İnsansız texnologiyalar və sərhəd təhlükəsizliyi amili: Ankarada keçirilən 3-cü HRST sammitində nələr müzakirə olundu?
Oktyabrın 5-6-da Ankarada keçirilən 3-cü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi sammitinin iştirakçıları, ilk növbədə, lazerlər, rediomaneə cihazları, kamikadze tipli PUA-lar və sensorlardan istifadə edərək PUA hücumlarına qarşı müdafiə variantlarını müzakirə ediblər.
20-dən çox ölkədən 110 müdafiə və aerokosmik şirkətin öz məhsullarını nümayiş etdirdiyi tədbirə yerli Müstəqil Sənayeçilər və İş Adamları Assosiasiyası ev sahibliyi edib. Bundan əlavə, yüksək səviyyəli rəsmilər, o cümlədən nazirlər, səfirlər və müdafiə sənayesinin nümayəndələri sammitdə iştirak ediblər.
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir qaçqınların icazəsiz ölkəyə daxil olmasının, terror fəaliyyətinin və qaçaqmalçılığın qarşısını almaq üçün ölkə sərhədinin 7/24 monitorinqinin vacibliyini vurğulayıb.
“Daimi monitorinq və nəzarət üçün bu kontekstdə mürəkkəb elektron sensor sistemləri də daxil olmaqla inteqrasiya olunmuş təhlükəsizlik həlləri tələb olunur. Komitə istifadəçi orqanların ehtiyac və gözləntilərinə uyğun olaraq bu sahədə fəaliyyətini davam etdirəcək”, - deyə o qeyd edib.
Sammitin təşkilatçılarından biri olan Koray Tuncer “Defense news” nəşrinə bildirib ki, sammitin əsas məqsədi sərhəd təhlükəsizliyi sahəsində ən son inkişafları ön plana çıxarmaqdır.
“Biz həmçinin silahlı qüvvələrdə, jandarmada və polisdə yüksək səviyyəli qərar qəbul edənlər və texnologiya ekspertləri ilə görüşmək üçün bu sahədə ən son texnologiyaları istehsal edənləri bir platformada toplamağı hədəfləyirik. İxrac imkanlarının inkişaf etdirilməsi bu sammitin məqsədlərindən biridir”, - deyə Tuncer bildirib.
O əlavə edib ki, sammit zamanı müqavilələr və anlaşma memorandumları imzalanıb, lakin o, təhlükəsizlik baxımından sövdələşmələri açıqlamayıb.
Sammitdə insansız texnologiya, eləcə də PUA-lara qarşı mübarizə vasitələri üstünlük təşkil edib. Sərhəddə xidmət edən hərbi qüvvələrin təhlükəsizliyi tədbirdə ən çox müzakirə olunan mövzu olub. PUA-lar və silahlı hücumlar sərhəd bölmələri üçün iki əsas təhdid növüdür. İnsansız təhdidlər ilk növbədə terror təşkilatları tərəfindən kəşfiyyat və ya hücum məqsədləri üçün istifadə edilən əldəqayırma PUA-lardır. Bunlar radioelektron mübarizə vasitələrindən yayına bilən, elektrik mühərriki sayəsində səssiz olan və sadə avtopilotlardan istifadə edən kiçik ölçülü, qısa mənzilli platformalardır.
Türkiyənin HAVELSAN və “Transvaro” şirkətləri ərazini insanlı və insansız təhlükələrdən qorumaq üçün radarlar, elektro-optik sistemlər və müvafiq proqram təminatından istifadə edərək bir neçə sensordan istifadə edən inteqrasiya olunmuş aşkarlama sistemi hazırlayıb.
Sammitin digər əsas mövzusu sərhəd qüvvələrinə təchizatın ötürülməsi üçün şaquli uçuş və eniş qabiliyyəti olan PUA-ların istifadəsi olub.
Sərhəd qüvvələrinin tədarükünün quru yolu ilə daşınması ilə bağlı xüsusən də terror təhlükəsinin mövcud olduğu yerlərdə xüsusi risklər ola bilər. Şaquli qalxa və enə bilən PUA-ların daşınması daha sürətli olacaq və təhlükəsiz logistik dəstəyi təmin edə biləcək, həmçinin daşınma kəşfiyyat və müşahidə tapşırıqlarını yerinə yetirəcək.
Effektiv sərhəd təhlükəsizliyi üçün qüvvələr arasında koordinasiya vacibdir. Sammitdə nümayiş etdirilən bəzi məhsullar arasında bu tələbi yerinə yetirmək və asimmetrik təhlükələrlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş şəbəkə əsaslı sistemlər də var idi. Artıq sərhəd təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilən texnologiyanı yaradan METAKSAN şirkəti hökumətin ehtiyaclarını ödəmək üçün digər müəssisələrlə əməkdaşlıq edir. Şirkət rəsmisi Burak Akbaş xüsusilə sərhəd bölgələrində insanların aşkarlanması və tanınması üçün hazırda istifadə olunan “Retinar” radar sisteminə diqqət çəkib. Həmin texnologiya əsasında METAKSAN öz radarı ilə yerli “Unidef” firmasının istehsalı olan pulemyotu birləşdirib.
Türkiyənin sərhədi boyunca investisiyalar ilk növbədə aşkarlama və təhlükəsizlik problemlərini həll etmək üçün hava və yerüstü müşahidəyə yönəldilib. Ölkənin İran sərhədi boyunca yaradılmış divarı qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə üçün elektro-optik sensorlar, radarlar və PUA-larla dəstəklənir.
Türkiyənin ən böyük müdafiə şirkəti olan ASELSAN sərhəd pozuntularını aşkar etmək, təhlil etmək və məlumat paylaşmaq üçün yeraltı fiber-optik kabellərdən istifadə edən “Midas” aşkarlama sistemini təmin edib. Sistemin akustik aşkarlama qabiliyyəti, həmçinin yeraltı tunellər vasitəsilə sərhədi keçmə cəhdlərini izləyir.
Hökumət həmçinin Suriyanın şimal-qərbindəki İdlib şəhəri ilə üzbəüz Hatay vilayətinin cənubunda istifadə etmək üçün ASELSAN şirkətindən “Karagöz” hava şarları (aerostat nəzarət sistemini) satın alıb. Sistem quraşdırılmış geniş sahəli müşahidə kamerası ilə 3 kvadrat mil ərazini müşahidə edə bilir.
Bundan əlavə, Türkiyənin Daxili İşlər Nazirliyi bu yaxınlarda “Ares” şirkəti ilə 122 sahil mühafizə gəmisi üçün müqavilə imzalayıb. Gəmiqayırma zavodu sınaqları başa çatdırıb və bu ay kütləvi istehsala başlayıb.
Hökumət, həmçinin sərhəd qüvvələri üçün “Katmerciler”dən 57 “Ateş”, “Otokar”dan isə 82 “Cobra II” zirehli maşını alıb.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı