Qaz tədarükü dayandırılır: Şərqi Avropada qısamüddətli sakitlik, uzunmüddətli narahatlıqlar
Rusiya qazının Polşa və Bolqarıstana nəqli aprelin 27-də səhər saatlarında, “Qazprom”un PGNiG və “Bulgargaz”a bu niyyəti barədə rəsmi bildirişini təqdim etməsindən bir gün keçməmiş dayandırıldı. Bununla belə, həm Varşava, həm də Sofiya hökumətləri indiyədək sakitdirlər. Hər halda, 2022-ci ildən sonra Rusiya qazını idxal etməyi planlaşdırmırdılar və onların əsas şaxələndirici infrastruktur layihələri hazırdır və ya tamamlanmaq üzrədir.
Polşa Rusiyanın “qaz şantajı”nın təsirini aradan qaldırmaq üçün olduqca yaxşı vəziyyətdədir. Ölkənin daxili qaz hasilatı ildə təqribən dörd milyard kubmetrə (milyard kubmetr) çatır və o, artıq anbarlardakı həcminin çoxunu doldurmuşdu —30 aprel tarixinə olan məlumata görə, 78 faiz həcmdə ehtiyat mövcuddur. Üstəlik, ölkə illərdir ki, qeyri-rus qazına çoxsaylı çıxış nöqtələrini inkişaf etdirir və genişləndirir. Məhz, Polşa “Świnoujściedəki” mayeləşdirilmiş təbii qaz (LNG) terminalından, eləcə də Litva (1 mayda açılmış) və Almaniya ilə birləşdirici konnektorlardan faydalanır. Bundan əlavə, yaxın aylarda Polşa da bir tərəfdən Slovakiyaya, digər tərəfdən Danimarka vasitəsilə Norveç kontinental şelfinə (Baltik boru layihəsi) yeni qaz kəmərlərini istifadəyə verəcək.
Bolqarıstanda vəziyyət bir qədər gərgindir: “Qazprom” son vaxtlar Bolqarıstanın qaz istehlakının 80-90 faizini təşkil edib və onun daxili anbar səviyyəsi son dərəcə aşağıdır. Bununla belə, Şərqi Balkan ölkəsinin də istifadə edə biləcəyi alternativ variantları var. Qeyd edək ki, Sofiya artıq rəsmi olaraq yardım təklif etmiş qonşu Yunanıstanla və ya Avropa İttifaqı ilə əlaqə saxlaya bilər. Hələlik Bolqarıstanın alternativ təchizatçılardan qaz idxal etmək imkanları kifayət qədər məhduddur, lakin iyunun sonunda Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) boru kəməri işə salındıqda vəziyyət kəskin şəkildə dəyişəcək. 3 milyard kubmetr olan IGB-nin gücü demək olar ki, ölkənin ümumi illik istehlakına bərabərdir. Bu zaman Bolqarıstan nəhayət ki, Azərbaycanla mövcud 1 milyard kubmetrlik tədarük müqaviləsindən, eləcə də Yunanıstan və Türkiyə LNG terminallarına daxil olan təchizatdan tam istifadə edə biləcək.
Bu arada “Qazprom” bəyan edib ki, Varşava və Sofiya Rusiya prezidenti Vladimir Putinin 31 mart tarixli fərmanı ilə qoyulan tələblərlə razılaşdıqdan sonra qaz ixracı bərpa oluna bilər, yəni Rusiya qazının haqqını avro ilə deyil, rublla ödəsə bu baş verə bilər.
Rusiya tərəfinin təklif etdiyi sxemdə Avropa şirkətlərinin “Qazprombank”da xüsusi hesablar açması nəzərdə tutulur ki, burada avro ilə ödənişlər (Rusiya bankı tərəfindən) rubla dəyişdirilə və yalnız bundan sonra “Qazprom”a köçürülə bilər. Effektiv şəkildə bu o deməkdir ki, öhdəliyin yerinə yetirilməsi yalnız ödənişin avrodan rubla çevrilməsindən sonra baş verəcək və buna görə də alıcının nəzarətindən kənar proseslərə məruz qalacaq. Sxemin Avropa İttifaqı tərəfindən rədd edilməsinə baxmayaraq, hələ ki, blokun 27 üzv ölkəsi arasında Rusiyanın yeni ödəniş prosedurlarına riayət edilməsinin Aİ-nin sanksiya siyasətinin pozulması kimi qəbul edilib-edilməyəcəyinə dair heç bir aydınlıq yoxdur.
Əsas problem hələ qarşıdadır, çünki Aİ ölkələri heç vaxt Putinin qaz pulunu rublla ödəmək təklifində vahid fikrə gələ bilməzlər. Ola bilsin ki, bir neçə Avropa şirkəti mayın ikinci yarısında Rusiya qazından məhrum olacaq. Bir neçə başqa şirkət isə “Qazprombank” hesabı açıb və valyutanın konvertasiyası prosesini qəbul edib. Məlumata görə, aprelin 27-nə olan məlumata görə, 10 Avropa şirkəti artıq bunu edib və onlardan dördünün hətta rublla ödənişlər etdiyi iddia edilir.
Bu, həqiqətən də baş verərsə, mənfi təsir ən azı ikiqat olacaq. Bir tərəfdən, qazdan məhrum olmuş ölkələr iqtisadi zərbə ilə üzləşəcək və alternativ spot təchizatı təmin etmək çətinləşəcək və daha bahalı olacaq (ehtiyat ötürmə qabiliyyətinə malik olmaq kifayət deyil, çünki həcmlər onsuz da bazardan alınmalıdır). Digər tərəfdən, bu, Avropa İttifaqı daxilində qarşılıqlı etimadı əhəmiyyətli dərəcədə sarsıdacaq və Qərb sanksiyalarının koordinasiya edilmiş şəkildə Kremlə göndərməli olduğu siqnalı xüsusilə zəiflədəcək. Rusiyanın “parçala və hökmranlıq et” taktikası qarşısında Avropa həmrəyliyi bir daha kritik hal alır.
Oxşar məqalələr
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Cənubi Afrikada Enerji Böhranı və Türkiyə Yardımı
-
Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?
-
Kremlin Ukraynadakı müharibəsinin iqtisadi aspekti: sanksiyalar, təsirlər, fəsadlar (III HİSSƏ)
-
Kremlin iqtisadi səfərbərliyi cəmiyyəti repressiyaya məruz qoyacaq? – ANALİZ
-
Bolqarıstanda Silah, Neft, Qaz və Siyasət – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı