrilə bilir. SWIFT vasitəsilə tətbiq edilən sanksiyalar müvafiq ölkənin iqtisadi və maliyyə strukturuna dağıdıcı təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq maliyyə sisteminin sabitliyini də təhdid edir. Beynəlxalq ödənişlərdəki roluna görə SWIFT üzərindən tətbiq edilən sanksiyalar “maliyyə nüvə silahı” adlandırılır. Bu vəziyyət qeyd olunan sistemdən kənarda qalan, beynəlxalq ticarət və maliyyə əməliyyatlarında çətinlik çəkən ölkələri alternativlər axtarmağa vadar edir. Bu mənada Rusiya 2014-cü ildə Maliyyə Mesaj Transfer Sistemini (SPFS) hazırlayıb.
Çin buna bənzər şəkildə 2015-ci ildə Transsərhəd Banklararası Ödəniş Sistemini (CIPS) yaratdı. 2022-ci ildə Hindistan xarici ticarət ödənişləri üçün Hindistan Rupisi ilə Beynəlxalq Ticarət Ödəniş Mexanizmini işə saldı. Lakin hazırkı vəziyyətində bu mexanizmlərin infrastruktur, etibarlılıq və qəbul baxımından əhəmiyyətli problemləri var.
Sanksiyalar alternativ axtarışı stimullaşdırır
İqtisadi sanksiyaların mövcud beynəlxalq ehtiyat valyuta sisteminə necə təsir edəcəyi mühüm müzakirə mövzusudur. Müzakirələrin bir tərəfində qlobal sistem üçün problemli sayılan ölkələrin cəzalandırılmasında qəbahət olmadığını və bu sanksiyaların dolların ehtiyat valyuta statusuna heç bir ziyan vurmayacağını iddia edənlər də var. Buna qarşı olanlar birtərəfli qərarlarla bir ölkənin beynəlxalq aktivlərinin dondurulması və müsadirə edilməsi kimi sərt tədbirlərin bir çox digər ölkələrlə yanaşı, sanksiyalara məruz qalan ölkələri də narahat edəcəyini və onları alternativ axtarışa sövq edəcəyini bildirirlər. Bu çərçivədə sözügedən sanksiyalar dolların qlobal ehtiyatlardakı payının azalmasını sürətləndirəcək və fərqli valyutaların önə çıxmasına zəmin yaradacaq.
Hazırkı sanksiyaların əsasən ABŞ-nin öz maraqları üçün nəzərdə tutulması digər ölkələrin də bu mənada hədəf ola biləcəyi qənaətini gücləndirir. Bu cür sanksiyalar beynəlxalq valyuta sisteminin bəzi ölkələrə verdiyi balanssız imtiyazların daha da şübhə altına alınmasına gətirib çıxarır və alternativ pul və pul tənzimləmələri axtarışına sövq edir. ABŞ sanksiyaları ilə üzləşmək riski altında olan ölkələr alternativ pul və maliyyə tənzimləmələrinə daha çox maraq göstərirlər. Sanksiyalardan narahat olan bir çox ölkələr beynəlxalq sistemdən kənarda qalmaqdan narahat olaraq, indiki geosiyasi şəraitdə ABŞ-yə qarşı mövqe sərgiləməyərək, öz təhlükəsizlikləri üçün susurlar.
Digər tərəfdən, bu ölkələr bu sanksiyaların dolayı təsirlərinə məruz qalırlar. Bu vəziyyət ABŞ-nin ənənəvi müttəfiqlərinə və beynəlxalq ictimaiyyətin əhəmiyyətli bir hissəsinə birbaşa olmasa da, dolayısı ilə qarşı çıxmasına səbəb olur. Bundan əlavə, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları ərəfəsində Rusiyaya qarşı bu sərt münasibətin gündəmə gəlməməsi arxasına sığındıqları ümumbəşəri dəyərlər, ümumbəşəri hüquq və qaydalara əsaslanan sistemlər paradiqmasını tamamilə çökdürdü. Bu inkişaflar dolların hökmranlığının daha da sonrakı mərhələlərə keçməsi ilə bağlı suallara və çətinliklərə səbəb ola bilər.
