ABŞ şirkəti “Switchblade 300” kamikadze PUA-ları üçün yeni sensorlar hazırlayıb

ABŞ şirkəti “Switchblade 300” kamikadze PUA-ları üçün yeni sensorlar hazırlayıb
238     16:03     20 01 2022    
ABŞ-ın “AeroVironment” şirkəti kiçik Pilotsuz Uçuş Aparatlarından (PUA) hədəf koordinatlarını dərhal “Switchblade 300” kamikadze tipli PUA-lara ötürə bilən sensorlar hazırlayıb.

“Sensor to Shooter” adlanan sensorlar kiçik PUA-ların üstün kəşfiyyat, müşahidə və nəzarət imkanlarını “Switchblade” sisteminin dəqiq zərbə imkanları ilə birləşdirəcək. Bununla da PUA-ların dəqiq zərbə qabiliyyəti artacaq.

PUA buraxıldıqdan sonra avtonom olaraq təyin edilmiş koordinat mövqeyinə gedə bilər, bu da operatorlara hədəfi müəyyən etmək üçün hər iki platformadan istifadə etməyə imkan verəcək.

Sahədə və ya sabit müdafiə mövqelərindən ənənəvi və ya xüsusi əməliyyat qüvvələrinə dəstək verən, döyüşdə sübut edilmiş “Switchblade 300” uzaq hədəflərə qarşı istifadə üçün nəzərdə tutulmuş ideal “gəzən sursat”dır. Hava, dəniz və ya quru platformalarından sürətlə buraxıla bilən “Switchblade 300” artan öldürücülük, əlçatanlıq və dəqiq zərbə imkanlarına malikdir. Uzaqdan idarə olunan və ya avtonom şəkildə uçan “Switchblade” məlumat toplama, hədəfləmə həyata keçirə və ya obyektin tanınması üçün real vaxt rejimində GPS koordinatları və video təqdim edə bilər. Platformanın kiçik ölçüləri və səssiz elektrik mühərriki, hətta yaxın məsafədən də aşkar etməyi, tanımağı və izləməyi çətinləşdirir.
Strategyvision.org

Teq: Switchblade   ABŞ  


Oxşar məqalələr
Son əlavə olunanlar