Maracıstan Türkiyə istehsalı “Karayel” zərbə PUA-larını sınaqdan keçirir
“Vestel” tərəfindən istehsal edilən “Karayel” taktiki PUA-ları Macarıstanın “Pápa Bázisrepülőtér” (Papa aviabazası) bazasında Macarıstan müdafiə rəsmiləri tərəfindən sınaqdan keçirilib.
“Lhsn.hu” xəbər saytının paylaşdığı fotolarda “Vestel”ə məxsus “Karayel” PUA-larının Macarıstanda bir sıra sınaqlardan keçirildiyi məlum olub. Xəbər saytının verdiyi özəl məlumata görə, “Karayel”in sınaqları cümə günü başlayıb.
Macarıstan nümayəndə heyəti sınaqları yerindəcə izləyib. Təxminən saat yarım hava limanının hava məkanında uçan “Karayel” müxtəlif bacarıqlarını nümayiş etdirib.
Macarıstan mənbələrinin məlumatına görə, Macarıstan Türkiyə istehsalı olan bir çox PUA-larla, o cümlədən “Karayel”lə maraqlanır.
“Vestel” tərəfindən yerli imkanlarla inkişaf etdirilən “Karayel” PUA-larının uçuş müddəti 20 saatdır. Tam avtonom uçuş və eniş xüsusiyyətlərinə malik PUA maksimum 4 “Cirit”, 12 MAM-C və ya 4 MAM-L sursat yükü ilə fəaliyyət göstərə bilir.
“Karayel” "Vestel" şirkətinin NATO-nun "Mülki hava məkanında uçuşa yararlılıq" standartına, yəni STANAG-4671-ə uyğun olaraq hazırlanan və istehsal edilən ilk və yeganə taktiki PUA sistemidir.
"Vestel" Müdafiə və Aviasiya Sənayesində PUA-lar, Sistem İnteqrasiyası, Hidrogen və Batareya Texnologiyaları sahələrində dizayn və inkişafdan tutmuş istehsala qədər geniş məhsul və xidmətlər təklif edən böyük bir sənaye şirkətidir. 1984-cü ildə məişət avadanlıqlarının istehsalçısı kimi yaradılan "Vestel" PUA sahəsində yalnız Türkiyədə deyil, ümumilikdə regionun qabaqcıl şirkətlərindən birinə çevrilib. Şirkətin toplam 8 layihə bürosunda məhsullar, adətən digər şirkətlərin iştirakı olmadan hazırlanır.
Şürkətin istehsal etdiyi PUA-nın avtopilot sisteminin struktur və aerodinamik dizaynı, mərkəzi idarəetmə kompüteri, yerüstü idarəetmə stansiyası, dizaynın avionikası, proqram təminatı və s. tamamilə türk mühəndislər tərəfindən həyata keçirilir.
“Karayel” sistemi idarəetmənin kəsilməsinə qarşı qorunmanı təmin edən unikal 3 ehtiyat avionika arxitekturasına malikdir. Bu xüsusiyyət ilə "Vestel" dünyada yalnız idarə olunan aviasiyada istifadə edilən sistematik səhv təhlükəsizliyini ilk dəfə “Karayel” pilotsuz uçuş aparatında tətbiq etdi. PUA kompozit korpusundakı alüminium material sayəsində ildırımdan qorunma xüsusiyyətinə də malikdir. Donma hadisəsi halında, bunu avtomatik olaraq aşkar edərək fəaliyyətə başlayan "Buz Əritmə Sistemi"ndən istifadə olunur. Bu xüsusiyyət ilə “Karayel” hər cür hava şəraitinə qarşı müqavimət göstərir və sərt hava şəraitində üstün imkanlar nümayiş etdirir. Hava kəşfiyyatı və müşahidə aparmaq üçün təchiz edildiyi kamera sistemi ilə PUA həm hədəfi müəyyənləşdirmək və analiz etmək, həm də üzərindəki marker sistemləri ilə lazerlə idarə olunan sursatı hədəfə istiqamətləndirmək imkanına malikdir.
Taktiki uçuş xüsusiyyətləri
STANAG 4671-ə uyğun dizayn;
İldırımdan qorunma;
Buzun əridilməsi;
3 ehtiyatlı avionika;
Tam avtonom qalxma/uçuş/enmə;
Kompozit korpus;
Kreyser sürəti: 60-80 düyüm;
Uzunluğu: 6.5 m;
Qanad açılımı 10.5 m;
Qalxma kütləsi 550 kq;
Mühərrikin gücü 97 a.g.
Faydalı yük kütləsi 70 kq;
Faydalı yüklə havada qalma müddəti 20 saat;
Fəaliyyət hündürlüyü 22500 fut;
Görmə məsafəsi (LOS) 150 km;
YİS (Yerüstü İdarəetmə Stansiyası)/YMT (Yerüstü Məlumat Terminalı) transferi.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı