Ukrayna Model Libertar Ölkəyə Çevrilməyi Hədəfləyir
Məruzəçilər araında Ukrayna parlamentinin və Ukrayna prezidenti Zelenskinin hakim partiyasının üzvü Maryan Zablotski olub. Zablotski həm də 2015-ci ildə yaradılmış libertar düşüncə mərkəzi olan Ukrayna İqtisadi Azadlıq Fondunun üzvü olub. O bildirib ki, Ukraynada gəlir vergisi bu yaxınlarda 2 faizə endirilib və çoxsaylı qaydalar və tariflər ləğv edilib. “Biz hazırda dünyanın iqtisadi cəhətdən ən azad ölkəsiyik”, - deyə o qeyd edib.
Müharibə zamanı bir ölkə üçün vergiləri azaltmaq və tənzimləmələri ləğv etmək qeyri-adi haldır. Normalda, müharibə dövründə hökumətlər vergiləri kütləvi şəkildə artırır və əhatə dairəsini genişləndirir. 1942-ci ildə ABŞ hökuməti Qələbə Aktını qəbul etdi və bu, vergi dərəcəsinin 88 faizə yüksəlməsinə səbəb oldu, bu səviyyə müxtəlif əlavə vergilər nəticəsində 1944-cü ildə 94 faizə yüksəldi. Britaniyada 1940-cı illərdə ən yüksək vergi dərəcəsi 98 faizə qədər yüksəldi, Almaniyada isə 1941-ci ildə 64,99 faizə yüksəldi. “İqtisadi cəhətdən daha azad olduğumuz zaman daha güclü olduğumuza inanırıq”, - deyə Zablotski bildirib. Onun açıqladığı ən mühüm məqsəd, müvəqqəti tədbirlər kimi qəbul edilmiş iqtisadi islahatların müharibədən sonra da öz yerində qalmasını təmin etməkdir.
“Müharibədən sonra” ifadəsi forumda dəfələrlə səslənən bir ifadədir. Ukraynada heç kim müharibənin necə bitəcəyini müzakirə etməyib, əksinə, yalnız qələbədən sonra yaranacaq imkanlara diqqət yetiriblər. Kiyevdəki Bendukidze Azad Bazar Mərkəzinin nümayəndəsi Nataliya Melnik deyib ki, “Ukraynanı yenidən qurmaq” cəhdi düzgün deyil.
“Biz müharibədən əvvəlki vəziyyətə qayıtmağı hədəfləyə bilmərik, yeni bir şey yaratmalıyıq”, - deyə Melnik bildirib. O, “imkanlar pəncərəsi”ndən danışır və Ukraynanı .Avropa regionunun 45 ölkəsi arasında iqtisadi cəhətdən ən qeyri-azad ölkə kimi sıralayan “Heritage” Fondunun “İqtisadi Azadlıq İndeksi”nin nəticələrinə istinad edir. Qlobal reytinqdə Ukrayna Hindistan və Nikaraqua kimi ölkələri geridə qoyaraq 127-ci yerdədir. “Heritage” Ukraynanın mülkiyyət hüquqları, qanunun aliliyi və əmək bazarı tənzimləmələrini ən böyük çatışmazlıqlar kimi müəyyən edir.
2014-2019-cu illərdə Kanadanın Kiyevdəki səfiri və hazırda Ukrayna üzrə Biznes Omdudsmanı olan Roman Vaşuk daha incə bir fikir söyləyir:” Ukrayna “Heritage” Fondunun İndeksi və digər statistik məlumatlara görə iqtisadi cəhətdən azad deyil. Belə reytinqlər yalnız Ukraynanın nəhəng kölgə iqtisadiyyatını ələ keçirə bilməyən rəsmi statistikanı qiymətləndirir”.
Onun sözlərinə görə, Qərbdə bir çox insan Ukrayna ordusunun onların güman etdiklərindən qat-qat yaxşı vəziyyətdə olması faktına təəccüblənib. Və eyni şey ölkə iqtisadiyyatına da aiddir.
Nataliya Melnikin sözlərinə görə, ən azı 250.000 texnoloji mütəxəssisdən ibarət İT sektorunda şirkətlər vergi boşluqlarından geniş istifadə edirlər. Ukraynada ən yüksək vergi dərəcəsi əvvəllər 20 faiz idi, lakin “fərdi sahibkarlara” cəmi 5 faiz ödəməyə icazə verən tənzimləmə var. Əslində, Ukrayna üzrə Biznes Omdudsmanı olan Roman Vaşuk deyir ki, bu vergi əvvəlcə kiçik miqyaslı fərdi treyderlər üçün nəzərdə tutulmuşdu, lakin o, İT mütəxəssisləri də daxil olmaqla, sahibkarlar tərəfindən də istifadə edilib.
Hamı razılaşır ki, təcili islahatlara ehtiyac var, xüsusən də Ukraynada qüvvədə olan qaydaların çoxu 1970-ci illərin sovet dövrünə aiddir. Atlas Şəbəkəsinin Beynəlxalq Proqramlar üzrə icraçı vitse-prezidenti Tom Palmer Almaniyanın müharibədən sonrakı iqtisadiyyat naziri, İkinci Dünya Müharibəsindən sonra bazar iqtisadiyyatını təqdim edən Lüdviq Erhardın Ukraynanın gələcəyi üçün bir model ola biləcəyini təklif etdi. Həmçinin tez-tez Ukrayna üçün Marşal Planı ilə bağlı çağırışlar edilir. Palmer hesab edir ki, Ukraynaya kömək edəcək Marşal Planı deyil, yalnız Erhardın tətbiq etdiyinə bənzər bazar iqtisadiyyatı islahatları kömək edə bilər.
Palmer, şübhəsiz ki, haqlıdır. Erhardın azad bazar siyasətinin müəyyən etdiyi iqtisadi kurs, Almaniya Federativ Respublikasının sonrakı “iqtisadi möcüzəsi”nə o zamankı Amerika dövlət katibi Corc C. Marşalın adını daşıyan “Marşal Planı”ndan daha çox töhfə verdi. Proqramın həcmi 13,1 milyard dollar idi. İngilislərin plan çərçivəsində almanlardan iki dəfə çox pul almasına baxmayaraq, Böyük Britaniya Almaniya qədər inkişaf etmədi. İngilislər sosialistlər tərəfindən idarə olunarkən, Erhard Almaniyada bazar iqtisadiyyatını tətbiq etdi – müharibə zamanı öz siyasətini artıq hazırlamışdı.
Ukraynadakı libertar düşüncə mərkəzləri digər Qərb ölkələrindəki analoji beyin mərkəzləri ilə müqayisədə ölkənin siyasətçiləri ilə daha sıx əlaqələrə malikdir. Azad Bazar Mərkəzinin həmtəsisçisi Aleksandr Danilyuk 2016-2018-ci illərdə Ukraynanın maliyyə naziri olub və parlamentin üzvü Zablotski hesab edir ki, Ukrayna parlamentarilərinin əksəriyyəti libertar prinsiplərə qoşulur. Bununla belə, Libertar Atlas Şəbəkəsi də Ukraynaya çox praktik şəkildə kömək edir. Atlas bu günə qədər Ukraynaya dəstək üçün 2,3 milyon dollar toplayıb. Şəbəkəyə daxil olan almanlar və amerikalılar təkcə pul vermir, həm də Ukraynaya dərmanlar, gecəgörmə avadanlığı, Pilotsuz Uçuş Aparatları və zirehli gödəkçələr verirlər. “The Spokesman – Review” jurnalında ərc olunan məqalələrin birinin başlığı belədir: “Ukraynada Libertarların qeyri-rəsmi şəbəkəsi müqavimət şəbəkəsinə çevrilir”.
Ukrayna üçün libertar proqram aydındır. “Biz “yeni Ukrayna” haqqında danışarkən hər şeydən əvvəl üç şeyi nəzərdə tuturuq: korrupsiya ilə mübarizə, qanunun aliliyi və iqtisadi azadlıq. Bəlkə bir az dramatik səslənir, amma azadlıq bizim dinimizdir”, - deyə Melnik bildirib
Oxşar məqalələr
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Cənubi Afrikada Enerji Böhranı və Türkiyə Yardımı
-
Qara dəniz qazı Türkiyəyə nə qazandıracaq?
-
Kremlin Ukraynadakı müharibəsinin iqtisadi aspekti: sanksiyalar, təsirlər, fəsadlar (III HİSSƏ)
-
Kremlin iqtisadi səfərbərliyi cəmiyyəti repressiyaya məruz qoyacaq? – ANALİZ
-
Bolqarıstanda Silah, Neft, Qaz və Siyasət – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı