Rusiyadan yeni hərbi kəşfiyyat PUA-sı - “Merlin”

Rusiyadan yeni hərbi kəşfiyyat PUA-sı -  “Merlin”
1188     13:56     29 09 2021    
Rusiyanın Smolensk Müasir Telekommunikasiya Texnologiyaları Elmi Tədqiqat İnstitutu “Merlin-VR” adlı hərbi kəşfiyyat üçün nəzərdə tutulan Pilotsuz Uçuş Aparatı (PUA) inkişaf etdirib

Bu barədə “RİA Novosti” agentliyi Rusiyanın hərbi-sənaye kompleksindəki mənbəyə istinadən məlumat yayıb.

5 kilometr yüksəklikdə işləyə bilən yeni PUA on saat ərzində avtomatik və yarımavtomatik rejimlərdə hava monitorinqi apara bilər. “Merlin”in maksimum faydalı yük daşıma qabiliyyəti 6,5 kiloqrama qədərdir.

Cihaz həm görünən, həm də infraqırmızı diapazonda işləyən optik yerüstü stansiyaların fərqli versiyalarını daşımaq qabiliyyətinə malikdir. Hibrid mühərrikin istifadəsi və yüksək uçuş hündürlüyü sayəsində PUA-ları aşkar etmək çətindir.

Məlumata görə, cihaz hərbi idarənin nümayəndələrinə göstərilib, hazırda sınaq imkanları nəzərdən keçirilir.
Strategyvision.org

Teq: Rusiya   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar