Mərakeş və İsrail kamikadze PUA-larının birgə istehsalı ilə bağlı müqavilə imzalayacaq

Mərakeş və İsrail kamikadze PUA-larının birgə istehsalı ilə bağlı müqavilə imzalayacaq
1213     14:35     02 10 2021    
Mərakeş və İsrail arasında kamikadze tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsal edilməsi ilə bağlı müqavilə imzalayacaq.

Bu barədə “Defence News” nəşri müqavilədən məlumatlı olan mərakeşli hərbi və təhlükəsizlik məsələləri üzrə mütəxəssisə istinadən məlumat yayıb.

İsrailin Müdafiə nazirinin tezliklə Afrika ölkəsini ziyarət edəcəyi və digər razılaşmalarla yanaşı PUA-ların istehsalına başlayacaq müdafiə əməkdaşlığı müqavilələri imzalayacağı gözlənilir.

“Mərakeşdə yeni hökumət qurulduqdan sonra, İsrail müdafiə nazirinin Mərakeşdə hərbi sistemlərin birgə istehsalına dair müqavilə imzalamaq üçün Rabata səfər etməsi gözlənilir”, - deyə nəşr qeyd edib.

Müqavilənin Mərakeş Ordusunun hərbi arsenalını gücləndirməsi üçün qısa və orta mənzilli raket sistemlərini, zirehli maşınları və tankları əhatə edəcəyi qeyd olunur.

Mərakeşin PUA-larla maraqlanması yeni deyil. Aprel ayında ölkənin Türkiyədən 13 ədəd “Bayraktar TB2” zərbə PUA-sı alması üçün müqavilə imzaladığı və ilk partiyanın sentyabr ayında təhvil verildiyi bildirilir. Ekspertlər qeyd edir ki, Mərakeşin İraq, Suriya, Liviya və Azərbaycanda sübut edilmiş döyüş effektivliyindən sonra Türkiyə PUA-larını alması təbiidir.

İsrail PUA-ları istehsal etmək üçün Mərakeşin hansı şirkəti seçdiyi bilinmir. Ölkənin “Bio Cellular Design Aeronautics” şirkəti PUA-ların istehsalında təcrübəyə malikdir. Şirkət 2018-ci il “Marrakech” adlı müdafiə sənayesi sərgisində MA-1 kəşfiyyat PUA-larının ilk prototipini nümayiş etdirib.

Qeyd edək ki, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Sudan Amerikanın vasitəçiliyi ilə əldə edilən İbrahim Anlaşması çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa başlayıblar.
Strategyvision.org

Teq: Mərakeş   İsrail   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar