Türkiyənin “Anka” PUA-larını hansı ölkəyə satacağı məlum oldu

 Türkiyənin “Anka” PUA-larını hansı ölkəyə satacağı məlum oldu
1418     10:26     25 11 2021    
Türkiyənin TUSAŞ şirkəti “Anka” Pilotsuz Uçan Aparatı (PUA) üçün Qazaxıstanla davam edən danışıqlar nəticəsində 2021-ci ilin oktyabrında lazımi müqaviləni imzalayıb.

“HaberTürk” nəşri öz mənbələrinə istinadən yazıb ki, müqavilə çərçivəsində Qazaxıstan Silahlı Qüvvələrinə 3 ədəd “Anka” PUA-sı tədarük ediləcək.

Qazaxıstanla 2021-ci ilin mayında imzalanan hərbi əməkdaşlıq sazişinin maddələrindən biri “kəşfiyyat və hücum PUA-larında taktika və təcrübə mübadiləsi” olaraq qeyd edilib.

Nəşr “Anka”nın tədarükü üçün digər ölkələrlə də danışıqların davam etdiyini, bəzilərinin isə son mərhələdə olduğunu bildirib.

İndiyədək 50 ədəddən çox istehsal edilən “Anka” PUA-sının ilk ixrac müştərisi Tunis olub. TUSAŞ ötən həftələrdə 3 ədəd PUA sifariş edən Tunisə ilk çatdırılmanı həyata keçirib.

Gündüz/gecə və pis hava şəraiti daxil olmaqla bütün coğrafi şərtlərdə işləmə qabiliyyətinə malik “Anka” real vaxt rejimində kəşfiyyat, müşahidə, sabit/hərəkətli hədəfin aşkarlanması, identifikasiyası, izlənilməsi və məhv edilməsi üçün nəzərdə tutulub.

30.000 fut yüksəklikdə 24 saat havada qala və 250 kiloqram faydalı yük daşıya bilir.

TUSAŞ şirkətinin “Yeni Nəsil Anka” adlandırdığı konfiqurasiya 30 saat havada qala və 350+ kiloqram faydalı yük daşıya bilir. Yeni nəsil “Anka” Türkiyə Hava Qüvvələri Komandanlığı və Jandarma Qüvvələri tərəfindən istifadə edilir.

Daha əvvəl müxtəlif səbəblərdən heç bir irəliləyiş əldə edə bilməyən ANKA ilə bağlı 2012-ci ildə yeni bir addım atıldı. Türkiyənin Müdafiə Sənayesi İdarəsi və Hava Qüvvələri Komandanlığı tərəfindən ANKA-nın əsas konfiqurasiyası olan ANKA-A-nın qəbul sınaqları başladı. Bu dövrdə, xüsusilə Müdafiə Sənayesi İdarəsi tərəfindən atılan addımlar və qəbul etdiyi yol xəritəsi bu gün əldə olunan nailiyyətlərdə böyük rol oynayıb.

25 oktyabr 2013 tarixində Müdafiə Sənayesi İdarəsi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək 10 ANKA-S PUA-sı üçün daha bir müqavilə imzalayıb. Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin pz resursları ilə Elazığda yerləşdirildi.

ANKA-S ilə yeni bir dövr başladı

ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-B-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib. Elə həmin il ANKA-S sisteminin detallı dizayn mərhələsi başa çatıb və ilk uçuş 2016-cı ilin sentyabr ayında reallaşıb. ANKA-S-in ilk uçuşundan bir ay sonra SNKS-B-nin qəbul prosesi başa çatdı.

ANKA-B 2017-ci ilin mart ayında Jandarma Ümumi Komandanlığının inventarına daxil olub. İyul ayında ANKA-S “Türksat 4B” peyki üzərindən nəzarəti əldə edən Türkiyədənin ilk pilotsuz uçuş aparatı oldu.

ANKA-S layihəsinin ilk tədarükü 1 fevral 2018-ci ildə tamamlanıb. Bu müddətdə Türkiyə Aerokosmik Sənayesi PUA-ları təkcə qabiliyyət baxımından inkişaf etdirməyib, həm sənaye ekosistemini gücləndirb, həm də tapşırıq kompüteri, mühərrik, İFF sistemi, məlumat qeydetmə sistemi və məlumat bağlantısı sistemi kimi bir çox fərqli alt sistemləri də zamanla yerliləşdirib.
Strategyvision.org

Teq: Qazaxıstan   Anka  


Oxşar məqalələr
Son əlavə olunanlar