Polşa döyüş robotundan “Pirat” TƏİR-lərini sınaqdan keçirib

Polşa döyüş robotundan “Pirat” TƏİR-lərini sınaqdan keçirib
515     16:47     14 01 2022    
Polşa “Perun” insansız quru platformasından “Pirat” Tank Əleyhinə İdarəolunan Raketlərini (TƏİR) sınaqdan keçirib.

Bu barədə Polşanın “Zaklady Mechaniczne Tarnow” müdafiə şirkətinin mətbuat xidməti məlumat yayıb.

Uzaqdan idarə olunan döyüş moduluna inteqrasiya olunmuş “Pirat” kompleksinin idarə olunan raketinin ilk atəşi ötən ilin dekabrında baş tutub. Tank əleyhinə raketi olan modul döyüş və kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş “Perun” platformalarına quraşdırılıb.

Sursat robot platformasından təxminən 100 metr aralıda yerləşən CLU-P sistemindən lazer işıqlandırması ilə buraxılıb. Lazer şüası avtomatik olaraq hədəfi tapıb və raket təxminən bir kilometr məsafədə yerləşən hədəfi vurub.

“Perun” ümumi çəkisi 900 kiloqrama olan dörd təkərli avtonom qabiliyyətə malik insansız quru platformasıdır. Döyüş moduluna 7,62 və ya 12,7 mm-lik pulemyot quraşdırıla bilər. Platforma, həmçinin hədəf izləmə və silah sabitləşdirmə sistemləri ilə təchiz edilib.
Strategyvision.org

Teq: Polşa   Perun  


Oxşar məqalələr
Son əlavə olunanlar