Axtar
-
Rusiya üçün “Morgentau Planı”: Qərb Sovetlər dağılanda hansı səhvlərə yol verdi? (I YAZI)Fevralın 24-də Moskvanın Ukraynaya qarşı başladığı müharibə Rusiyanın militarizminin və müstəmləkə ekspansiyasına meylinin aradan qalxmadığını əyani şəkildə nümayiş etdirdi. Bu da öz növbəsində iqtisadi artımın və böyük beynəlxalq təşkilatlara daxil olmanın Rusiyaya sabitlik və normallaşma gətirəcəyi fikrini dəstəkləyən arqumentlərin böyük ölçüdə iflasa uğradığını göstərir.
-
Rusiyanın Ukraynaya müdaxiləsi Şimali Qafqazda regional siyasəti dəyişdirirMoskvanın Ukraynaya genişmiqyaslı yenidən hücumu Rusiya regionlarının siyasətini dəyişdirir, geniş regionda, eləcə də Federasiya daxilində sarsıntılar yaratmağa davam edir. Regionlar Klubu analitik saytının eksperti Aleksey Nikişin yazır ki, Moskvanın müxtəlif federal qurumları birləşdirmək və ölkə boyu bir neçə iri regional metropoliten ərazilər yaratmaqla bağlı əvvəlki planları dayandırılmalı idi. Müharibə zamanı və Qərbin misli görünməmiş sanksiya təzyiqləri fonunda Rusiya hökuməti ərazi idarəetmə sistemini sınaqdan keçirməkdənsə, daha təcili tapşırıqların öhdəsindən gəlməyə məcbur olub. Bundan əlavə, məcburi regional birləşmələr bu cür yeniliklərin gətirilməsini nəzərdə tutan hər hansı müsbət iqtisadi effektləri inkar edən münaqişələr yarada bilər.
-
Üçüncü Reyxin yolu ilə…| Rusiya ordusu Buçada niyə qətliam törətdi?Buçada peyk fotoları, Ukraynaya daxil olan qoşunlar və Avropada yerləşən müstəqil Rusiya mediası tərəfindən əldə edilən videolarla sənədləşdirilmiş qətllərin ortaya çıxması günahkarların müəyyən edilməsi və cəzalandırılması üçün beynəlxalq etiraza səbəb oldu. Rus hərbiçiləri tərəfindən törədilmiş hərbi cinayətlərə qeyri-qanuni həbslər, edamlar, qadın və uşaqların işgəncə və zorlanma halları daxildir. Bu mənəvi və hüquqi diqqət geniş müzakirələrin aparılmasına təkan verdi. Lakin bu diqqətlə xronikalaşdırılmış müharibə cinayətləri nümunələri özlüyündə Rusiya ordusunun niyə belə vəhşiliyə əl atmasının taktiki, əməliyyat və ya strateji əsaslarına aydınlıq gətirmir.
-
Şimali Qafqaz Rusiyanın Ukraynakı müharibəsindən yalnız ağrı hiss edirFevralın 24-də Rusiyanın Ukraynanı kütləvi şəkildə yenidən işğal etməsindən sonra Şimali Qafqaz respublikalarının bir neçə qubernatoru döyüşkən bəyanatlarla çıxış ediblər. Çeçenistan hökmdarı Ramzan Kadırov bildirib ki, onun 12 min döyüşçüsü Ukraynada yerləşdirilməyə və prezident Vladimir Putinin göstərişlərini yerinə yetirməyə hazırdır. Şimali Osetiya qubernatoru Sergey Menyailo Qərbə “rus ayısını oyatma” deyə xəbərdarlıq edib. Dağıstanın qubernatoru Sergey Melikov bəyan edib ki, Rusiya “ümumi evimizi qorumaq üçün” bütün lazımi silah və canlı qüvvəyə malikdir.
