Ukrayna “Bayraktar” PUA-larını istehsal etməyə hazır olduğunu açıqlayıb

Ukrayna “Bayraktar” PUA-larını istehsal etməyə hazır olduğunu açıqlayıb
431     10:07     02 02 2022    
Ukrayna Müdafiə naziri Aleksey Reznikov ölkənin daxildə xarici dizaynlı silahların istehsalına hazır olduğunu bildirib.

O, ilk növbədə zərbə tipli PUA-lardan söz açıb.

Reznikovun sözlərinə görə, Ukrayna ordusunun düşmənə qarşı müdafiə sistemlərinin inkişafı vacibdir. Eyni zamanda, kəşfiyyat vasitələrindən də “mümkün qədər” istifadə edilməlidir. Məhz bu məqsədlə Ukrayna hərbi komandanlığının fikrincə, nəinki quru hədəflərini məhv etmək, həm də ərazinin kəşfiyyatı aparmaq iqtidarında olan “Bayraktar”lar gündəmə gələ bilər.

Reznikov bildirib ki, Ukrayna öz ərazisində “Bayraktar TB2” PUA-larını istehsal etməyə hazırdır. Ukraynalı nazirin sözlərinə görə, bunun üçün, ölkənin “hər cür imkanı var” və artıq yer seçilib.

Reznikov bundan başqa, Ukraynada qoruyucu dəbilqə və zireh istehsalının zəruriliyindən də danışıb. Ukrayna hərbi idarəsinin rəhbərinin sözlərinə görə, bu cür qoruyucu vasitələr NATO standartlarına cavab verməlidir.
Strategyvision.org

Teq: Ukrayna   Bayraktar  


Oxşar məqalələr
Son əlavə olunanlar