Ukrayna Dron Müharibəsində| Rus PUA-ları Kiyevin antidron sistemləri qarşısında həssasdır
PUA-larla on ildən çox döyüş təcrübəsinə baxmayaraq, Rusiya qüvvələri bu sistemləri istifadə etməkdə uğursuz olub. “Bayraktar”la müqayisə olunan “Orion” PUA-ları heç bir uğur əldə edə bilməyib və Ukrayna onlardan ən azı birini vurmağı bacarıb. “Orlan-10” kimi kiçik müşahidə PUA-ları Rusiyanın potensial pusqulara qarşı hücumlarını idarə etməkdə uğurlu olsa da, Kiyevə hücumu təmin edə bilmədi.
Rusiya və Ukrayna PUA-larının uğurları arasındakı fərqi nə izah edir? Ukraynanın xaricdə dizayn edilmiş PUA-larında istifadə edilən radio və sensorların aşkar edilməsi Rusiyanın radioelektron mübarizə (REM) vasitələri üçün çox çətindir. Ancaq Rusiya PUA-ları NATO ölkələrinin tədarük etdiyi REM vasitələrinə qarşı daha həssasdır. Ukrayna qoşunları daha müasir texnologiyaya sahib olduqları üçün PUA müharibəsində qalib gəlirlər.
İnsansız Gələcək
Rusiya Ukraynaya hücuma onilliklər ərzində PUA-larla döyüşlərdə uğur qazanmasından sonra başladı. Rusiyanın Suriya və Ukraynadakı əməliyyatları zamanı Moskva qoşunları düşmənin radio emissiyalarını aşkar etmək və artilleriya zərbəsi üçün rəqibləri dinləmək və ya geolokasiya etmək üçün PUA-lardan istifadə taktikasını təkmilləşdirib. Ukraynanın şərqindəki separatçılar Rusiyanın dəstəyi ilə yerli mobil telefon şəbəkələrini ələ keçirmək üçün “Orlan-10” kimi kiçik PUA-lardan istifadə edərək Ukrayna hərbi rabitəsini pozdular və yerli əhali arasında təbliğat apardılar.
Rusiya ordusu yalnız bu yaxınlarda böyük zərbə və ya müşahidə PUA-larından istifadə etməyə başladı. Yeni S-70 “Okhotnik-B” stels qabiliyyətli PUA ABŞ-ın MQ-9 “Reaper” PUA-sına cavab olaraq yaradılıb, yüksək hündürlükdə uçması planlaşdırılan “Altius-RU” isə ABŞ-ın MQ-4 “Global Hawk” PUA-sına bənzəyir. Onların heç biri Ukraynada istifadə olunmayıb və çox güman ki, Ukrayna üzərindəki elektromaqnit spektrində onlarla əlaqə saxlamaqla bağlı narahatlıqlar var. Əvəzində rus qoşunları əsasən daha kiçik və daha tanış olan PUA-lardan istifadə edir.
Ukrayna qüvvələri 2014-cü ildən fərqli olaraq bu gün daha müasir silahlara, o cümlədən PUA-lara sahibdir. Qərbin dəstəyi ilə Ukrayna “Phoenix Ghost” və “Switchblade” kimi ən müasir kiçik “gəzən sursat”lar əldə edəcək. Sonuncu PUA ABŞ-ın xüsusi operatorları tərəfindən bir neçə ildir istifadə olunur.
Eyni zamanda Ukrayna ordusunun arsenalında NATO ölkələri tərəfindən tədrük edilən PUA əleyhinə sistemlər var. Son iyirmi il ərzində REM vasitələrini yenidən kapitallaşdırsa da, rus sistemləri əsasən təsirsiz olub və hədəflərdən xeyli baha başa gələn “yer-hava” raketləri ilə Ukrayna PUA-larını vurmağa məcbur olublar.
Silah yox, komanda yoldaşı
Ukrayna PUA-larının döyüşlərdə uğurunu şərtləndirən digər amil operatorların və onların idarə etdiyi PUA-ların adi işçi və silah deyil, bir komanda olduğunu qəbul etməsidir. Heç bir PUA tamamilə avtonom deyil, yəni bütün PUA-ların idarə olunmasında bu və ya digər formada insan iştirak edir.
Rusiya qoşunları PUA-lardan silah və pilotlu sistemlərin imkanlarının genişləndirilməsi kimi istifadə edirlər. Məsələn, “Orlan-10” PUA-ları “Leer” quru əsaslı REM sisteminin bir hissəsidir və sistemin antenası kimi çıxış edir. Nəticədə, Rusiyanın PUA əməliyyatları uzun məsafələrdə daimi, yüksək keyfiyyətli rabitəyə ehtiyac duyur və beləliklə, Ukraynanın antidron sistemlərinə qarşı həssasdır.
Öz növbəsində, Ukrayna qüvvələri qismən avtomatlaşdırılmış sistemləri qəbul edib. “Switchblade” kimi kamikadze PUA-ları əvvəlcədən planlaşdırılmış marşrutla uça bilər və müstəqil şəkildə potensial hədəfləri tapa bilər, lakin hücum üçün operatorla əlaqəyə ehtiyac duyur. “Switchblades”ə lazım olan rabitənin keyfiyyəti və miqyası zəifdir, buna görə REM vasitələri onları daha çətin aşkarlayır.
“Bayraktar TB2” kimi daha böyük PUA-lar operatorlarla əlaqə saxlamaq üçün peyk rabitəsindən istifadə edə bilər, lakin bu PUA-ların Rusiyanın REM vasitələri tərəfindən aşkarlanma ehtimalı daha yüksəkdir. Ancaq Ukrayna Türkiyə istehsalı sistemlərdən çox ehtiyatla istifadə edir. Bu PUA-lar Rusiya gəmilərinin HHM sistemlərini çaşdırmaq üçün istifadə edilə bilər və böyük ehtimalla, istifadə edilir.
Bir çox dövlətlər öz PUA strategiyasını hazırlamaq üçün Ukrayna təcrübəsindən istifadə edə bilər. ABŞ-ın PUA portfeli əsasən bir gün ərzində müdaxilə olmadan uça bilən MQ-4 “Global Hawk” kimi yüksək avtomatlaşdırılmış platformalardan və ya minlərlə kilometr məsafədən idarə olunan MQ-9 “Reaper”lərdən ibarətdir. Dənizdə ABŞ Hərbi Dəniz Qüvvələri PUA və insansız sualtı platformalardan istifadə edə bilər. Pilotsuz müharibənin gələcəyi tam avtonom və uzaqdan idarə olunan platformalar arasındadır. Ordular bu qarışıq ortanı nə qədər tez mənimsəsə, bu sürətlə inkişaf edən texnologiyadan bir o qədər tez istifadə edə bilər.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı