Britaniya “Watchkeeper” PUA-larının təkmilləşdirilmiş versiyalarını 2026-cı ildə istifadəyə verəcək

Britaniya “Watchkeeper” PUA-larının təkmilləşdirilmiş versiyalarını 2026-cı ildə istifadəyə verəcək
1068     10:50     03 11 2021    
Britaniya Ordusu özünün “Watchkeeper” taktiki Pilotsuz Uçuş Aparatlarının (PUA) ilk təkmilləşdirilmiş versiyalarını 2026-cı ilə qədər hazır vəziyyətə gətirməyi hədəfləyir.

Britaniya ordusunun yüksək rütbəli mənbəsi bildirib ki, “Watchkeeper” PUA-larının orta ömür müddətinin uzadılması (MLE) layihəsi avqust ayında ilkin təsdiqlərdən keçib. Tam iş vəziyyəti hökumət tərəfindən 2023-cü ilin əvvəlində qiymətləndirilməlidir.

PUA-nın ilkin əməliyyat qabiliyyətinin 2026-cı ildə, tam əməliyyat qabiliyyətinin isə 2027-ci ilə planlaşdırıldığı bildirilir.

Britaniya Ordusunun “Watchkeeper” PUA-sının təkmilləşdirilməsi təsdiqlənsə də, hazırda layihənin əsas məqsədinin yeni sensorlar və ya silahlar kimi yeni imkanları əlavə etməkdənsə, köhnəlmiş komponentləri əvəz etmək olduğu görünür.

“Watchkeeper” WK450 Britaniya Ordusu tərəfindən kəşfiyyat, müşahidə, hədəfin əldə edilməsi və nəzarət (ISTAR) missiyalarında istifadə olunan PUA-dır. PUA İsrailin “Elbit” və “Thales UK”nin birgə müəssisəsi tərəfindən istehsal edilib. Sistem “Elbit” şirkəti tərəfindən istehsal edilən “Hermes 450” PUA-larına əsaslanır.

Taktiki-Texniki Xüsusiyyətləri:

Uzunluğu: 6,5 m
Qanadları: 10,9 m
Kreyser sürəti: 143 km/saat
Əməliyyat hündürlüyü: 4 900 m
Uçuş çəkisi: 485 kq
Uçuş müddəti: 14 saat
Faydalı yükləmə qabiliyyəti: 150 kq
Uçuş məsafasi: 150 kilometr


PUA “Elbit Systems”in törəmə şirkəti olan “UAV Engines Ltd” tərəfindən təmin edilən “Wankel” mühərrikindən istifadə edir.
Strategyvision.org

Teq: Britaniya  


Oxşar məqalələr
Son əlavə olunanlar