Fransa da uzun mənzilli müşahidə PUA-ları bazarına girməyə çalışır

Fransa da uzun mənzilli müşahidə PUA-ları bazarına girməyə çalışır
423     12:16     10 07 2021    
Fransanın “Thales” şirkətinin “UAS 100” adlı uzun mənzilli pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib.

Fransa ordusunun dəstəyi ilə hazırlanan “UAS100” kəşfiyyat, müşahidə və nəzarət missiyaları üçün nəzərdə tutulub.

PUA-ların təkmilləşdirilməsi davam edir. Şirkət hava platformalarının avtonom versiyalarını hazırlamağı planlaşdırır.

“Thales” 21 oktyabrda Fransanın Bordo şəhərində keçiriləcək PUA sərgisində tam avtonom PUA-nı nümayiş etdirəcəyini bildirib. PUA-nın son versiyasının 200 km-lik uçuş məsafəsinə malik olacağı gözlənilir.

PUA-ların qanadlarının uzunluğu 5.4 m olacaq və 10 kq yük daşıya biləcək.  
Strategyvision.org

Teq: Thales   UAS100   PUA  


Oxşar məqalələr
Son əlavə olunanlar