IDEF 2021: Türkiyənin daha bir şirkəti şaquli qalxa və enə bilən PUA təqdim edib

 IDEF 2021:  Türkiyənin daha bir şirkəti şaquli qalxa və enə bilən PUA təqdim edib
1279     16:35     20 08 2021    
Türkiyənin “Lapis Havacılık” şirkəti İstanbulda keçirilən IDEF-2021 müdafiə sərgisində VTL-02 “Ulak” adlı multikopter və sabit qanadlı PUA-ların xüsusiyyətlərini daşıyan hibrid hava platformasını təqdim edib.

PUA avtonom missiyaları yerinə yetirmək üçün hazırlanmış tamamilə bənzərsiz bir aparat və proqram təminatına malikdir.

VTL-02 müşahidə, müdafiə və təhlükəsizlik tətbiqlərində, havadan xəritələşdirmədə, yol təhlükəsizliyində, sərhəd təhlükəsizliyində, neft və təbii qaz boru kəmərlərinin təhlükəsizliyində və kənd təsərrüfatı tətbiqlərində geniş istifadə olunur.

5 saat havada qalmağı bacaran PUA çətin şərtlər altında vəzifələri yerinə yetirmək üçün hazırlanıb və inteqrasiya edilmiş faydalı yükü ilə gecə-gündüz işləyə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri:

Maksimum uçuş çəkisi: 33 kq
Uçuş müddəti: > 5 saat
Maksimum məsafə: > 10km
Maksimum əməliyyat hündürlüyü: 13.000 fut
Real vaxt rejimimdə şifrəli video və məlumat ötürmə qabiliyyəti
Strategyvision.org

Teq: Türkiyə   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar