Qarabağdan çıxarılan dərslər: ABŞ Konqresi ordunun zirehli texnikalarının PUA-lardan qorunmadığını düşünür

 Qarabağdan çıxarılan dərslər:  ABŞ Konqresi ordunun zirehli texnikalarının PUA-lardan qorunmadığını düşünür
1334     13:30     06 09 2021    
ABŞ Konqresi ölkənin silahlı qüvvələri tərəfindən istifadə edilən tank və digər zirehli texnikalarının Pilotsuz Uçuş Aparatlarından (PUA) qorunmadığını düşünür.

Bununla bağlı konqresmenlər Pentaqona sorğu göndərib.

Sorğuda amerikalı konqresmenlər Pentaqondan zirehli maşınların PUA-lardan necə qorunacağını soruşub. Pentaqona göndərilən sənəddə PUA-lardan qorunmağa yönəlmiş mövcud və ya planlaşdırılan inkişaflar və gələcək maliyyə ili üçün büdcəyə əlavə edilməsi lazım olan vəsaitlər haqqında məlumat tələb olunur.

Sənəddə birbaşa bildirilir ki, Amerika tanklarının və digər zirehli maşınların bu gün PUA-lardan xüsusi mühafizəsi yoxdur və bir neçə il əvvəl hazırlanmış PUA larla mübarizə üsulları artıq köhnəlib. Söhbət artıq PUA-ların öhdəsindən gələ bilməyən kiçik çaplı avtomatik toplardan gedir.

Konqresmenlər, həmçinin ABŞ-da radioelektron mübarizə vasitələrinin PUA-larla müharibəyə uyğun olmadığına inanır. Buna əsaslanaraq, konqresmenlər hərbçilərdən yeni müdafiə üsulları ilə bağlı suallar soruşur.

Sənəddə PUA-lardan qorunmaq üçün tankların aktiv qoruma sistemlərindən istifadə cəhdlərinin uğursuz olduğu qeyd olunur. Sınaqlar bu metodun təsirsiz olduğunu və “dost qoşunlar” üçün təhlükə olduğunu göstərir.

Qeyd edək ki, Qarabağ müharibəsinin ikinci mərhələsindən sonra tank və zirehli texnikaların PUA-lardan qorunması məsələsi gündəmə gəlib. Azərbaycan ordusunun PUA-larla Ermənistana məxsus yüzlərlə tank məhv etməsi dünya ölkələrini tankların gələcəyi ilə bağlı yenidən düşünməyə məcbur edib.
Strategyvision.org

Teq: ABŞ   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar