Fransadan “Reaper” PUA-ları ilk zərbə

Fransadan “Reaper” PUA-ları ilk zərbə
1390     11:11     25 08 2021    
Fransa Silahlı Qüvvələrinə məxsus “Reaper” zərbə PUA-sı ilk dəfə aviazərbə endirib.

Aviazərbə Afrikanın şimalında silahlıların mövqelərinə endirib.

Fransa Müdafiə Nazirliyi bildirib ki, ölkənin Aerokosmik Qüvvələri bu gün daha yaxşı video və radara malik, təkmilləşdirilmiş rabitə sistemləri olan, daha çoxməqsədli silahlar daşıyan PUA-lara malikdir.

Hal-hazırda Fransada 7 ədəd “Reaper” PUA-sı var. Onlardan biri “Blok 1”, qalanı “Blok5” konfiqurasiyasıdır. 12 ədəd PUA isə hazırda satınalma mərhələsindədir. Yeni alınan PUA-lar GBU-12 “Paveway” dəqiq idarə olunan bombaları və AGM-114 “Hellfire” raketləri ilə silahlanacaq və ən müasir radioelektron kəşfiyyat sistemləri ilə təchiz ediləcək.

Orta əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik PUA sinfinə (MALE) məxsus “Reaper” kəşfiyyat, müşahidə nəzarət, hədəf aşkarlama, zərbə missiyaları üçün nəzərdə tutulub.

ABŞ və Britaniya ordusu üçün nəzərdə tutulan PUA-lar 7500 metr yüksəklikdə silahlar daşımadan 24 saat havada qala bilir.

PUA-ların Taktiki-Texniki Xüsusiyyətləri:

• Ekipaj: yoxdur (PUA daxilində), 2 (yerüstü idarəetmə mərkəzində)
• Uzunluq: 11 m
• Hündürlük: 3.81 m
• Qanad açılımı: 20 m
• Boş kütləsi: 2,223 kq
• Maksimum yükgötürmə qabiliyyəti: 4,760 kq
• Yanacaq həcmi: 1,800 kq
• Mühərrik: 1 ədəd “Honeywell” TPE331-10 turbopərvanə, 900 hp (671 Watt (kW)) Elektron-rəqəmsal mühərrik idarəetmə sistemi (EMİS) ilə bərabər
• Maksimum sürət: 482 km/saat
• Kreyser sürəti:313 km/saat
• Mənzil: 1,852 km
• Havada qalma müddəti: 14 saat (tam yüklü vəziyətdə)
• Əməliyyat hündürlüyü: 7,500
Strategyvision.org

Teq: Fransa   Reaper  


Oxşar məqalələr
Son əlavə olunanlar