Çin qırıcılarını qorumaq üçün istifadə ediləcək PUA konsepsiyasını təqdim edib

Çin qırıcılarını qorumaq üçün istifadə ediləcək PUA konsepsiyasını təqdim edib
784     14:40     30 09 2021    
Çin “Airshow China” aviaşousu zamanı həm vəzifə, həm də xarici görünüş baxımından ABŞ-ın “Kratos” şirkəti tərəfindən istehsal edilən XQ-58A “Valkyrie” Pilotsuz Uçuş Aparatlarına (PUA) bənzəyən yeni PUA konsepsiyasını təqdim edib.

Çin Aerokosmik Elm Texnologiyaları Korporasiyası (CASTC) tərəfindən istehsal edilən uzun mənzilli FH-67 PUA-ları daha bahalı ekipajlı döyüş təyyarələrini qorumağa kömək etmək üçün nəzərdə tutulan “sadiq qanadçı” rolunu oynayacaq.

Şirkət PUA-nın müxtəlif növ silahları daşıya biləcəyini, sürü və radioelektron mübarizə qabiliyyətinə sahib olacağını bildirib. PUA-nın taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilməyib.

FH-97-nin xarici görünüşü 2019-cu ildə ilk uçuşunu həyata keçirən XQ-58A ilə demək olar ki, eynidir. XQ-58A-nın maksimum sürəti 0.85 max. dır. Amerika Birləşmiş Ştatları, İngiltərə, Avstraliya, Hindistan və Rusiya ekipajlı qırıcılarını qorumaq üçün bu tip PUA-lardan istifadə edən ölkələr arasındadır.

PUA-ların ixrac edilib-edilməyəcəyi məlum deyil. Çin Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Serbiya da daxil olmaqla bir sıra ölkələrə hərbi PUA-lar ixrac edib.
Strategyvision.org

Teq: Çin   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar