Əlcəzair Çindən CH-5 PUA-ları sifariş verib

Əlcəzair Çindən CH-5 PUA-ları sifariş verib
484     15:01     25 01 2022    
Əlcəzair Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) tərəfindən istehsal edilən CH-5 Pilotsuz Uçuş Aparatları (PUA) sifariş edib.

“Mena Defence” saytının yaydığı məlumatda PUA-lardan 6-sının sifariş verildiyi deyilir.

SIPRI (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) məlumat bazasına görə, Çin artıq 2018-ci ildə Əlcəzairə 5 ədəd CH-3 və 5 ədəd CH-4 zərbə PUA-ları tədarük edib.

Sayt qeyd edir ki, Əlcəzair həmçinin “Wing Loong 2” PUA-ları da sifariş edib və 2022-ci ilin sonuna qədər Əlcəzair silahlı qüvvələrinin 60-a yaxın PUA-sı olacaq olacaq.

CH-5 uzaqdan idarə olunan və ya avtonom uçuş əməliyyatları həyata keçirə bilən PUA-dır. İlk uçuşunu 2015-ci ilin avqustunda həyata keçirib.

CH-5 elektron kəşfiyyat məlumatlarını toplamaq üçün havadan erkən xəbərdarlıq sistemini və radioelektron mübarizə vasitələrini daşıya bilir. PUA, həmçinin düşmənin rabitə və radarlarını sıradan çıxara bilər. CH-5 1000 kiloqrama qədər sensor və silah daşıya bilir. PUA-nın 16 ədəd “hava-yer” raketi daşıdığı görünsə də, Çin onun 24 raket daşıya bildiyini deyir.

CH-5 havada təxminən 60 saat qala bilir və 10 kilometrə qədər yüksəklikdə fəaliyyət göstərir. Hazırda onun maksimal uçuş məsafəsi 6500 kilometrdir və gələcək təkmilləşdirmə ona 10.000 km-ə qədər uçmağa imkan verəcək.

Çin mühəndisləri havada 120 saata qədər qala bilən, 20.000 km məsafə qət edə bilən CH-5 hazırlamağı planlaşdırır.
Strategyvision.org

Teq: Çin   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar