Türkiyə ordusu “Bayraktar Mini D” PUA-larını inventarlaşdırmağa hazırlaşır

 Türkiyə ordusu “Bayraktar Mini D” PUA-larını inventarlaşdırmağa hazırlaşır
449     08:05     01 02 2022    
Türkiyə ordusu “Baykar” tərəfindən istehsal edilən “Bayraktar Mini D” PUA-larını və STM şirkətinin “Boyga” sursat buraxa bilən PUA-larını inventarlaşdırmağa hazırlaşır.

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir qeyd edib ki, PUA-lar tezliklə istifadəyə veriləcək.

“Bayraktar Mini” tamamilə orijinal və milli olaraq hazırlanmış elektronika, proqram təminatı və struktur komponentləri ilə Türkiyənin ilk mini hava platformasıdır. “Baykar” şirkətinin gərgin əməyi və səyi ilə hazırlanan sistem bütün sınaqlardan uğurla keçərək ilk dəfə 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xidmətinə verilib. “Bayraktar Mini D” sistemi yeni xüsusiyyətləri ilə təhlükəsizlik qüvvələrinə xidmət etməyə hazırdır.

PUA-nın rabitə diapazonu sələfi ilə müqayisədə 2 dəfə, maksimum hündürlüyü 3 dəfə və uçuş müddəti 2 dəfədən çox olacaq.


Strategyvision.org

Teq: Türkiyə   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar