ABŞ PUA əleyhinə sistemi ərazi vasitələrinə quraşdırıb

ABŞ PUA əleyhinə sistemi ərazi vasitələrinə quraşdırıb
736     16:52     05 08 2021    
ABŞ Dəniz Piyadaları Qüvvələri “Polaris” ərazi vasitələrinə quraşdırılmış L-MADIS adlı radioelektron mübarizə vasitəsini nümayiş etdirib.

4x4 təkər formuluna malik maşına quraşdırlıan sistem PUA-lara qarşı nəzərdə tutulan radioelektron mübarizə vasitəsidir. Sitem 360 dərəcəlik radar, radiomaneə vasitələri, elektro-optik/infraqırmızı sensorlara malikdir.

L-MADIS 2019-cu ilin iyul ayında “USS Boxer” amfibiya hücum gəmisinin yaxınlığında uçan İran PUA-sını vuran sistemdir.

Ərazi vasitəsi Amerikanın “Polaris Defence” şirkəti tərəfindən hazırlanan və istehsal edilən çox yüngül avtomobildir.
Strategyvision.org

Teq: ABŞ   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar