Rusiya “Marker” robotlarını qısa mənzilli HHM sistemi kimi sınaqdan keçirib?

Rusiya “Marker” robotlarını qısa mənzilli HHM sistemi kimi sınaqdan keçirib?
1007     11:23     15 02 2022    
Rusiyanın “Marker” insansız quru platformaları Hava Hücumundan Müdafiə (HHM) sistemi kimi sınaqdan keçirilib.

“RİA Novosti” yazıb ki, platformanın kiçik PUA-lara qarşı sınaqları uğurlu hesab edilib.

“Marker”dən HHM sistemi kimi istifadə etmək üçün onun üzərində kiçik hava hədəflərini tanıya bilən radar və atıcı modul quraşdırılıb. Sınaqlar zamanı radar hədəfi aşkar edib, koordinatlarını modula ötürüb, bundan sonra hədəf standart atəşlə məhv edilib.

Agentlik iddia edib ki, “Marker” müasir neyron şəbəkələrdən istifadə etməklə sınaqdan keçirilə və hədəfləri daha da sürətlə vura bilər.

“Marker” robot platformasının sınaqlarına başlanılması 2019-cu ilin mart ayının əvvəlində bildirilmişdi. Platforma modul əsasda hazlırlanıb. “Marker” layihəsinin son məqsədi müstəqil şəkildə geniş spektrli tapşırıqları yerinə yetirməyə qadir olan tam avtonom kompleks yaratmaqdır.

“Marker” hazırda yalnız konsepsiyanın inkişaf mərhələsindən keçən ikinci nəsil döyüş robotları və ən qabaqcıl texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə edilən robotlaşdırılmış platformadır.

Təkərli platforma üç günə qədər avtonom işləməyə imkan verən hibrid hərəkət sistemi ilə təchiz edilib. O, insan köməyi olmadan bir neçə kilometr məsafəni qət edə bilir.

Rusiyanın Müasir Araşdırmalar Fondu və “Android Technology” Elmi-İstehsalat Birliyi tərəfindən birgə yaradılan “Marker” robot platformasının sınaqlarının başlanğıcı 2019-cu ilin mart ayının əvvəlində elan edilib. Platforma modul quruluşunda hazırlanıb. “Marker” layihəsinin son məqsədi geniş bir sıra vəzifələri müstəqil şəkildə yerinə yetirə bilən tam avtonom kompleks yaratmaqdır.

Sonuncu dəfə bir neçə ay öncə, Rusiyada “Marker” döyüş robotu sınaqdan keçirilib. Çelyabinsk bölgəsində həyata keçirilən sınaq zamanı robotlar 100 kilometr məsafə qət edib. Sınaqlara iki təkərli, bir tırtıllı robotlar cəlb edilib.

Robot 100 kilometrlik yolu 5 saat 41 dəqiqəyə qət edib. Robotlar tamamilə avtonom rejimdə işləyib.

Bundan əlavə, sınaqlar zamanı robotun şərti yaşayış məntəqəsinin sərhədlərini patrul etmək üçün də qabiliyyəti yoxlanılıb. Robot 2,5 kilometr uzunluğunda dairəvi marşrutla altı saat hərəkət edib. "Marker" sınaqlar zamanı, həmçinin bir neçə PUA-nı havaya buraxıb.
Strategyvision.org

Teq: Rusiya   Marker  


Oxşar məqalələr
Son əlavə olunanlar