-
Bu gün Ukraynada Stalinin vəsiyyətlərini kim və necə həyata keçirir?Stalinizm dövrünün praktikasına geri dönərək, Ukraynadakı Rusiya qüvvələri öz dəstələrinin bəzilərindən “maneə qoşunları” kimi istifadə edir, bu termin İkinci Dünya müharibəsində geri çəkilməyə qarşı qüvvələr üçün istifadə edilib. Cəbhə xəttində tərəddüd edənlərin qarşısını almaq və ya Rusiya hərbçiləri arasında itaətsizliyi cəzalandırmaq üçün bu cür bölmələrin yerləşdirilməsi Kiyev, Sumı, Nikolayev və Zaporojye vilayətlərində qeydə alınıb. Zaporojye Hərbi Administrasiyasının sözçüsü polkovnik İvan Arefyev bu tipli ən son insidenti belə təsvir edib: “Ukrayna kəşfiyyatının məlumatına görə, rus qoşunları Zaporojye vilayətinin Polohı rayonunda qiyam etməyə başlayıb: rus əsgərləri vəd edilən ödənişləri almadıqları üçün döyüşməkdən imtina ediblər. Lakin “kadırovçu”lar silahlarını yerə qoyub evə getməyə hazır olan iğtişaşın təhrikçilərindən üçünü vəhşicəsinə öldürüb”.
-
Rusiyanın taktiki nüvə silahından istifadə etməsi blef, yoxsa realdır?Martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna sülh danışıqlarının raundu başa çatdıqdan sonra Rusiya nümayəndə heyətinin ritorikasında ehtiyatlı nikbinlik yaranıb. Lakin bunun ardınca Rusiya mediasında ümumiyyətlə danışıqların getməsi barədə kəskin mənfi tənqidlər səslənib. Bu kəskin ictimai qınaq, Kiyevətrafı Buçada Rusiyanın hərbi cinayətlərinin ifşası ilə birlikdə hazırda münaqişənin sülh yolu ilə həllinin mümkün olub-olmadığına dair yeni şübhələr yaradıb. Bunu nəzərə alaraq, bəzi ukraynalı ekspertlər Rusiyanın Ukraynaya nüvə zərbəsi endirmək riskinin artmasından ehtiyat edirlər.
-
“Qırmızı saqqallı sərt oğlan” klişesi bu gün də keçərlidir?| Ukrayna müharibəsində çeçenlərFevralın sonlarında Moskva qonşu Ukraynaya kütləvi hücuma başladığı bir vaxtda Rusiyada, Ukraynada və hətta xaricdə çoxlu təbliğatçılar, jurnalistlər və rəsmilər köhnə, tanış mövzudan danışmağa başladılar: qorxmaz və amansız qüvvə olan çeçenlər.
-
Kadırovun Ukrayna Maskirovkasına “Bayraktar”dan mükəmməl cavab“Telegram” kanalında triumfalist yazılara əsaslansaq, Rusiyanın Ukraynaya müdaxiləsinin ilk həftəsonunun Çeçenistan rəhbəri Ramzan Kadırovun “qələbəsi” ilə başa çatdığını görərik. Fevralın 25-də, kütləvi döyüşlərin başlanmasının ertəsi günü o, Qroznıda Çeçenistan liderinə de-fakto sadiq olan yüksək təlim keçmiş təhlükəsizlik qüvvələrinin gücünü nümayiş etdirmək məqsədi daşıyan mitinqə liderlik edib. İddialara görə, respublikadan olan 10 000-dən çox adam Ukraynaya göndərilmək üçün “könüllü” olub. Kadırov, hətta Ukrayna prezidenti Volodimir Zelenskini Rusiya prezidenti Vladimir Putinin istəklərinə boyun əyməsə, əlavə 70 min hərbçi göndərəcəyi ilə hədələyib. Çeçenistanın baş müftisi Salah Mejiyev əməliyyatı “cihad” elan edib.
-
Hibrid əməliyyat qüvvəsi hazırdır| Çeçen “Rosqvardiya” qoşunları Ukrayna yolundaRusiyanın Ukrayna ilə sərhəddə öz qüvvələrini toplamaqda davam etdiyi bir vaxtda, çeçen daxili qoşunlarının bu yaxınlarda şimal-qərbə, Şimali Qafqazdan keçərək potensial müharibə zonasına doğru irəlilədiyi müşahidə edilib. Ötən ayın sonunda “JaziraNews”un “Twitter” hesabında Çeçenistandakı naməlum mənbələrə istinadən xəbər verilirdi ki, “[Prezident Vladimir] Putinin ən döyüşə hazır qoşunları olan Kadırovtsı Ukrayna sərhədi istiqamətində irəliləyir.Kreml əlində olan hər şeyi irəli çəkir. Bu həftə Rusiyanın Ukraynaya növbəti müdaxiləsi ehtimalı ən yüksək həddədir”.
Kadırov (9)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı