Cənubi Koreya ordusu 2031-ci ilə qədər yerli kəşfiyyat PUA-larını təqdim edəcək

Cənubi Koreya ordusu 2031-ci ilə qədər yerli kəşfiyyat PUA-larını təqdim edəcək
670     18:43     28 12 2021    
Cənubi Koreya ordusu ölkənin şimal-qərb sərhəd adalarını daha yaxşı müdafiə etmək üçün 2031-ci ilə qədər yerli kəşfiyyat və müşahidə PUA-larını təqdim edəcək.

Bu barədə ölkənin Müdafiə Satınalmaları Proqramı İdarəsi məlumat yayıb.

Ölkənin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərində və adalarda Dəniz Piyadaları Korpusu bölmələri tərəfindən idarə edilmək üçün nəzərdə tutulmuş PUA üçün 570 milyard von (479 milyon ABŞ dolları) dəyərində layihə təsdiqlənib.

“Yeni PUA hazırlanarsa, dəniz ərazilərinin və şimal-qərb sərhəd adalarının real vaxt rejimində monitorinqi vasitəsilə ordunun təhlükəsizlik təhdidlərinə cavab vermək qabiliyyəti gücləndiriləcək”, - deyə məlumatda bildirilir.

Həmçinin virtual komitənin iclasında hərbçilər 2022-26-cı illəri əhatə edən 450 milyard von layihə çərçivəsində desant helikopterinin yerli olaraq hazırlanması üçün əsas planı təsdiqləyiblər.

Komitə, həmçinin hazırda ordu tərəfindən idarə olunan köhnəlmiş CH-47D helikopterlərinin dəyişdirilməsi layihəsi çərçivəsində xarici şirkətlərdən iri hərbi helikopterlərin alınması planını da təsdiqləyib. Layihə 2022-28-ci illəri əhatə edəcək və büdcəsi 1,4 trilyon von olacaq.
Strategyvision.org

Teq: Koreya   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar