Almaniyanın uğursuz “Euro Hawk” PUA-sı öz yerini müzeydə tapacaq

Almaniyanın uğursuz “Euro Hawk” PUA-sı öz yerini müzeydə tapacaq
1056     10:42     14 10 2021    
Almaniyanın 800 milyon avro xərclədiyi “Euro Hawk” Pilotsuz Uçuş Aparatı (PUA) layihəsi fiasko ilə başa çatıb.

Layihə uğursuz olduğu üçün proqram dayandırılsa da, PUA hərbi aviasiya muzeyində sərgilənəcək.

Platformanın gövdəsi muzeyə göndəriləcək, qalan hissələr isə ehtiyat hissələri kimi istifadə üçün NATO-ya veriləcək.

Amerikanın “Northdrop Grumman” şirkətinin istehsal etdiyi RQ-4 modelinin avropalaşdırılmış versiyası olaraq planlaşdırılan PUA həm baha olması, həm də Avropa aviasiya orqanlarının etirazları səbəbindən missiyasına başlaya bilmədi. PUA-ların tıxaclı Avropa hava məkanında hava trafikini riskə ata biləcəyindən narahat olan Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi Almaniya üçün istehsal olunan RQ-4E-nin uçuşuna icazə vermədi.

RQ-4E prototipi 2013-cü ildə dayandırılan layihədən geri qalan tək platformadır. Almaniya hakimiyyəti artıq uzun müddətdir bazada gözləyən “ölü doğulmuş körpəni” muzeyə göndərir. Yük maşınına yüklənmiş nəhəng PUA “cəsədi” Berlin-Gatov Hərbi Tarix Muzeyinə aparılıb.

"EuroHawk" Avropa hava məkanında 25.3 saat fasiləsiz uçmaqla 17.900 m yüksəkliyə çataraq rekord qırıb. Bu, Avropa səmalarında 14.000 kq ağırlığında PUA-nın ən uzun uçuşu idi. Almaniya Müdafiə Nazirliyi "Euro Hawk" əvəzinə ABŞ-ın "Northrop Grumman" şirkəti tərəfindən istehsal edilən MQ-4C "Triton" PUA-larını almağa qərar verib. Müşahidə PUA-ları 2025-ci ildən sonra tədarük ediləcək.

Nazirliyin nə qədər PUA alacağı və hansı qiymətə alacağı dəqiq bilinmir. Ləğv edilən proqram çərçivəsində Almaniya 1.2 milyard avroya beş ədəd "Euro Hawk" almağı planlaşdırırdı.
Strategyvision.org

Teq: Almaniya  


Oxşar məqalələr
Son əlavə olunanlar