Hindistan Ladaxda istifadə üçün İsraildən 4 ədəd “Heron MK II” PUA-ları alır - Çinin cavabı necə olacaq?
Hindistan PUA-ları Ladaxda Çin ordusunu müşahidə etmək üçün istifadə edəcək.
Hindistanın “The Times of India” nəşrinin məlumatına görə, PUA-ların alınması barədə müqavilə yanvar ayının ortalarında imzalanıb, lakin COVID-19 pandemiyasına görə tədarükündə gecikmələr yaşanıb.
PUA-ların ilin sonunadək Hindistana təhvil verilməsi gözlənilir. Təxminən 200 milyon dollar dəyərində olan müqavilənin əvvəlcə üç illik kirayə müqaviləsi olacağı gözlənilirdi, lakin Yeni Dehli Çinlə davam edən sərhəd münaqişəsi fonunda ölkənin ordusunu təkmilləşdirmək planlarının bir hissəsi olaraq platformaları satın almağa qərar verib.
Məlumata görə, Hindistan PUA-ları lazerlə idarə olunan bombalar, “hava-yer”, tank əleyhinə idarəolunan raketlərlə təchiz etməyi planlaşdırır.
Hindistan Hərbi Hava Qüvvələri artıq müşahidə və kəşfiyyat toplama üçün 108 ədəd IAI tərəfindən hazırlanan “Searcher” və 68 silahsız “Heron 1”, yüksək partlayıcı döyüş başlığı daşıyan IAI istehsalı “Harpy” PUA-larına sahibdir.
IAI tərəfindən ən müasir texnologiyalardan istifadə edilərək hazırlanan “Heron MK II” müxtəlif yüklər daşıya bilən strateji və çoxyönlü PUA-dır. “Rotax 915 iS” mühərriki ilə təchiz olunmuş PUA 10.000 metrdən çox yüksəkliyə, maksimum 140 düyn sürətinə çata və 45 saat havada qala bilir.
“Heron MK II” İsrail Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən və dünyanın 20-dən ölkəsinə, eləcə də Azərbaycana satılan “Heron” PUA-larının yenilənmiş modelidir. Daha böyük və təkmilləşdirilmiş sensorlar ilə “Heron MK II”nin gözəçarpan xüsusiyyəti düşmən atəşindən on kilometrlərlə uzaqdan və sərhədləri keçmədən kəşfiyyat toplamaq qabiliyyətidir. PUA-nın maksimum uçuş çəkisi 1350 kq, daşıdığı faydalı yükü 470 kq-dır.
Təkmilləşdirilmiş istehsal texnologiyaları sayəsində “Heron MK II” sualtı hədəfləri müəyyən etmək üçün “Sonobuoy” sualtı əleyhinə izləmə sistemləri və maqnitometrini daşımaq üçün kifayət qədər güclü, daha geniş quruluşa malikdir. PUA kəşfiyyat məlumatlarının eyni vaxtda paylaşılmasına imkan verən genişzolaqlı rabitə sistemlərinə əlavə olaraq, təkmilləşdirilmiş mühərrik və avionikaya malikdir.
IAI şirkəti İsrail PUA-larının aparıcı ixracatçısı hesab olunur və dünyanın 50-dən ölkəsinə PUA ixrac edib.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı