Türkiyə “Anka” PUA-larının Qazaxıstana təhvil verildiyini açıqlayıb

Türkiyə “Anka” PUA-larının Qazaxıstana təhvil verildiyini açıqlayıb
467     09:08     01 02 2022    
Qazaxıstan tezliklə Türkiyənin “Anka” PUA-larını alacaq, Türkiyə bu ölkəyə zərbə PUA-larını tədarük etməyə hazırlaşır.

Bu barədə Türkiyənin “Türk Havacılık ve Uzay Sanayii” (TUSAŞ) şirkətinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə PUA-larının Qazaxıstana tədarükü ilə bağlı müqavilənin imzalanması barədə ötən il noyabrın sonunda məlumat verilmişdi. İmzalanmış müqavilə çərçivəsində 2023-cü ilə qədər Qazaxıstan Hərbi Hava Qüvvələrinə 3 PUA, 2 yerüstü idarəetmə stansiyası, həmçinin PUA operatorları üçün təlimlər, ehtiyat hissələri və sənədləri əhatə edən maddi-texniki dəstək veriləcək.

Müqaviləni şərh edən TUSAŞ bildirib ki, Qazaxıstan üçün PUA-lar artıq istehsal olunur və onlar yaxın vaxtlarda göndəriləcək. Lakin dəqiq çatdırılma vaxtı açıqlanmır.

“Anka” PUA-larının inkişafı 2004-cü ildə ABŞ-ın Türkiyəyə “Reaper” və “Predator” PUA-larını satmaqdan imtina etməsindən sonra başlayıb. İlkin olaraq TUSAŞ aparatın iki versiyasını hazırlayıb: “Anka A” (kəşfiyyat) və “Anka B” (zərbə). Daha sonradan bütün imkanlara malik olan “Anka-S” istehsal olundu.

Gündüz/gecə və pis hava şəraiti daxil olmaqla bütün coğrafi şərtlərdə işləmə qabiliyyətinə malik “Anka” real vaxt rejimində kəşfiyyat, müşahidə, sabit/hərəkətli hədəfin aşkarlanması, identifikasiyası, izlənilməsi və məhv edilməsi üçün nəzərdə tutulub.

30.000 fut yüksəklikdə 24 saat havada qala və 250 kiloqram faydalı yük daşıya bilir.

TUSAŞ şirkətinin “Yeni Nəsil Anka” adlandırdığı konfiqurasiya 30 saat havada qala və 350+ kiloqram faydalı yük daşıya bilir. Yeni nəsil “Anka” Türkiyə Hava Qüvvələri Komandanlığı və Jandarma Qüvvələri tərəfindən istifadə edilir.

Daha əvvəl müxtəlif səbəblərdən heç bir irəliləyiş əldə edə bilməyən ANKA ilə bağlı 2012-ci ildə yeni bir addım atıldı. Türkiyənin Müdafiə Sənayesi İdarəsi və Hava Qüvvələri Komandanlığı tərəfindən ANKA-nın əsas konfiqurasiyası olan ANKA-A-nın qəbul sınaqları başladı. Bu dövrdə, xüsusilə Müdafiə Sənayesi İdarəsi tərəfindən atılan addımlar və qəbul etdiyi yol xəritəsi bu gün əldə olunan nailiyyətlərdə böyük rol oynayıb.

25 oktyabr 2013 tarixində Müdafiə Sənayesi İdarəsi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək 10 ANKA-S PUA-sı üçün daha bir müqavilə imzalayıb. Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin pz resursları ilə Elazığda yerləşdirildi.

Türkiyə və Ukrayna birgə “Anka” PUA-ları istehsal edəcək
Bizi "Telegram"da izləyin
Türkiyə və Ukrayna birgə “Anka” PUA-ları istehsal edəcək

872 13:34 13 12 2021
Türkiyə və Ukrayna “Anka” Pilotsuz Uçuş Aparatları (PUA) da daxil olmaqla bir çox PUA-nın birgə istehsal edilməsinə qərar verib.

Ukrayna Prezidenti Vladimir Zelenskinin müşavirlərindən biri Aleksey Arestoviç bildirib ki, PUA-ların Vasilkov şəhərində qurulacaq fabrikdə istehsal edilməsi planlaşdırılır.

“Hazırda zavod Vasilkovda tikilir. Artıq obyektin tikintisinə başlanılıb. Ukrayna-Türkiyə PUA-ları istehsal olunacaq. O cümlədən “Anka”, o cümlədən Ukrayna PUA-ları... Xüsusilə, hava elementlərinə və digər PUA-lara qarşı hərəkət edə bilən reaktiv PUA-lardan danışmaq olar. Hətta pilotlu təyyarələrə qarşı… Bu PUA-larda Ukrayna mühərrikləri və digər türk avionikləri olacaq: gövdə və s...”, - deyə o bildirib.

Arestoviç onu da qeyd edib ki, Ukraynada tikilməkdə olan PUA zavodu 2022-ci ilin sonuna kimi ilk məhsullarının çatdırılmasına başlayacaq.

Gündüz/gecə və pis hava şəraiti daxil olmaqla bütün coğrafi şərtlərdə işləmə qabiliyyətinə malik “Anka” real vaxt rejimində kəşfiyyat, müşahidə, sabit/hərəkətli hədəfin aşkarlanması, identifikasiyası, izlənilməsi və məhv edilməsi üçün nəzərdə tutulub.

30.000 fut yüksəklikdə 24 saat havada qala və 250 kiloqram faydalı yük daşıya bilir.

TUSAŞ şirkətinin “Yeni Nəsil Anka” adlandırdığı konfiqurasiya 30 saat havada qala və 350+ kiloqram faydalı yük daşıya bilir. Yeni nəsil “Anka” Türkiyə Hava Qüvvələri Komandanlığı və Jandarma Qüvvələri tərəfindən istifadə edilir.

Daha əvvəl müxtəlif səbəblərdən heç bir irəliləyiş əldə edə bilməyən ANKA ilə bağlı 2012-ci ildə yeni bir addım atıldı. Türkiyənin Müdafiə Sənayesi İdarəsi və Hava Qüvvələri Komandanlığı tərəfindən ANKA-nın əsas konfiqurasiyası olan ANKA-A-nın qəbul sınaqları başladı. Bu dövrdə, xüsusilə Müdafiə Sənayesi İdarəsi tərəfindən atılan addımlar və qəbul etdiyi yol xəritəsi bu gün əldə olunan nailiyyətlərdə böyük rol oynayıb.

25 oktyabr 2013 tarixində Müdafiə Sənayesi İdarəsi Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək 10 ANKA-S PUA-sı üçün daha bir müqavilə imzalayıb. Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin pz resursları ilə Elazığda yerləşdirildi.

ANKA-S ilə yeni bir dövr başladı

ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-B-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib. Elə həmin il ANKA-S sisteminin detallı dizayn mərhələsi başa çatıb və ilk uçuş 2016-cı ilin sentyabr ayında reallaşıb. ANKA-S-in ilk uçuşundan bir ay sonra SNKS-B-nin qəbul prosesi başa çatdı.

ANKA-B 2017-ci ilin mart ayında Jandarma Ümumi Komandanlığının inventarına daxil olub. İyul ayında ANKA-S “Türksat 4B” peyki üzərindən nəzarəti əldə edən Türkiyədənin ilk pilotsuz uçuş aparatı oldu.

ANKA-S layihəsinin ilk tədarükü 1 fevral 2018-ci ildə tamamlanıb. Bu müddətdə Türkiyə Aerokosmik Sənayesi PUA-ları təkcə qabiliyyət baxımından inkişaf etdirməyib, həm sənaye ekosistemini gücləndirb, həm də tapşırıq kompüteri, mühərrik, İFF sistemi, məlumat qeydetmə sistemi və məlumat bağlantısı sistemi kimi bir çox fərqli alt sistemləri də zamanla yerliləşdirib.
Strategyvision.org

Teq: Anka   Türkiyə  


Oxşar məqalələr
Son əlavə olunanlar