ABŞ dollarının yaxın gələcəkdə vəziyyəti
ABŞ dollarının gücünün yaxın gələcəkdə ciddi aşınmaya məruz qalmayacağı düşünülür. Lakin orta və uzunmüddətli perspektivdə digər milli və regional valyutalar dollara alternativ ola bilər. Digər tərəfdən, ABŞ tərəfində son sanksiyalar və sanksiya təhdidlərinin bu prosesi sürətləndirə biləcəyi ilə bağlı narahatlıqlar artmağa başlayıb. Bəzi rəsmilər və ekspertlər, o cümlədən ABŞ-nin yüksək səviyyəli iqtisadi menecerləri sanksiyaların bu cür istifadəsinin dolların qlobal valyuta mövqeyinə zərər verəcəyini vurğulayırlar.
Bu dairələr hesab edirlər ki, ABŞ sanksiyalarla bağlı sərt mövqeyini yumşaltsa və onların təkcə öz geosiyasi məqsədləri üçün deyil, bütün ölkələrin maraqları üçün həyata keçirildiyi barədə təsəvvür yaratsa, dolların reputasiyası qorunub saxlanıla bilər. Bu kontekstdə sanksiyaların səbəblərinin məqbul olması, mərkəzi bank ehtiyatlarının dondurulması kimi ekstremal təcrübələr yerinə daha dar əhatəli sanksiyalara üstünlük verilməsi, digər ölkələrin bu mənada tərəf seçmək məcburiyyətində qalmaması, sanksiyaların üçüncü tərəflərə təsirinin azaldılması istiqamətində tədbirlərin görülməsi kimi konkret təkliflər irəli sürülür.
ABŞ öz pulundan, mərkəzində yerləşdiyi beynəlxalq maliyyə infrastrukturundan və beynəlxalq təşkilatlar qarşısında dominant mövqeyindən xarici siyasətinin bir uzantısı olaraq sanksiya və təhdid məqsədilə istifadə etməkdən imtina edərsə, bu vəziyyət ona bir müddət indiki mövqeyini qoruyub saxlamağa imkan verə bilər. Lakin qısa müddətdə ABŞ-nin öz pulunun gücündən xarici siyasət məqsədləri üçün istifadəni dayandırmasını, qlobal prosesləri nəzərə alaraq Çin və ya digər ölkələr üçün könüllü olaraq pul məkanı açmasını və sistemi yüngülləşdirməsini gözləmək mümkün görünmür.
Digər tərəfdən, de-dollarizasiya təşəbbüslərinin hələ çox səmərəli nəticələr verdiyini söyləmək olmaz. Dolların beynəlxalq ehtiyatlarda istifadəsi 1999-cu ildəki 71 faizdən 2022-ci ildə 58 faizə düşsə də, beynəlxalq mübadilə vasitəsi və hesab vahidi kimi digər sahələrdə onun gücündə ciddi azalma müşahidə olunmur. ABŞ-nin sahib olduğu yüksək iqtisadi və texnoloji güc, bunun ortaya çıxardığı hərbi və siyasi üstünlük, beynəlxalq təşkilatlarla qurduğu əlaqə formaları, yaratdığı maliyyə infrastrukturu kimi faktorlar dolların hökmranlığına meydan oxuyacaq təşəbbüsləri əhəmiyyətli dərəcədə çətinləşdirir.
Görünən odur ki, ABŞ-ni iqtisadi güc baxımından tarazlaşdıra bilən ölkələrin valyutalarını, xüsusən də Çini dollara alternativ kimi görmək bizə daha çox vaxt aparacaq. Lakin bu prosesdə dolların dominantlığının getdikcə zəiflədiyinin və xüsusilə regional iqtisadi inteqrasiyalarda dolların əvəzinə milli valyutalardan istifadənin getdikcə daha geniş vüsət aldığının şahidi olacağıq. ABŞ-nin beynəlxalq valyuta sistemində dominant mövqeyinin zəifləməsi mühüm siyasi nəticələrə səbəb olacaq və qlobal güc balansı dəyişəcək. Çoxqütblü pul sistemində ABŞ-nin bu sahədəki hədsiz qazancları və digər sahələrə yayılmış üstünlükləri əhəmiyyətli dərəcədə aradan qalxacaq.
Oxşar məqalələr
-
Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Cənubi Afrikada Enerji Böhranı və Türkiyə Yardımı
-
Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?
-
Kremlin Ukraynadakı müharibəsinin iqtisadi aspekti: sanksiyalar, təsirlər, fəsadlar (III HİSSƏ)
-
Kremlin iqtisadi səfərbərliyi cəmiyyəti repressiyaya məruz qoyacaq? – ANALİZ
-
Bolqarıstanda Silah, Neft, Qaz və Siyasət – ANALİZ
-
Livan-İsrail mübahisəli dəniz sərhədi gərginliyi “İraq qazı” uğrundadır?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı