Çindən Misirə “Wing Loong I-D” PUA-larının tədarükü nəzərdən keçirilir?

 Çindən Misirə “Wing Loong I-D” PUA-larının tədarükü nəzərdən keçirilir?
626     11:16     31 01 2022    
Çin Misir Hərbi Hava Qüvvələrinə “Wing Loong I-D” Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarük etmək üçün bu ölkənin hökuməti ilə danışıqlar aparır.

SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) məlumatına görə, Çin artıq Misirə bir neçə müxtəlif tipli, o cümlədən MAME tipli, taktiki missiyalar üçün nəzərdə tutulmuş ASN-209 və “Wing Loong 1/2” zərbə PUA-ları tədarük edib.

Misir Çinlə yerli PUA sənayesini inkişaf etdirmək üçün texnologiya transferi də daxil olmaqla, 12 ASN-209 PUA-sının istehsalına dair saziş imzalamışdı. 2012-ci ilin may ayında birinci mərhələdə ASN-209 tipli altı PUA istehsal edilib və bunlar Misir silahlı qüvvələrinin nəzarəti altında tam fəaliyyət göstərir.

“Wing Loong 1” MALE (orta əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik) tipli PUA-dır. “Wing Loong 2” əvvəlki versiyaya nisbətən daha uzun gövdə və daha geniş qanad açılımına malikdir.

“Wing Loong I-D” tam kompozit təyyarə gövdəsinə malik orijinal “Wing Loong I” PUA-larının təkmilləşdirilmiş variantıdır. PUA ilk uçuşunu 2018-ci ilin dekabrında həyata keçirib. O, “Wing Loong 1”in əvvəlki versiyası ilə müqayisədə daha böyük faydalı yükə malikdir.

“Wing Loong I-D” 9,34 m uzunluğa, 14 m qanad açılımına malikdir və maksimum 4000 km məsafədə 35 saata qədər uça bilir. PUA 12-yə qədər raket daşıya bilər.
Strategyvision.org

Teq: Çin   Misir  


Oxşar məqalələr
Son əlavə olunanlar