Ukraynada PUA Müharibəsi və Türk məhsulu – QISA BAXIŞ

 Ukraynada PUA Müharibəsi və Türk məhsulu –  QISA BAXIŞ
1069     15:47     28 04 2022    
Türkiyə istehsalı olan və ən son Efiopiya münaqişəsinin gedişatını dəyişməyə kömək edən zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) Rusiya ordusunun Ukraynadakı çoxsaylı başağrısını daha da artırır.

ABŞ-ın yüksək texnologiyalı “Reaper” PUA-larının səkkizdə bir ağırlığında olan nisbətən kiçik “Bayraktar TB2” 4 kiçik lazerlə idarə olunan döyüş sursatı ilə 24 saat havada qala bilir. Əvvəllər bir çox münaqişə bölgəsində uğurla istifadə edilib və indi Ukraynadakı müharibə zamanı özünü göstərir.

Ukrayna Hərbi Hava Qüvvələri TB2 ilə Rusiya ordusunun Hava Hücumundan Müdafiə (HHM) və radioelektron müharibə vasitələrindəki boşluqları aşkar etməkdə və sürətlə texnikaları məhv etməkdə təsirli olub. Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynanın mobil HHM sistemlərini məhv etmək və hava üstünlüyü yaratmaqda acizliyi onun qırıcılarının orta və yüksək hündürlüklərdə TB2-ləri ovlaya bilməməsi anlamına gəlir.

TB2 Rusiyanın 6 zirehli maşını, 24 yük maşınını və 2 yanacaq təchizatı karvanını məhv edib. Bu kiçik rəqəmlər sakit və gözlənilməz bir silahla hücum təhlükəsi onsuz da ruhi vəziyyəti pis olan rus əsgərinə psixoloji zərbə vurur. Bu təhlükə həm də Rusiya qüvvələrinin taktikasına və hərəkət azadlığına təsir göstərəcək.

Daha çox vaxt keçdikcə Rusiya ordusu hava hücumundan müdafiə sistemini və onun elektron müharibə imkanlarını yaxşılaşdıraraq TB2-nin effektivliyini məhdudlaşdıra bilər. Müharibənin qalan hissəsinin necə keçməsindən asılı olmayaraq, TB2-nin Ukraynada yerləşdirilməsi Türkiyənin PUA proqramının miqyasına və təkmilliyinə daha çox işıq saldı. İllərdir Türkiyə PUA-larla döyüş sənətini mükəmməlləşdirir.

ABŞ həm sayları, həm imkanları, həm də xərcləmələri baxımından hərbi PUA sahəsində dünyanın aparıcı qüvvəsi olaraq qalır. ABŞ Əfqanıstan müharibəsi zamanı PUA-ların inkişafının başlanğıcını qoydu. Ancaq indi onları çox bahadır. TB2-ni təxminən 5 milyon dollara almaq olar, 32 milyon dollarlıq “Reaper” ilə müqayisədə ucuz qiyməti və döyüşlərdə sübut edilməsi onun populyarlaşmasına səbəb oldu. Türkiyə özünün zərbə PUA-ları imkanları baxımından əksər Qərb ölkələrini qabaqlayır, ordusunun 140-dan çox TB2 işlətdiyi bildirilir. Bunu cəmi 10 ABŞ istehsalı “Reaper”dən ibarət PUA parkına sahib olan Böyük Britaniya ilə müqayisə edin.

TB2-nin Ukrayna döyüş meydanında ortaya çıxması, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin müxtəlif münaqişələrin əks tərəflərində olmasına baxmayaraq, dialoqu davam etdirən Türkiyə və Rusiya arasındakı gərgin düşmənçilik münasibətlərini də vurğulayır. Bunlar əvvəlcə uzaq proksi müharibələri idi. Lakin indi TB2 birbaşa Rusiya ordusuna zərbələr endirir. TB2 Liviya və Suriya vətəndaş müharibələrində Rusiyanın dəstəklədiyi qüvvələrə zərbələr endirmək üçün istifadə edilib. Bunun ardınca Azərbaycan Qarabağ müharibəsində bu silahlarla Rusiyanın tərəfdaşı olan Ermənistanı məhv etdi.

Türkiyə keçmiş Sovet İttifaqının “dondurulmuş münaqişələri”ndən birinə sadəcə PUA ixrac etməklə yekun vurdu. Azərbaycandakı münaqişə Türkiyəni Rusiya ilə “yaxın xaricdə” rəqabətə cəlb etdi.

2019-cu ildə Ukrayna Türkiyədən ən azı 6 TB2 alıb. Həmin ilin oktyabrında PUA-lar ilk dəfə olaraq Ukrayna hərbçiləri tərəfindən istifadə edilib. Keçən il Ukrayna TB2-nin yerli istehsalı ilə bağlı Türkiyə ilə müqavilə bağladı. Ukrayna hökuməti əlavə olaraq 24 TB2 almaq istədiyini bildirdi.

Türkiyə daha mükəmməl olacağı güman edilən yeni “Akıncı” PUA-larını təqdim edib. Şirkət onun “dünyada öz sinfində ən güclü və döyüş qabiliyyətinə malik PUA” olacağını deyir. Bu, rus hərbi strateqlərini, eləcə də digər ölkələrin strateqlərini çox düşündürəcək. Türkiyənin sürü PUA texnologiyasının davamlı inkişafı və koordinasiyalı hücumlar üçün çoxlu sayda PUA-nı birləşdirmək taktikası da bu şəkildə olacaq.
Strategyvision.org

Teq: Türkiyə   Ukrayna   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar