Ukrayna yeni kamikadze PUA-ların istehsalına başlayır

 Ukrayna yeni kamikadze PUA-ların istehsalına başlayır
562     11:06     18 01 2022    
Ukraynanın raket və peyk sistemləri üzrə ixtisaslaşan “Yujnoye SDO” (Dövlət Dizayn Ofisi) müəssisəsi yeni kamikadze tipli PUA-ların istehsalına başlayıb.

Layihə haqqında ətraflı məlumat verilməsə də, onun bir çox fərqli platformadan buraxıla biləcəyi və xüsusilə fərqli PUA sistemləri tərəfindən istifadə oluna biləcəyi bildirilib. Perspektivli layihə kimi xarakterizə edilən bu təşəbbüs Ukraynanın yeganə kamikadze PUA təşəbbüsü deyil.

Ukraynada yerləşən PUA sistemləri istehsalçısı “Athlon Avia” tərəfindən hazırlanmış ST-35 kamikadze PUA-sı ölkənin Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq hazırlanıb. İstifadə məqsədi əməliyyat bölgəsindəki komanda və idarəetmə mərkəzləri, radar stansiyaları, sursat və yanacaq çənləri kimi ən prioritet hədəfləri zərərsizləşdirməkdir. İlk dəfə 2019-cu ilin oktyabrında Ukraynanın paytaxtı Kiyevdə keçirilən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində təqdim edilən PUA ST-35 kodu ilə ilk versiyada sınaqdan keçirilib.

“Athlon Avia”nın verdiyi məlumata görə, çox rotorlu şaquli uçuş qabiliyyətinə malik ST-35 9,5 kq-a qədər qalxma çəkisi, 120-140 km/saat kreyser sürəti, 800-1200 m effektiv əməliyyat hündürlüyünə malikdir. Əməliyyat məsafəsi 30 km, havada qalma müddəti 1 saat və döyüş başlığı 3,5 kiloqramdır.
Strategyvision.org

Teq: Ukrayna   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar