Axtar
-
Amerika niyə zəif və dinc Avropaya üstünlük verir?Birləşmiş Ştatların çox böyük ordusu var - onun büdcəsi Çininkindən təxminən dörd dəfə çoxdur (buna baxmyaraq Çinin əhalisi 4 dəfə çoxdur və təxminən iki dəfə çox aktiv personal saxlayır). ABŞ-ın hərbi büdcəsi bütün Avropanın Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olan ölkələrin ümumi büdcəsindən təxminən 2.5 dəfə çoxdur. Vaşinqtonun müdafiə büdcəsi Çin, Səudiyyə Ərəbistanı, Rusiya, Böyük Britaniya, Hindistan, Fransa və Yaponiyanın birləşmiş müdafiə büdcəsindən çoxdur. Bundan əlavə, bu nəhəng ordunun bir çox hərbçi qulluqçusu ölkədən kənarda xidmət edir.
-
Bolqarıstanda Silah, Neft, Qaz və Siyasət – ANALİZRusiya prezidenti Vladimir Putin aprelin 27-də Polşa və Bolqarıstana təbii qaz tədarükünü dayandırarkən yenə səhv hesablama apardı. İndi Rusiya hər iki ölkənin qaz bazarlarını itirib, çünki onlar Rusiyanın enerji təchizatından həmişəlik ayrılmağa hazırlaşırlar. Qaz ixracının qəfil kəsilməsinə rəsmi səbəb kimi Polşa və Bolqarıstanın Rusiya qazının pulunu rublla ödəməkdən imtina etməsi göstərilib. Lakin Kremlin qaz ödənişləri ilə bağlı qərarı, xüsusilə Putinin ABŞ və onun müttəfiqlərinin “qeyri-dost hərəkətlərinə” cavab olaraq iqtisadi tədbirlər haqqında 1 mart tarixli fərmanına əsaslanır. Aydındır ki, Polşa Ukraynaya göstərdiyi kritik hərbi yardıma görə cəzalandırılıb, Bolqarıstana isə silah göndərməkdən çəkinməsi ilə bağlı xəbərdarlıq edilib.
-
Rusiyanın Ukraynaya müdaxiləsi Şimali Qafqazda regional siyasəti dəyişdirirMoskvanın Ukraynaya genişmiqyaslı yenidən hücumu Rusiya regionlarının siyasətini dəyişdirir, geniş regionda, eləcə də Federasiya daxilində sarsıntılar yaratmağa davam edir. Regionlar Klubu analitik saytının eksperti Aleksey Nikişin yazır ki, Moskvanın müxtəlif federal qurumları birləşdirmək və ölkə boyu bir neçə iri regional metropoliten ərazilər yaratmaqla bağlı əvvəlki planları dayandırılmalı idi. Müharibə zamanı və Qərbin misli görünməmiş sanksiya təzyiqləri fonunda Rusiya hökuməti ərazi idarəetmə sistemini sınaqdan keçirməkdənsə, daha təcili tapşırıqların öhdəsindən gəlməyə məcbur olub. Bundan əlavə, məcburi regional birləşmələr bu cür yeniliklərin gətirilməsini nəzərdə tutan hər hansı müsbət iqtisadi effektləri inkar edən münaqişələr yarada bilər.
-
Avropada sülh heç vaxt bu qədər kövrək olmamışdı – STRATEJİ BAXIŞ8 may 2022-ci ildə Avropa İttifaqı (Aİ) üzvləri və ABŞ Müttəfiqlərin Avropada nasizm üzərində qələbəsini qeyd etməklə yanaşı, “Amerikanın yaratdığı Avropada” 77 illik fasiləsiz sülhü alqışladılar. “Amerikanın yaratdığı Avropa” NATO vasitəsilə ABŞ-ın hərbi qüdrəti ilə qorunan, Avropa İttifaqı kimi tanınan bir yerdə yenidən qruplaşan milli dövlətlər ansamblıdır. 1945-ci ildən bəri NATO-Aİ-nin birgə təhlükəsizlik və siyasi-iqtisadi çərçivəsindən kənarda baş vermiş çoxsaylı müharibələrə baxmayaraq, Avropanın dünya müharibəsindən əvvəlki tarixini nəzərə alsaq, Avropada görünməmiş uzunmüddətli sülh dövrü möcüzədən başqa bir şey deyil.
-
Kreml tək müharibə aparmaq fikrində deyil| O, Balkan ölkələrinin siyasətlərinə necə təsir göstərir?Moskvanın digər ölkələrin siyasətini öz xeyrinə dəyişmək cəhdləri təkcə Ukraynadakı hərbi əməliyyatlarla məhdudlaşmır. Müharibə fonunda Kreml ABŞ və Avropa ilə qarşıdurmada qeyri-Qərb dövlətlərinin dəstəyini qazanmağa çalışır. Və eyni zamanda, o, hələ də kollektiv Qərbi parçalamağa və orada Rusiyanın maraqlarının agenti kimi çıxış edə biləcək ölkələri müəyyən etməyə ümid edir.
