Türkiyənin TB2 PUA-ları Ukraynanın gizli silahı kimi – QISA BAXIŞ

 Türkiyənin TB2 PUA-ları Ukraynanın gizli silahı kimi –  QISA BAXIŞ
1170     21:39     23 03 2022    
“Javelin” tank əleyhinə raketləri, “Stinger” zenit silahları və qabaqcıl hava hücumundan müdafiə vasitələri Ukraynanın Rusiya işğalını dayandırmaq səylərinə töhfə verir. Bununla belə, Ukraynada böyük təsir göstərən daha bir sistem var. Ukrayna qüvvələri Rusiya zirehli texnikası və tanklarını sıradan çıxarmaq və məhv etmək üçün Türkiyə istehsalı olan TB2 PUA-larından səmərəli istifadə edir.

“Bayraktar TB2” Ukrayna qüvvələri tərəfindən Rusiyanın zirehli texnikası və manevr birləşmələrinin üzərində havada qalmaq və hədəfə almaq üçün istifadə edilir. Yüksək rütbəli Pentaqon rəsmisi martın 14-də jurnalistlərə bildirib ki, onlar TB2-dən istifadə edərək çox təsirli nəticələr əldə ediblər: “Biz görrük ki, onların inventarlarında bu sistemlər var və onlardan çox məharətlə istifadə edirlər”.

Türkiyənin TB2 PUA-larının effektivliyini yüksək qiymətləndirən yüksək səviyyəli amerikalı hərbçi əlavə edib ki, ABŞ “müttəfiqləri və tərəfdaşları ilə ukraynalıların özlərini müdafiə etmək üçün ən çox ehtiyac duyduqları imkanları müzakirə edir”. O qeyd edib ki, TB2 PUA-sı bu imkanlardan biridir.

Aşağıdan uçan zərbə PUA-ları zirehli maşın karvanlarına qarşı hücum üsulu kimi olduqca təsirli ola bilər. Pentaqon və digər qurumlar çox açıq şəkildə bildiriblər ki, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri ölkənin böyük hissəsinin üzərindəki hava məkanını bağlayıb. Bununla belə, bu sistemlər TB2-lər də daxil olmaqla, daha aşağı hündürlükdə olan hava platformalarını izləmək və onların qarşısını almaq iqtidarında olmaya bilər.

Ukraynalı PUA operatorları bu platformaları gizlətmək üçün binalardan və ya fərqli ərazilərdən istifadə edə bilər ki, Rusiya qüvvələri onları hədəfə ala bilməsin. Manevr edən Rusiya qüvvələri bir nəfər tərəfindən istifadə edilən silahlara və ya qısa mənzilli hücumlar üçün kiçik silahlara və təyyarələri vurmaq üçün nəzərdə tutulmuş uzun mənzilli müdafiə sistemlərinə malikdir. Bununla belə, rusların TB2-ləri hədəf almaq üçün adekvat qısa mənzilli hava hücumundan müdafiə sistemi olmaya bilər. Rusiya zirehli maşınlarında quraşdırılmış topların əksəriyyəti PUA ilə mübarizə kimi hava hücumundan müdafiə missiyaları üçün hazırlanmayıb. Nəticədə, irəliləyən Rusiya qüvvələri qısa mənzilli hava hücumundan müdafiə sistemlərində müdafiə “boşluğu” ilə fəaliyyət göstərə bilər ki, bu da onları Ukraynanın Türkiyə PUA-larının hücumlarına qarşı həssas edir.
Strategyvision.org

Teq: Türkiyə   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar