Çində böyük aviaşou: PUA-lar, qırıcılar, kosmik raketlər nümayiş olunur

  Çində böyük aviaşou:  PUA-lar, qırıcılar, kosmik raketlər nümayiş olunur
1012     16:38     02 10 2021    
Çin bu həftə ölkədə keçirilən aviaşou zamanı bir zamanlar gizli olan yüksək səviyyəli hərbi texnologiyaları nümayiş etdirib.

Sərgidə kosmik layihələr, PUA-lar, döyüş təyyarələri, ticarət təyyarələri və digər hava vasitələri təqdim edilib.

Pandemiya ilə əlaqəli səyahət məhdudiyyətlərinə görə ölkənin cənubda yerləşən Çjuai şəhərində keçirilən “Airshow China” sərgisində böyük ölçüdə yerli şirkətlər iştirak edib, lakin xarici müşahidəçilər Çinin hərbi gücünü sərgiləyən hadisələri uzaqdan diqqətlər izləyirdilər.

Çin Hərbi Hava Qüvvələrinin arsenalında olan və əvvəllər böyük məxfilik altında saxlanılan əsas platformaların ilk dəfə ictimaiyyətə nümayiş etdirilməsi beynəlxalq auditoriyanın böyük diqqətini çəkib.

Sərgidə ABŞ-ın “Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən böyük ölçülü RQ-4 “Global Hawk” PUA-larına bənzəyən, lakin daha zəif mühərrikə sahib WZ-7 “Xianglong” adlı uzun uçuş müddətinə malik kəşfiyyat PUA-sı təqdim edilib. Müşahidəçilər WZ-7-nin Çin-Hindistan sərhədi, Şimali Koreya sərhədi və Cənubi Çin dənizi yaxınlığındakı aviabazalardan istifadə olunduğunu bildirirlər.

PUA-lar dəniz patrul xidməti və uzun uçuş müddəti tələb edən digər missiyalarda da istifadə edilə bilər. Çin gələcəkdə bu hava vasitələrini dənizdəki obyektlərə raket zərbələri endirmək üçün avadanlıqlarla təchiz etmək niyyətindədir. PUA-ların maksimum uçuş çəkisi 7500 kiloqram, faydalı yük qabiliyyəti 650 kiloqramdır.

Çin Qərb texnologiyasından geri qalan yerli mühərriklərin performansını artırmaq üçün çox çalışır. Aviaşouda J-20 qırıcı təyyarələri ilk dəfə olaraq Rusiya yox, Çin mühərrikləri ilə uçuşlar yerinə yetirib. Çin bu təyyarələrin stels (radara daha az görünən) texnologiyaya sahib olduğunu bildirib.

“Global Times” nəşrinin məlumatına görə, Y-20 nəqliyyat təyyarəsi üçün iki növ yerli mühərrikin sınaqları da aparılır.

Sərgidə nümayiş oluman və ABŞ istehsalı olan EA-18G “Growler”in ekvivalenti hesab edilən J-16D radioelektron mübarizə təyyarəsi münaqişə vəziyyətində düşmənin Hava Hücumundan Müdafiə (HHM) müdafiə sistemlərini aşmağa kömək edə bilər. Mütəxəssislər təyyarədə ən az 3 ədəd radiomaneə qurğusunun quraşdıldığını və hər birinin elektron spektrin fərqli hissələrini sıradan çıxarmaq üçün hazırlandığını bildirib.

Çin aviaşouda Amerika Birləşmiş Ştatları, İngiltərə, Avstraliya, Hindistan və Rusiyadakı rəqib layihələrə uyğun olaraq daha bahalı ekipajlı döyüş təyyarələrini qorumağa kömək etmək üçün “sadiq qanadçı” funksiyasını yerinə yetirən PUA-ları təqdim edib. Çin Aerokosmik Elm Texnologiyaları Korporasiyası (CASTC) tərəfindən istehsal edilən uzun mənzilli FH-67 PUA-larının taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilməyib.

Rəsmi Pekin 2028-ci ildə, yəni öncə gözlənilən tarixdən iki il əvvəl Aya mürəkkəb kosmik aparat göndərə biləcək qədər güclü olan yeni nəsil ağır raketlərin istifadəyə veriləcəyini də açıqlayıb.
Strategyvision.org

Teq: Çin   PUA   Aviaşou  


Oxşar məqalələr
Son əlavə olunanlar