-
Rusiyada müharibə əleyhinə gizli mübarizə – Hər an “partlayış” baş verə bilərRusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya genişmiqyaslı işğala başladığı vaxtdan Rusiya Federasiyası daxilində hərbi bazalarda yanğınlar və qatar qəzaları artıb, ölkədə hərbi çağırış məntəqələri yandırılıb, əsgərlərin çağırışa qarşı müqaviməti artıb. Uniformalılar Ukraynaya göndərilmə əmrinə tabe olmaqdan imtina edirlər. Bütün ölkə ərazisində telefon bombası hədələri daha tez-tez baş verir və hakerlər Kremlin təbliğat saytlarında müharibə əleyhinə mesajlar yayıblar. Birlikdə götürdükdə, bu hadisələr “Exo Kavkaza” portalını belə nəticə çıxarmağa məcbur edib: “Rusiyada müharibə əleyhinə etiraz” güclü, yeni “yeraltı” format əldə edib və bir çox ruslar Putinin etdiklərinə qarşı çıxır, görünür, daha radikal addımlar atmağa hazırdırlar. Bu tendensiya hakimiyyətin yeni basqılarına səbəb olur.
-
Qaz tədarükü dayandırılır: Şərqi Avropada qısamüddətli sakitlik, uzunmüddətli narahatlıqlarAprelin 27-də Rusiyanın “Qazprom” şirkəti 2022-ci ilin sonuna qədər qüvvədə olması nəzərdə tutulan uzunmüddətli müqavilələr əsasında Polşa və Bolqarıstana təbii qaz tədarükünü tamamilə dayandırıb. “Qazprom” bu addımı hər iki ölkənin qaz pulunu rublla ödəməkdən imtina etməsi ilə izah edir. Bəzilərinin Moskvanın rublla qaz sxemini açıq şəkildə rədd etməsinə baxmayaraq, bu günə qədər heç bir Avropa ölkəsi Rusiyadan analoji təchizat problemi ilə üzləşməyib.
-
Şimali Qafqaz Rusiyanın Ukraynakı müharibəsindən yalnız ağrı hiss edirFevralın 24-də Rusiyanın Ukraynanı kütləvi şəkildə yenidən işğal etməsindən sonra Şimali Qafqaz respublikalarının bir neçə qubernatoru döyüşkən bəyanatlarla çıxış ediblər. Çeçenistan hökmdarı Ramzan Kadırov bildirib ki, onun 12 min döyüşçüsü Ukraynada yerləşdirilməyə və prezident Vladimir Putinin göstərişlərini yerinə yetirməyə hazırdır. Şimali Osetiya qubernatoru Sergey Menyailo Qərbə “rus ayısını oyatma” deyə xəbərdarlıq edib. Dağıstanın qubernatoru Sergey Melikov bəyan edib ki, Rusiya “ümumi evimizi qorumaq üçün” bütün lazımi silah və canlı qüvvəyə malikdir.
-
Putin Ukraynada nüvə silahından istifadə edəcək? – Zarafat vaxtı deyil1994-cü ildə Soyuq müharibənin memarı hesab edilən amerikalı diplomat Corc Kennan doxsan illik yubileyi münasibətilə Xarici Əlaqələr Şurasında çıxış edirdi. Onun bu çıxışı “New York Times” qəzetində yer alıb, O, əsas diqqəti karyerasının daimi məşğuliyyətinə - Rusiya ilə Amerika münasibətlərinə yönəldib. Kennan xatırladıb ki, o, əvvəlcə Truman administrasiyasının əsasən İkinci Dünya Müharibəsindən sonra həyata keçirdiyi Sovet İttifaqının çəkindirilməsi siyasətini müdafiə edib. Lakin Kennan onu da qeyd etdi ki, Qərb Stalinin Avropaya daha çox müdaxilə etməyə icazə verməyəcəyini açıq şəkildə bildirdikdən sonra nə Vaşinqtonun, nə də Qərb müttəfiqlərinin Moskva ilə müzakirələrə girməkdə heç bir real marağı olmadığını aşkar edəndə məyus oldu: “Onların Avropanın gələcəyi ilə bağlı Moskvadan istədikləri, əslində, “qeyd-şərtsiz təslim olmaq” idi. Onlar bunu gözləməyə hazırdılar. Bu isə qırx illik soyuq müharibənin başlanğıcı idi”.
Alka (20)
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə