Rusiyanın “Zala Aero” PUA-sı peyk naviqasiyası olmadan 12 saatlıq uçuş həyata keçirib

Rusiyanın “Zala Aero” PUA-sı peyk naviqasiyası olmadan 12 saatlıq uçuş həyata keçirib
709     10:09     14 09 2021    
Rusiyanın “Zala Aero” şirkəti tərəfindən hazırlanan hibrid PUA peyk naviqasiyası olmadan 12 saatlıq uçuş həyata keçirib.

PUA uçuş zamanı yalnız gövdədə quraşdıılan vizual naviqasiya sistemindən (VNS) istifadə edib.

VNS peyk naviqasiyasından müstəqil hərəkət etmə imkanı təmin edir. Sistem PUA-nın uçmasına və missiya tapşırıqlarını yerinə yetirməsinə, habelə radioelektron hücuma qarşı çox səviyyəli qorunma təmin etməsinə şərait yaradır.

Şirkət bildiririr ki, sistem ətalətli naviqasiya sistemindən daha dəqiqdir.

Hibrid PUA 12 saatlıq sınaq uçuşu zamanı 1130 km-dən çox məsafə qət edib.

Taktiki-Texniki Xüsusiyyətləri:

Rabitə diapazonu: 100+ km
Uçuş məsafəsi: 1200+ km
Uçuş müddəti: 12+ saat
Qanad açılımı: 4640 mm
Mühərrik növü: Hibrid
Maksimum uçuş hündürlüyü: 3600 m
Sürəti: 80-140 km/saat
Strategyvision.org

Teq: Rusiya   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar