Rumıniyada hərbi PUA-lar istehsal ediləcək

Rumıniyada hərbi PUA-lar istehsal ediləcək
494     15:44     26 07 2021    
İsrailin “Elbit Systems” və Fransanın “Thales” şirkətinin Britaniyada PUA istehsal etmək üçün yaratdığı “U-TacS” kampaniyası ilə Rumıniyanın “Aerostar” şirkəti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən Rumıniyada tərəflər “Watchkeeper X” PUA-ları istehsal edəcək. İstehsal prosesi üçün ölkənin Lester şəhərində xüsusi fabrik yaradılır.

2015-ci ildə “Thales” tərəfindən təqdim olunan “Watchkeeper X” kameralar, radar və radioelektron müşahidə cihazları kimi müxtəlif avadanlıqlara malikdir. PUA-lar gündüz/gecə naviqasiya kamerası, elektro-optik və infraqırmızı avadanlıq kimi optik sensorlar, yerüstü və dənizdə müşahidə radarları, rabitə kəşfiyyat sistemləri (COMMINT) və kriptoqrafik elektron dəstək tədbirləri ilə təchiz oluna bilər.

İraq və Əfqanıstanda istifadə edilən “Watchkeeper X” taktiki PUA-dır. 5000 metr hündürlükdə uça bilən PUA-lar iki saat havada qala bilir və saatda 85 kilometr sürətə malikdir.
Strategyvision.org

Teq: Rumıniya   İsrail  


Oxşar məqalələr
Son əlavə olunanlar