EDEX-2021: Misir Silahlı Qüvvələrinin “Yabhon United 40” PUA-ları

 EDEX-2021:  Misir Silahlı Qüvvələrinin “Yabhon United 40” PUA-ları
253     16:12     30 11 2021    
29 noyabr - 2 dekabr 2021-ci il tarixləri arasında Misirdə keçirilən EDEX-2021 müdafiə sənayesi sərgisində Misir Silahlı Qüvvələri “Yabhon United 40” Pilotsuz Uçuş Aparatının (PUA) Misir versiyasını təqdim edib.

“Yabhon Smart Eye 2” adlanan PUA “Adcom Systems” tərəfindən ilk növbədə Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələri (UAEAF) üçün hazırlanmış uzaqdan idarə olunan və ya avtonom uçuş əməliyyatlarını həyata keçirə bilən PUA-dır.

O, MALE (orta əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik) kimi fəaliyyət göstərir və xüsusi missiyalar, kəşfiyyat, humanitar missiyalar, müşahidə və ya hərbi əməliyyatlar üçün istifadə edilə bilər.

“Yabhon United 40” maksimum 7000 m yüksəklikdə fəaliyyət göstərə bilər və 120 saata (5 gün) qədər uça bilər.

“Yabhon United 40” qanadlarının altında 1050 kq yük daşıya bilir.
Strategyvision.org

Teq: Misir   Yabhon  


Oxşar məqalələr
Son əlavə olunanlar